Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5491/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98202 olan “X4 8” markalı telefon üçün 393,8 manat ödənilməmiş hissə, 117 manat dəbbə, 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən “LG LED” markalı televizor üçün 596 manat ödənilməmiş hissə, 185 manat dəbbə, 26.02.2020ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann” markalı mini soba üçün 252 manat ödənilməmiş hissə, 67 manat dəbbə, 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” markalı soyuducu üçün 2626,2 manat ödənilməmiş hissə, 696 manat dəbbə olmaqla, ümumilikdə 4923 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4953 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 oğlu iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 11.01.2020-ci il tarixli, 20029077 saylı, 14.03.2020-ci il tarixli, 20174079 saylı, 26.02.2020ci il tarixli, 20128374 saylı, 23.02.2020-ci il tarixli, 20121976 saylı müqavilələr bağlanmış, müqavilələr üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin cəmi 4923 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 297 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli, 20029077 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən **********98202 olan “X4 8” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli, 20174079 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “LG LED” markalı televizor Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.02.2020-ci il tarixli, 20128374 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Hoffmann” markalı mini soba Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.02.2020-ci il tarixli, 20121976 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Samsung” markalı soyuducu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 11.01.2020-ci il tarixli, 20029077 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 598,8 manat təşkil edir və aylıq 49,9 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 14.03.2020-ci il tarixli, 20174079 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 678 manat təşkil edir və aylıq 56,5 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 26.02.2020-ci il tarixli, 20128374 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 252 manat təşkil edir və aylıq 14 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 23.02.2020-ci il tarixli, 20121976 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2626,2 manat təşkil edir və aylıq 145,9 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 02.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 11.01.2020-ci il tarixli, 20029077 saylı müqavilə üzrə alğı-satqı qiyməti 598,8 manat olan əsas borca 383,8 manat ödənilməmiş hissə, 117 manat cərimə, cəmi 500,8 manat, 14.03.2020-ci il tarixli, 20174079 saylı müqavilə üzrə alğı-satqı qiyməti 678 manat olan əsas borca 596 manat ödənilməmiş hissə, 185 manat cərimə, cəmi 781 manat, 26.02.2020-ci il tarixli, 20128374 saylı müqavilə üzrə alğı-satqı qiyməti 252 manat olan əsas borca 252 manat ödənilməmiş hissə, 67 manat cərimə, cəmi 319 manat, 23.02.2020-ci il tarixli, 20121976 saylı müqavilə üzrə alğı-satqı qiyməti 2626,2 manat olan əsas borca 2626,2 manat ödənilməmiş hissə, 696 manat cərimə, cəmi 3322,2 manat olmaqla, ümumilikdə isə 4923 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən və iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 11.01.2020-ci il tarixli, 20029077 saylı müqavilə üzrə 10 manat, 14.03.2020-ci il tarixli, 20174079 saylı müqavilə üzrə 10 manat, 26.02.2020-ci il tarixli, 20128374 saylı müqavilə üzrə 10 manat və 23.02.2020-ci il tarixli, 20121976 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.01.2020-ci il tarixli, 20029077 saylı müqavilə üzrə 393,8 manat əsas borc, 10 manat dəbbə borcu, 14.03.2020-ci il tarixli, 20174079 müqavilə üzrə 596 manat əsas borc, 10 manat dəbbə borcu, 26.02.2020-ci il tarixli, 20128374 saylı müqavilə üzrə 252 manat əsas borc, 10 manat dəbbə borcu, 23.02.2020-ci il tarixli, 20121976 saylı müqavilə üzrə 2626,2 manat əsas borc, 50 manat dəbbə borcu olmaqla ümumilikdə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11.01.2020-ci il tarixli, 20029077 saylı müqavilə üzrə 393,8 manat əsas borc, 10 manat dəbbə borcu, 14.03.2020-ci il tarixli, 20174079 müqavilə üzrə 596 manat əsas borc, 10 manat dəbbə borcu, 26.02.2020-ci il tarixli, 20128374 saylı müqavilə üzrə 252 manat əsas borc, 10 manat dəbbə borcu, 23.02.2020-ci il tarixli, 20121976 saylı müqavilə üzrə 2626,2 manat əsas borc, 50 manat dəbbə borcu olmaqla ümumilikdə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5491/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5491/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver