Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5492/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül qızının, İddiaçı3 Əbdül qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Əbdül qızının cavabdehlər “xxxx” MMC, Bakı şəhəri 12 nömrəli notariat kontoru və X2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda başqa şəxsə məxsus payın müəyyən edilməsi, mirasdan ayrılması, həmin payın ona hüququ olan şəxsə verilməsi, mirasın kütləsinin müəyyən edilməsi və mirasda məcburi payın tanınmasına dairiddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3 Əbdül qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Əbdül qızı cavabdehlər “xxxx” MMC, Bakı şəhəri 12 nömrəli notariat kontoru və X2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda başqa şəxsə məxsus payın müəyyən edilməsi, mirasdan ayrılması, həmin payın ona hüququ olan şəxsə verilməsi, mirasın kütləsinin müəyyən edilməsi və mirasda məcburi payın tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə yuxarda göstərilən qanunvericlik normalarına əsasən qeyd edir ki, iddia ərizəsinin xahiş hissəsində cavabdehlərin hər birinə yönələn tələb aydın ifadə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və nöqsanların aradan qaldırıb yenidən məhkəməyə müraciət olunması tövsiyə edilməlidir. Belə ki, iddiaçılar X5 və X6 adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi ərazinin 3/6 hissəsində inşa olunmuş tikililərin 1/2 hissəsi Əbdülova Gövhər İman Bala qızının mülkiyyətini hesab edilməklə mirasdan ayrılması və həmin pay hissəyə iddiaçıların vərəsəlik hüqunun tanınması, eləcə də X3 miras qalmış əmlakların ümumi kütləsinin müəyyən edilməsi və müəyyən olunmuş miras kütləsinə iddiaçıların pay hüququnun tanınması və hər birinin payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsindən də göründüyü kimi cavabdehlərin hər üçünə yönələn tələb aydın ifadə ifadə edilməmiş, cavabdeh qismində mülki işə cəlb edilmiş X1 hansı hissədə cavabdehlik daşıması isə ərizədə öz əksini tapmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül qızının, İddiaçı3 Əbdül qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Əbdül qızının cavabdehlər “xxxx” MMC, Bakı şəhəri 12 nömrəli notariat kontoru və X2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda başqa şəxsə məxsus payın müəyyən edilməsi, mirasdan ayrılması, həmin payın ona hüququ olan şəxsə verilməsi, mirasın kütləsinin müəyyən edilməsi və mirasda məcburi payın tanınmasına dairiddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5492/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5492/2020
28.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver