Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5493/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 29.06.2019-cu il tarixli, 00749611 saylı alğı-satqı müqaviləsinə əsasən “Hoffmann SAAC-30/HRA” markalı kondisioner üçün 1375 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 04.08.2019-cu il tarixli, 00823627 saylı alğısatqı müqaviləsinə əsasən İMEİ kodu **********98549 olan “Huawei P Smart Z” markalı telefon üçün 548 manat ödənilməmiş hissə, 0 manat dəbbə olmaqla ümumilikdə 1923 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 29.06.2019-cu il tarixli, 00749611 saylı və 04.08.2019-cu il tarixli, 00823627 saylı müqavilələr bağlanmış, müqavilələr üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmış, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini pozaraq ödənişləri vaxtında etməmiş və nəticədə cəmi 1923 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdeh 801 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, müqavilə üzrə kondisionerə görə yaranmış borcun yarısını ödəmişdir. 2020-ci ilin sentyabrında başlayan Qarabağ müharibəsində könüllü iştirak etmiş, hazırda hələ də bədənində qəlpələr var və buna görə müalicə alır. Hazırda işləmədiyindən borcu bütöv ödəyə bilmir, lakin qazandıqca hissə-hissə ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.06.2019-cu il tarixli, 00749611 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən bir ədəd “Hoffmann SAAC-30/HRA” markalı kondisioner Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.08.2019-cu il tarixli, 00823627 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********98549 olan “Huawei P Smart Z” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 29.06.2019-cu il tarixli, 00749611 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2064 manat təşkil edir və aylıq 86 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 04.08.2019-cu il tarixli, 00823627 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 660 manat təşkil edir və aylıq 55 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 06.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 29.06.2019-cu il tarixli, 00749611 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 2064 manat olan əsas borca 1375 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 1375 manat, 04.08.2019-cu il tarixli, 00823627 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 660 manat olan əsas borca 548 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 548 manat, ümumilikdə isə 1923 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 29.06.2019-cu il tarixli, 00749611 saylı müqavilə üzrə 1375 manat əsas borc, 04.08.2019-cu il tarixli, 00823627 saylı müqavilə üzrə 548 manat əsas borc olmaqla, ümumilikdə 1923 (min doqquz yüz iyirmi üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 29.06.2019-cu il tarixli, 00749611 saylı müqavilə üzrə 1375 manat əsas borc, 04.08.2019-cu il tarixli, 00823627 saylı müqavilə üzrə 548 manat əsas borc olmaqla, ümumilikdə 1923 (min doqquz yüz iyirmi üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5493/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5493/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver