Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5534/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “yaşayış sahələrinə görə borcun tutulması və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı “yaşayış sahələrinə görə borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Cavabdeh qızından mənzil xidmət haqqı üzrə 174,30 manat, məişət tullantıları üzrə 14,40 manat - cəmi 188,70 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydə alınması barədə çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, 22/23 saylı mənzilinin mülkiyyətçisidir və 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinidir. Belə ki, Cavabdeh qızının xx.xx.2024-cü il tarixə mənzil haqqı üzrə 174,30 manat, məişət tullantıları üzrə 14,40 manat - cəmi 188,70 manat borcu vardır. Lakin cavabdeh istifadə etdiyi yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edir. Dəfələrlə cavabdehə 7 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, o, buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişdir. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Ona xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlə müqavilə olmadan da onlara tərəfindən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehə qanuna riayət hissini aşılamaq, onun üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Sonda qeyd olunanlara rəğmən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2 və 191.1-ci maddələrində tərəflərə verilən hüquqdan istifadə edib barışıq sazişi kimi cavabdehlərə təklif edirlər: könüllü surətdə onlardan tələb olunan borclarını tam həcmdə ödəsələr bunun müqabilində iddia ərizəsini geri götürəcəklər. Əks təqdirdə iddianın tam təmin olunmasını xahiş edirlər. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışının məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, 22/23 saylı mənzili Cavabdeh qızının mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS-nin 87 nömrəli, xx.xx.2024-cü il tarixli arayışının məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, 22/23 saylı mənzilində qeydiyyatda olan yoxdur. İddia ərizəsinə əlavə etdiyi Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli haqq-hesab cədvəlinin məzmunundan görünür ki, Cavabdeh qızının Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, 22/23 saylı mənzilə dair xx.xx.2024-cü il tarixə mənzil xidmət haqqı üzrə 174,30 manat, məişət tullantılarına görə 14,40 manat, cəmi 188,70 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə etdiyi Səbai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS-nin 55/5 saylı, xx.xx.2024-cü il tarixli və 82/2 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının məzmunundan görünür ki, cavabdehə mənzil xidmət haqqı və məişət tullantılarına görə mövcud olan borcunun ödənilməsi xahiş edilmiş, lakin cavabdeh kommunal borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə etdiyi Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, cavabdehə mənzil xidmət haqqı və məişət tullantılarına görə mövcud olan borcunun ödənilməsi barədə xəbərdarlıq təqdim edilmiş, lakin cavabdeh xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, 22/23 nömrəli mənzil xüsusi mülkiyyət kimi xx.xx.2009-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 07 saylı MKİS-in xx.xx.2024cü il tarixli haqq-hesab cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixi üçün 174,30 manat istismar yığımı borcu, 14,40 manat məişət tullantı borcu, cəmi 188,70 manat borcu yığılmışdır. - Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 07 saylı MKİS-in Cavabdeh ünvanlanmış 55/5 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2019-cu il tarixli 40 saylı qərarına əsasən mülkiyyətçisi olduğu Səbail rayonu R.Rza küçəsi 11 saylı binanın 22/23 saylı mənzilin məişət tullantılarının daşınması üçün 14 manat 40 qəpik və mənzil fondunun saxlanılması məqsədi ilə 174 manat 30 qəpik xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək cəmi 188 manat 70 qəpik qalıq borc yaranmışdır. Yaranmış borc ilə bağlı Səbail rayonu 7 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etməyi ondan xahiş edilmişdir. - Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 07 saylı MKİS-in xx.xx.2024cü il tarixli aktına əsasən aktı imza edənlər Səbail rayon Mənzil Kommunal-Təsərrüfat Birliyinin 7 saylı Mənzil Kommunal-İstismar Sahəsinin rəis əvəzi: X4, B/Mühasib: X1 və kargüzar: X2 bu aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2024-cü il tarixində saat 12:00- 14:00 radələrində Səbail rayonu R.Rza küçəsi 11 mənzil 22/23: mülkiyyətçisi Cavabdeh (çıxarış №-si ********** saylı, xx.xx.2009-cu tarixli) mənzilinə xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 Mart 2000-ci il tarixli, 40 saylı qərarına əsasən hesablanmış mənzil fondunun saxlanması və məişət tullantılarının daşınması borclarının ödənilməsi ilə əlaqədar sözü gedən mənzilə dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq, bildiriş və xəbərdarlıqları qəbul etməyərək qapını açmırlar. - Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 07 saylı MKİS-in 87 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən R.Rza küçəsi 11 saylı evin 22/23 nömrəli mənzili xx.xx.2009-cu il tarixli ********** nömrəli qeydiyyat çıxarışına əsasən Cavabdeh mülkiyyətindədir, lakin qeydiyyatda deyil, qeydiyyatda heç kim yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələblərinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqdan və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.3-cü maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Beləliklə, işin məhkəmə baxışında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu R.Rza küçəsi 11 saylı binanın 22/23 saylı mənzil Cavabdeh məxsus olmaqla, onun həmin daşınmaz əmlaka görə bilavasitə qanunvericilin tələblərindən irəli gələn ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi yaranmışdır. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 07 saylı MKİS-in təqdim etdiyi xx.xx.2024-cü il tarixli haqq-hesab cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixi üçün 174,30 manat istismar yığımı borcu, 14,40 manat məişət tullantı borcu, cəmi 188,70 manat borcu yığılmışdır. Buna görə də işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənzil xidmət haqqı üzrə 174,30 manat, məişət tullantıları üzrə 14,40 manat, cəmi 188,70 (yüz səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia tələbinin “çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh qızının üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən müqavilə azadlığı prinsipi əsas götürülməlidir və iddia həmin hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənzil xidmət haqqı üzrə 174,30 manat, məişət tullantıları üzrə 14,40 manat, cəmi 188,70 (yüz səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5534/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5534/2024
28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver