Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5477/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsini cəlb etməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsini cəlb etməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə məhkəməyə müraciət edərək, JN-1008 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X7” qeydinin ona Hüseynzadə (Əsədova) Aytən Sultan qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon AlK-nın 24 mart 2000-ci il tarixli qərarına əsasən ona və ailə üzvlərinə Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,46 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-10Q8 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətçilərin adına qeydə alınmışdır. Hazırda ümumi mülkiyyətdə olan 0,46 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüququ şəxsi 15 saylı Tovuz Ərazi idarəsinə müraciət edilmişdir. Lakin maraqlı şəxs həmin JN-1008 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçilərin barəsində olan məlumatlarda uyğunsuzluq olması ilə əlaqədar sənədin məxsus olma faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Belə ki, JN-1008 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq onun adı Aytac, ata adı isə Elxan kimi qeyd edilmişdir. Ona görə də JN-1008 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X13” qeydinin ona Hüseynzadə (Əsədova) Aytən Sultan qızına məxsus olması faktının məhkəmə qətnaməsi əsasında müəyyən edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin 09 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iş həcminin çoxluğu ilə bağlı məhkəmə iclasında nümayəndəsinin iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir Belə ki, iş materiallarında olan: - Tovuz rayonu Aşağı Öysüzlü kənd nümayəndəliyi tərəfindən XVİİ-ЖГ № 430959 saylı, 14 fevral 1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1994-cü il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X3, anası isə X1r. - Tovuz rayon Aqrar İslahatı Komissiyasının 24 mart 2000-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1008 nömrəli, 50306018 kodlu, xx.xx.2001-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 0,46 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X17, X4, X18 və X8 ayrılmışdır. - Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ-İİ № 396533 saylı, xx.xx.2020ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X11 arasında 28 mart 2020-ci il tarixdə nikah bağlanmış və həmin nikah 286 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Hüseynzadə”, arvada “Hüseynzadə” soyadı verilmişdir. - Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli tədiyə bildirişinə əsasən X12 2024-cü il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpaq vergisi 1,46 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumi ödəniləcək məbləğ 7,36 manat hesablanmışdır. - Tovuz rayonu Aşağı Öysüzlü kəndində X5, X10 və X14 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi: X6 iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən verilmiş JN-1008 №-li Kod: 50306018 Dövlət Aktı sənədində texniki səhv olaraq adı və atasının adı X2 yazılmışdır. Komissiya müəyyən etdi ki, o, Ərizəçi kimi olmalıdır. Qeyd: Aşağı Öysüzlü kəndi ərazisində X13 adlı şəxs yaşamır və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin X12 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən araşdırma zamanı, JN-1008 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, Torpaq sahəsinin JN-1008 nömrəli dövlət aktında göstərilən məlumatlar baza məlumatları ilə eynidir. JN-1008 nömrəli dövlət aktında göstərilən məlumatlarla ölüm haqqında şəhadətnamədə göstərilən məlumatlar eynilik təşkil etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mədəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahatı Komissiyasının 24 mart 2000-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1008 nömrəli, 50306018 kodlu, xx.xx.2001-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 0,46 ha torpaq sahəsi X8 ayrılmışdır. Yəni, sözügedən hüquq müəyyən edici sənəddə Ərizəçi ad və ata adında texniki yanlışlıqlar mövcuddur. Bu səbəbdən, əmlak üzərində müvafiq hüquqi hərəkətlərin aparılması mümkün deyildir. Həmin nöqsanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edilsə də, imtina cavabı verilmişdir. Məhkəmə nəzərə alır ki, sözügedən yanlışlıqlar texniki xarakterlidir və aradan qaldırılmalıdır. Mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, Tovuz rayon Aqrar İslahatı Komissiyasının 24 mart 2000-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1008 nömrəli, 50306018 kodlu, xx.xx.2001-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının ərizəçi “X13”na aid hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Tovuz rayon Aqrar İslahatı Komissiyasının 24 mart 2000-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1008 nömrəli, 50306018 kodlu, xx.xx.2001-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının ərizəçi “X13”na aid hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5477/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5477/2025
16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver