Məhkəmə qərarları › İş №2(004)-5576/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5576/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5576/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "Şaiq” MTK-ya və müstəqli tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "Şaiq” MTK-ya və müstəqli tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil Tağıyev Füzuliyə satılmışdır. Mülki iş üzrə xüsusi qərar çıxarılmalıdır və prokurora məlumat verilməlidir. MTK-nın rəhbərliyi bilə-bilə onlara satılan mənzili başqa şəxsə satıb. MTK-nın rəhbəri vəzifəsindən su-istifadə edib. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin mübahisəli mənzil Ali Məhkəmənin qərarında qeyd olunan mənzildir və liftdən 9-cu mərtəbədə yerləşir. Həmin mənzili ilkin olaraq onlar qismən təmir etdiriblər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirmiş və bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, mübahisəli mənzilin hazırki nömrəsi 44-dür və X3 məxsusdur. Bununla bağlı Ali Məhkəmənin qərarı da mövcuddur. İlkin olaraq mənzilin nömrələnməsi 3-cü mərtəbədən başlanılmış, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri nəzərə alınmamış, sonra yenidən nömrələnmə olmuş, 2-ci mərtəbədən başlanılmış, daha sonra yenə də 3-cü mərtəbədən başlanılmaqla nömrələnmə həyata keçirilmişdir. Hal-hazırki 44 saylı mənzil köhnə 38 saylı mənzildir. 06.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, ididaçının mənzili Kamran MTK-dan aldığını, 38 saylı ev üçün 29000 manat məbləğində pulu Kamran MTK-ya ödədiyini, Şaiq MTK ilə Kamran MTK arasında əməkdaşlıq olduğunu, Kamran MTK barəsində cinayət işi açıldığını, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvandakı binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı sahəsi 81,25 kv metr mənzilin Şaiq MTK tərəfindən X3 verildiyini, mərtəbə problemi olduğunu, qeyri-yaşayış sahəsindən sayıldıqda səhv olduğunu bildirmişdir ilə İddiaçı arasında bağlanmış 30.09.2011-ci il tarixli Koorperativ Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, Şaiq MTK ünvan 2 ünvanda inşa ediləcək yaşayış binasının 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən koorperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 8-ci mərtəbəsində, tikinti sahəsi 81,25 kv metr yaşayış sahəsi olan 36,45 kv m olan 2 otaqlı, 38 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan 30.09.2011-ci il tarixli Cavabdeh MTK-nın ümumi yığıncağının protokolun surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin X1 və onunla bu barədə müvafiq müqavilə bağlanılması qərara alınmışdır. İş materiallarında olan Şaiq MTK-nın sədrinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı 17.11.2021-ci il tarixli məktubdan görünür ki, X2 adına mülkiyyət hüququ ilə rəşmiləşdirilmiiş ünvan 6 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44№-li olmuşdur. İş materiallarında olan X4 tərəfindən verilmiş 04.03.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X4 qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3852/2020 saylı, 15.10.2020-ci il tarixli icra sənədinə əsasən ona 38 saylı mənzil verilməlidir, lakin mənzillərin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44 saylı mənzil olmuşdur. Buna görə də ona yazılan evin müqaviləsinin 44 saylı mənzil kimi yazılmasına etiraz etmir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin 14.10.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 628871 nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 34B 1-ci giriş, mənzil 44 X2 mülkiyyətindədir. 04.03.2021-ci il tarixli 628871 nömrəli arayışa əsasən müəyyən olunur ki, Şaiq MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kv m olan, 2 otaqlı 44 saylı mənzil X3 məxsusdur. Mənzilin balans dəyəri 24357 manat təşkil edir və koorperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan 04.03.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən müəyyən olunur ki, X2 Şaiq MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kvm kv m 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3852/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, X4 və "xxxx" MMC arasında bağlanan 01.01.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi Bünyadzadə küçəsi, 34 B ünvanda inşa etdiyi binadan ümumi sahəsi 81,5 kv m olan 2 otaqlı 38 nömrəli mənzili X4 tərəfindən satın alınmışdır. Həmin tarixdə mənzilin razılaşdırılmış dəyəri olan 32560 manat cəmiyyətin xəzinəsinə ödənilmişdir. Bu barədə X3 01 yanvar 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir. Daha sonra həmin mənzil X3 verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13.08.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi ilə X2 iddiası təmin eidlmiş və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsi, 34 B ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X3 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13.08.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki Kollügiyasının 03.12.2013-cü il tarixli 2(102)-4307/2013 nömrləi qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.06.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qeyd edilən qərarın 4-cü səhifəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X3 verilməlidir. Qeyd edilən qətnamə ilə ididaçı X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki, 34 B nömrəli evin ümumi sahəsi 81,5 kv m olan 2 otaqlı 38 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olnuan zəruri sənədləri (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) iddiaçı X3 verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulması qət edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 saylı mənzil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması bildirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair ilkin müqavilə 01.01.2011-ci il tarixdə Kamran B.Ə MMC ilə X4 arasında, sonrakı müqavilə isə 30.09.2011-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X2 adına çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13.08.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsi, 34 B ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X3 verilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 04.06.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13.08.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki Kollügiyasının 03.12.2013-cü il tarixli 2(102)-4307/2013 nömrləi qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 04.06.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X3 verilməli olduğu da qeyd edilmişdir. Beləliklə mübahisəli mənzillə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar