Məhkəmə qərarları › İş №2(004)-5543/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5543/2022

13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5543/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 3 saylı Asan Xidmətində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və miras payının qəbulu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu müddətinin uzadılması və miras payının qəbuluna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı çıxarışa əsasən anası X4 Bakı şəhəri Yasamal Rayonu Zülfi Adıgözəlov küçəsi dalan 13 ev 2-də yerləşən fərdi yaşıyış evinin 1/3 hissəsi üzərində mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Anası Z.Mərdanlı 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci ildə, atası X9 Rayon Qeydiyyat Şöbəsi tərəfindən verimiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X1 nikahdan sonra Səfərova, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinə verilmiş ərizə əsasında anasının ölümündən sonra qalmış miras əmlakı faktiki qəbul etmədiyini, etməyəcəyini və gələcəkdə bununla bağlı iddia qaldırmayacağını bildirmişdir. Əvvəlcə əri X5, daha sonra isə onun özünün onkoloj xəstəliyi ilə bağlı və bu səbəbdən xəstəxanada uzun müddət stasionar müalicə almaları ilə bağlı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürüldüyündən notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Odur ki, mirasın qəbulu müddətinin onun tərəfindən üzrlü səbəblərdən ötürülməsini nəzərə alaraq, uzadılması barədə qətnamə çxıarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəməyə təqdim olunmuş tibbi sənədlərlə iddia tələblərinin əsaslandırıldığı hallar, yəni anasının ölümündən sonra iddiaçı və ərinin onkoloji xəstə olmaları ilə əlaqədar xəstəxanada uzun müddət stasionar müalicə almaları öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən anası X4 ölümündən sonra qalmış mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbi üzrlü hesab edilməli və iddia ərizəsi təmin edilərək mirasın qəbulu müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaaq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş rüsum tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci ildə ölmüş anası X2 miras qalmış əmlakın - Bakı şəhəri Yasamal Rayonu Zülfi Adıgözəlov küçəsi dalan 13 ev 2-də yerləşən fərdi yaşıyış evinin 1/3 hissəsinin X3 tərəfindən qəbul edilməsi müddəti uzadılsın. İddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar