Məhkəmə qərarları › İş №2(004)-5529/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5529/2020

22.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5529/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, X1 maraqlı şəxs Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 maraqlı şəxs Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. X1 məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsini imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi baglanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləginin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi etibarnamədə iddiaçının adından verilmiş iddia ərizəsinin nümayəndə tərəfindən imzalanması səlahiyyəti xüsusi olaraq göstərilməlidir. X2 tərəfindən verilmiş ərizədən görünür ki, ərizə nümayəndə tərəfindən imzalanmışdır. ərizəyə əlavə edilmiş etibarnamənin surətindən görünür ki, etibarnamədə nümayəndənin iddia ərizəsinə imza etmək səlahiyyətləri göstərilməmişdir. Bununla da, ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 73.1, 74.2 və 149.1 maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, ərizəçi məhkəmə hazırki ərizə ilə xüsusi icraat qaydasında ərizədə qeyd olunan tələblə bağlı, cavabdehin olduğu yer üzrə iddia icraatı qaydasında müraciət etməli idi. Beləliklə, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 73.1, 74.2 və 149.1-ci maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 maraqlı şəxs Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar