Məhkəmə qərarları › İş №2(004)-5560/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5560/2024

05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5560/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqmüəyyən edici sənədlərin həmin şəxsə məxsus olmasının müəyyən edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqmüəyyən edici sənədlərin həmin şəxsə məxsus olmasının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Saray bağlar ərazisində yerləşən 0,17 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-3165B kod 30800086 nömrəli şəhadətnamədə «Cəfərova Xanı K» qızına dair aparılmış qeydin «X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın xx.xx.1988-ci il tarixli 26 nömrəli Qərarı və xx.xx.1989-cu il tarixli 4489 saylı icar müqaviləsinə əsasən Sumqayıt şəhər Saray bağlar ərazisində yerləşən 0,17 ha torpaq sahəsi JN-3165B kod 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 6 nəfərin,o cümlədən də ərizəçinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları olan şəxslərdən biri anası X12 29 iyul 2008-ci ildə dünyasını dəyişmişdir. Ərizəçi həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı ARR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlt Kadastrı və Reyestri publik hüquqi şxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmişdir, lakin ona verilmiş cavab məktubunda bildirilmişdir ki, torpağa dair şəhahətnamədə onun anası X4 adı tam olaraq qeyd olunmamışdır və bu uyğunsuzluq da məhkəmə qaydasında həll edilməlidir. Onun anasının şəxsiyyətini müəyyən edən bütün sənədlərdə onun adı,ata,adı və soyadı «X12» kimi qeyd edilmişdir, lakin hazırda torpaq sahəsinə dair sənəddəki uyğunsuzluq mənim üçün bir sıra problemlər yaradır. Buna görə də o bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlarla eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AЗ seriyalı, 188262 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il tarixdə X7 ilə X2 rayonun Nazırlı kəndində nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Cavadov, arvada Cəfərova soyadı verilmişdir. ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasından görünür ki, X12 orta təhsillidir, ixtasası əczaçının köməkçisidir. Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş НЗ seriyalı, ******* saylı hərbi biletdən görünür ki, X12 1971-ci ildə Bakı əczaçılıq məktəbini bitirmişdir. X20 M. Oğludur. Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 318022 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə X12 vəfat etmişdir. Ölümün səbəbi ağ ciyər ödəmi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-3886/2024 saylı bildirişdən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4489 ünvanında yerləşən 0.17 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Bununla bağlı olaraq bildiririk ki, idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinin natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında yoxlanılması zamanı faktiki torpaq sahəsinin X1 adına qeydiyyata alınmış **********04-11301 reyestr nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mərhum X4 ata adı tam qeyd edilməmişdir. Bildiririk ki, ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Həmçinin sizə məxsus torpaq sahəsindən əlavə 0.0191 ha zəbt torpaq sahəsinin olduğu aşkar edilmişdir. JN-3165 B seriyalı, 30800086 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X3 (ailə üzvləri Cəfərova Xanı K, X11, X8, X9 və X10) 0.17 ha sah. ölçüsü Saray bağları ərazisində yerləşən fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və 4489 nömrəli bağ sahəsi, kooperativ bağlar, dövlət bağçılıq tsərrüfatının bağı mülkiyyətinə verilib. Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş НЗ seriyalı, ******* saylı Hərbi biletdən görünür ki, X12 ixtisasca əczaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair tərəfindən verilmiş JN-3165 B seriyalı, 30800086 saylı şəhadətnamədən ərizəçinin anasının ata adı tam yazılmamışdır, “Cəfərova Xanı K” kimi qeyd edilmişdir. Qeyd edilən şəhadətnamə müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin atasının adının “Kərəm” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən 4489 nömrəli bağ sahəsinin mülkiyyətə verilməsinə dair Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə Komissiya tərəfindən verilmiş JN-3165B kod 30800086 nömrəli şəhadətnamədə “Cəfərova Xanı K” qızına dair aparılmış qeydin X6 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən 4489 nömrəli bağ sahəsinin mülkiyyətə verilməsinə dair Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə Komissiya tərəfindən verilmiş JN-3165B kod 30800086 nömrəli şəhadətnamədə “Cəfərova Xanı K” qızına dair aparılmış qeydin X6 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar