Məhkəmə qərarları › İş №2(004)-5487/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5487/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5487/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 15.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45717 olan “X5 7” markalı telefon üçün 355 manat ödənilməmiş hissə, 108 manat dəbbə, 23.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04451 olan “X4 8T” markalı telefon üçün 415,5 manat ödənilməmiş hissə, 122 manat dəbbə, 19.11.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********04471 olan “Hoffmann X Pro ” markalı telefon üçün 28 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan üçün 1279,4 manat ödənilməmiş hissə, 383 manat dəbbə, 26.01.2020-ci il tarixli müqaviləyə əsasən “Pannasonic Dect” markalı telefon üçün 33,2 manat ödənilməmiş hissə, 10 manat dəbbə, olmaqla ümumilikdə 2743,1 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2773,1 manat məbləğində pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 15.07.2019-cu il tarixli, 00784756 saylı, 23.02.2020-ci il tarixli, 20122289 saylı, 19.11.2018-ci il tarixli, 00380192 saylı, 28.01.2020-ci il tarixli, 20064959 saylı və 26.01.2020-ci il tarixli, 20060709 saylı müqavilələr bağlanmış, müqavilələr üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin 15.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45717 olan “X5 7” markalı telefon üçün 355 manat ödənilməmiş hissə, 108 manat dəbbə, 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04451 olan “X4 8T” markalı telefon üçün 415,5 manat ödənilməmiş hissə, 122 manat dəbbə, 19.11.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04471 olan “Hoffmann X Pro ” markalı telefon üçün 28 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən “LG” markalı paltaryuyan üçün 1279,4 manat ödənilməmiş hissə, 383 manat dəbbə, 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən “Panasonic Dect” markalı ev telefonu üçün 33,2 manat ödənilməmiş hissə, 10 manat dəbbə, olmaqla ümumilikdə 2743,1 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 1186,5 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.07.2019-cu il tarixli, 00784756 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********45717 olan “X5 7” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.02.2020-ci il tarixli, 20122289 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********04451 olan “X4 8T” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli, 00380192 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********04471 olan “Hoffmann X Pro” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli, 20064959 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “LG” markalı paltaryuyan Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.01.2020-ci il tarixli, 20060709 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Panasonic Dect” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 15.07.2019-cu il tarixli, 00784756 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 720 manat təşkil edir və aylıq 45 manat olmaqla 16 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 23.02.2020-ci il tarixli, 20122289 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 612 manat təşkil edir və aylıq 51 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 19.11.2018-ci il tarixli, 00380192 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 540 manat təşkil edir və aylıq 30 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 28.01.2020-ci il tarixli, 20064959 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1355,4 manat təşkil edir və aylıq 75,3 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 26.01.2020-ci il tarixli, 20060709 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 70,2 manat təşkil edir və aylıq 11,7 manat olmaqla 6 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 06.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 15.07.2019-cu il tarixli, 00784756 saylı alğı-satqı müqaviləsi üzrə alğısatqı qiyməti 720 manat olan əsas borca 365 manat ödəniş etmiş, 355 manat ödənilməmiş hissə, 108 manat cərimə, cəmi 463 manat, 23.02.2020-ci il tarixli, 20122289 saylı alğısatqı müqaviləsi üzrə alğı-satqı qiyməti 612 manat olan əsas borca 196,5 manat ödəniş etmiş, 415,5 manat ödənilməmiş hissə, 122 manat cərimə, cəmi 537,5 manat, 19.11.2018ci il tarixli, 00380192 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 540 manat olan əsas borca 512 manat ödəniş etmiş 28 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 37 manat, 28.01.2020-ci il tarixli, 20064959 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 1355,4 manat olan əsas borca 76 manat ödəniş etmiş, 1279,4 manat ödənilməmiş hissə, 383 manat cərimə, cəmi 1662,4 manat borcu, 26.01.2020-ci il tarixli, 20060709 saylı alğısatqı müqaviləsi üzrə alğı-satqı qiyməti 70,2 manat olan əsas borca 37 manat ödəniş etmiş, 33,2 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 43,2 manat borcu ümumilikdə isə 2743,1 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 15.07.2019-cu il tarixli, 00784756 saylı müqavilə üzrə 10 manat, 23.02.2020-ci il tarixli, 20122289 saylı müqavilə üzrə 10 manat, 19.11.2018-ci il tarixli, 00380192 saylı müqavilə üzrə 0 manat, 28.01.2020-ci il tarixli, 20064959 saylı müqavilə üzrə 50 manat və 26.01.2020-ci il tarixli, 20060709 saylı müqavilə üzrə 0 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.07.2019-cu il tarixli, 00784756 saylı müqavilə üzrə 355 manat əsas borc, 10 manat dəbbə borcu, 23.02.2020-ci il tarixli, 20122289 müqavilə üzrə 415,5 manat əsas borc, 10 manat dəbbə borcu, 19.11.2018-ci il tarixli, 00380192 saylı müqavilə üzrə 28 manat əsas borc, 28.01.2020-ci il tarixli, 20064959 saylı müqavilə üzrə 1279,4 manat əsas borc, 50 manat dəbbə borcu, 26.01.2020-ci il tarixli, 20060709 saylı müqavilə üzrə 33,2 manat əsas borc olmaqla ümumilikdə 2181,1 (iki min yüz səksən bir manat on qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 15.07.2019-cu il tarixli, 00784756 saylı müqavilə üzrə 355 manat əsas borc, 10 manat dəbbə borcu, 23.02.2020-ci il tarixli, 20122289 müqavilə üzrə 415,5 manat əsas borc, 10 manat dəbbə borcu, 19.11.2018-ci il tarixli, 00380192 saylı müqavilə üzrə 28 manat əsas borc, 28.01.2020-ci il tarixli, 20064959 saylı müqavilə üzrə 1279,4 manat əsas borc, 50 manat dəbbə borcu, 26.01.2020-ci il tarixli, 20060709 saylı müqavilə üzrə 33,2 manat əsas borc olmaqla ümumilikdə 2181,1 (iki min yüz səksən bir manat on qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar