Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5591/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X2, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 35 saylı evin birinci mərtəbəsində yerləşən, bir otaqlı, yaşayış sahəsi 22,4 kv.m-dən ibarət olan 11 saylı mənzil Seriya RX, ******* №-li çıxarışa əsasən 17 iyun 2017-ci il tarixindən mülkiyyətindədir. Ondan əvvəl də həmin mənzildə yaşayış olduğundan keçmiş mülkiyyətçi Usməndi Sadiq adına 12757206 №-li müqavilə əsasında **********111 nömrəli kod açılaraq bir nəfər ailə tərkibinə görə aylıq istehlak normasına uyğun 5 m3 su və kanalizasiya istifadəsi üçün hər ay 5 manat ödənilirdi, çünki cavabdeh tərəfindən həmin mənzilə sayğac quraşdırılmamışdır. Həmin mənzil adına keçəndən sonra dəfələrlə müraciət etməyinə baxmayaraq mənzil nömrəsində ki anlaşılmazlığı bəhanə gətirərək cavabdeh nə sayğac quraşdırdı, nə də abonent kodunu adına keçirdi. Lakin buna baxmayaraq vaxtlı vaxtında su pulunu Usməndi Sadiq adına **********111 saylı kod əsasında ödəyirdi, borcu qalmırdı. Mənzil birinci mərtəbədə yerləşdiyinə görə yaşayış üçün əlverişli olmadığından 2020-ci ilin sentyabr ayında müqavilə əsasına lombarda icarəyə vermişdir. Bundan sonra da cavabdehə bir neçə dəfə müraciət edəndən sonra nəhayət 2020-ci ilin 27 noyabr tarixində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 43637001№-li müqaviləni bağlamış və ona 064624 saylı kod verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=20 mm olan su boru vasitəsi ilə həyata keçirildiyinə görə müqavilənin 2.1-ci bəndində ƏDV daxil 1-manat 1m3 su üçün və qəbul edilmiş 1m3 tullantı suyuna görə ƏDV daxil 1 manat nəzərdə tutulmuşdur. Yəni tərəfindən istifadə ediləcək 1 m3 suya görə müqavilə şərtlərinə əsasən 2 manat ödəməlidir ki, bu da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə əsasən qeyri-əhali üçün nəzərdə tutulan tarifdir. Bundan əlavə cavabdehlə 07 dekabr 2020-ci il tarixində S-6478/20 saylı smaıt kart tipli su sayğacının quraşdırılmasına dair müqavilə bağlamışlar. Tərəfindən su sayğacının 247,23 manat dəyəri 09.12.2020-ci il tarixində ödənilməsinə və həmin gün ödəniş qəbzini cavabdehə təqdim olunmasına baxmayaraq cavabdeh müqavilənin 2.1.6-cı bəndində nəzərdə tutulan 2(iki)-iş günü ərzində su sayğacını quraşdırmalı olduğu halda müqavilə şərtlərini pozaraq sayğacı gec quraşdırmışdır. Hətta sayğacı quraşdırmadan öncə cavabdeh tələb etdi ki, Usməndi Sadiq adına olan **********111 saylı kod üzrə ödəniş eləsin, o da, 19 aprel 2021-ci il tarixində həmin kodla cavabdehə 5 manat ödəmişdir. Müqavilənin 2.1.6-cı bəndində o da nəzərdə tutulmuşdur ki, icraçı yəni Cavabdeh ASC su sayğacını vaxtında quraşdırmadıqda sifarişçiyə fasiləsiz suyun verilməsini təmin üçün onu sayğacsız su xəttinə birləşdirməlidir. Bu halda sayğac olmadan sifarişçi tərəfindən istifadə edilən suya görə haqqın məbləği qüvvədə olan qanunvericilik normalarına uyğun şəkildə hesablanır və ödənilir. Su sayğacı quraşdırılanda üzərində 6 m3 su ödənişsiz istifadəyə verildiyindən hal-hazıra kimi istifadə olunur, yəni 23 aprel 2021-ci il tarixindən hal-hazıra kimi həmin 6 m3 sudan yarısı belə istifadə olumnamış, hələdə limit sayğacda qalmaqdadır. Buna baxmayaraq bu yaxınlarda smart karta su yükləmək istəyəndə bəlli olmuşdur ki, smart kart bloklanıb. Səbəbini cavabdehdən öyrənəndə məlum olmuşdur ki, 24 noyabr 2020-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən iştirakı olmadan guya sudan qanunsuz istifadə haqqında 207 iş əmri yaradılmış (№ 7604067). Daha sonra cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262№-li qərarı ilə təsdiq olunmuş “Sudan İstifadə” Qaydalarının 9.11.3. bəndinə əsasən mənə əlavə sərfıyyat hesablayaraq bildirilmişdir ki, guya dəymiş ziyana görə 4104 manat ödəməyə məcburdur. Cavabdeh tərəfindən tərtib olunmuş akta və hesablanmış cəriməyə dair bildirir ki, bu həqiqəti əks etdirmir və qanunsuzdur. Belə ki, “Sudan istifadə” Qaydalarının 9.11.3.-cü bəndində göstərilmişdir ki, təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə Cavabdeh ASC-yə ziyan vurulmuş hesab olunur. Eyni zamanda cavabdeh ona cərimə tətbiq edərkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci “Qanunsuz qoşulma” maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qadağan olunmasını əsas gətirmişdir. Cavabdeh bu halda səmimi deyil və məqsədyönlü şəkildə qanunun tətbiqində səhvə yol verməkdədir. Belə ki, mülkiyyətində olan mənzilin yerləşdiyi bina Stalin dövründə, X6 illərindən əvvəl inşa edilmiş və o zaman su təchizatı və kanalizasiya sisteminə qoşulmuşdur. O vaxtdan hal-hazıra kimi həmin mənzilin sahibləri bir neçə dəfə dəyişmişdir ki, sonuncu da o olmuşdur. Sübut kimi göstərir ki, tərəfindən müqavilə bağlanaraq smart tipli su sayğacının qoyulmasına nail olsa da, hələ də mənzilimin keçmiş sahibi Usməndi Sadiq adına 12757206 №-li müqavilə əsasında **********111 saylı kod üzrə su və kanalizasiyadan istifadəyə görə hər ay 5 manatlıq hesab faktura gəlməkdədir və 2021-ci ilin 10 aprel - 07 avqust tarixinə kimi 21 manat qalıq borcun ödənilməsi cavabdeh tərəfindən qanunsuz olaraq ondan tələb olunur. Yəni hal-hazırda bir otaqlı, yaşayış sahəsi 22,4 kv.m ibarət olan mənzildə iki abonent kodu və bir smart tipli su sayğacı vardır. Belə olan halda anlaşılan deyil ki, cavabdeh hansı məntiqlə hesab edir ki, su təchizatı yə kanalizasiya sisteminə qanunsuz qoşulmuşdur. Cavabdeh illərdən bəri mövcud olan su təchizatı və kanalizasiya sisteminə qoşulmasını nəzərə alaraq sadəcə abonent kodunu əhalidən qeyri-əhaliyə keçirərək su sayğacını quraşdırmalı olduğu halda özbaşına akt tərtib edərək onu qanunsuz cərimələmişdir. “Sudan istifadə Qaydalaır’nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262№-li qərarının 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının qərarında nəzərdə tutlmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Yuxarıda deyilənlərə əsaslanaraq hesab edirəm ki, 24.11.2020-ci il tarixli 601176 nömrəli akt və Cavabdeh Acıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 24.11,2020-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən hesablanmış 4104 manat borc qanunsuzdur. Göstərilənlərə əsasən Cavabdeh Acıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli 601176 nömrəli akta və 24.11.2020-ci il tarixli qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən hesablanmış 4104 manat borcun İddiaçı məxsus 064624 nömrəli abunə hesabından silinməsi, Usməndi Sadiqin adına olan **********111 nömrəli abunə hesabının 23 aprel 2021-ci il tarixindən passivləşdirilmiş hesab edilərək həmin tarixdən sonra hesablanmış bütün borcun silinməsi, vəkilin xərcinə görə ödənilmiş 410 manat, notariat xərci kimi ödənilmiş 11 manat 50 qəpik, cəmi 421 manat 50 qəpik məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ASC tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli 601176 saylı aktın ləğv edilməsi və 24.11.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ümumiyyətlə qeyd edilən xəttə qanunsuz qoşulma halı baş verməmişdir. 1938-ci il tarixdən bəri sözü gedən əmlakın 7-8 arası mülkiyyətçisi olmuşdur, həmin şəxslər və eləcə iddiaçı tərəfindən qanunsuz qoşulma halı baş verməmişdir. İddiaçı həmin əmlakı 2017-ci il tarixdə almış və onunla müqavilə bağlanana kimi əvvəlki sahibinin adına olan kod üzrə ödənişlər etmişdir. İddiaçı sayğac quraşdırılana kimi borcunun olmaması barədə arayış almamışdır. Sözü gedən obyektdə bəlkə də, yay aylarında 0.5 kub su işlədilir və o da maksimum 1 manat edər. Əgər artıq cərimə yazılacaqdırsa da, o da lombarda yazılmalı idi. İddiaçıya həmin cərimənin heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, sözü gedən əmlakda qeyri-qanuni sudan istifadə edilməsi halı baş vermişdir. Yəni həmin əmlak qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir ki, bunulada sudan istifadə qaydaları pozulmuşdur. Belə ki, əhali üçün sayğac olmayan yerlərdə adam başına hesablama aparılır və bir adam üçün 5 manat aylıq istifadə nəzərdə tutulur. «Sudan istifadə Qaydaları»nın 8.7-ci bəndinə əsasən itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanmışdır. Bundan başqa idarə ilə müqavilə Rominə Babayeva arasında bağlanmışdır. Odur ki, həmin müqavilə üzrə iddiaçı özü məsuliyyət daşımışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. İş materiallarında olan DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 35 ünvanında yerləşən 11 nömrəli mənzil xüsusi mülkiyyət üzrə İddiaçı məxsusdur. 01.09.2020-ci il tarixli icarə müqaviləsindən görünür İddiaçı ilə X5 arasında Q.Abbasov küçəsi ev 35 mənzil 11 üzrə 3 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 27.11.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında d=20 mm boru xətti ilə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. S-6478/20 saylı, 07.12.2020-ci il tarixli müqavilədən görünür ki, fiziki şəxs İddiaçı məxsus əmlakda sayğac quraşdırılmasına dair sonuncu ilə Cavabdeh ASC-nin X7 İdarəsi arasında müqavilə bağlanmışdır. Tərəflər arasında qiymətlərin razılaşdırılması haqqında 1 saylı protokoldan görünür ki, fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsinə 07.12.2020-ci il tarixdə 1 ədəd smart kart tipli us sayğacı quraşdırılmışdır. 601176 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Q.Abbasov küçəsi ev 35 mənzil 11-nin Lombard kimi fəaliyyət göstərməsi ünvana baxış keçirilərkən aşkar edilmişdir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Q.Abbasov küçəsi ev 35 mənzil 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sudan istifadə və çirkab axıdılmasına görə 4104 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin qismən edilməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında bağlanmış 01.09.2020ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı xüsusi mülkiyyətində olan Q.Abbasov küçəsi ev 35 ünvanında yerləşən 11 saylı mınzilı 3 il müddətinə sonuncu ilə icarə müqaviləsi bağlanmışdır. Daha sonra həmin mənzil lombard kimi fəaliyyət göstərməyə başladığından Cavabdeh ASC ilə İddiaçı arasında d=20 mm boru xətti ilə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 27.11.2020-ci il tarixli müqavilə bağlanmış, həmin ünvana S-6478/20 saylı müqavilə əsasında, 07.12.2020-ci il tarixdə sayğac quraşdırılmışdır. Sözü gedən mənzilə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş və baxış zamanı mənzilin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərdiyi müəyyən edildiyindən qeyri-yaşayış sahəsinə dair 24.11.2020–ci il tarixdə 601176 nömrəli akt tərtib edilərək, qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən, Q.Abbasov küçəsi ev 35 mənzil 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sudan istifadə və çirkab axıdılmasına görə 4104 manat məbləğində (son bir il müddətinə hesablanmaqla) cərimə hesablanmışdır. Hazırda iddiaçı Cavabdeh ASC tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli 601176 saylı aktın ləğv edilməsi və 24.11.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə buna etiraz etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən, Q.Abbasov küçəsi ev 35 mənzil 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sudan istifadə və çirkab axıdılmasına görə son bir il müddəti hesablanmaqla 4104 manat məbləğində hesablanmış cərimə əsassızdır. Belə ki, iş materiallarından da görünür kimi sözü gedən ünvanda yerləşən mənzil icarə müqaviləsi əsasında 01.09.2020-ci il tarixdən qeyri-yaşayı sahəsi kimi istifadə edilmiş və həmin qeyri-yaşayış sahəsinə 07.12.2020-ci il tarixində sayğac quraşdırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözü gedən qeyri-yaşayış sahəsinə «Sudan istifadə Qaydaları»na əsasən 01.09.2020-ci tarixdən 07.12.2020-ci il tarixı kimi 3 ay müddətinə su və kanalizasiya xidmətləri (kommersiyayönlü təşkilatlar üçün d=20mm xətt üçün 171 manat*2 xətt*3ay) üçün 1026 manat məbləğində borc hesablanmalı idi. «Sudan istifadə Qaydaları»nın 4 saylı əlavəsinin Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəlinə əsasən, d=20mm diametrli boru üçün sudan sutkada istifadə vaxtı 5 saat, aylıq sərfiyyat 171 kub metr nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, 3 aylıq müddət üçün ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün akt əsasında hesablanmış 4104 manat (4104- 1026=3078) borc məbləğindən 3078 manat məbləği əsassız olduğundan silinməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh ASC tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli 601176 saylı aktın ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia atələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə mübahisəli ünvanın qeyri yaşayış sahəsinə 01.09.2020-ci il tarixdə çevrilməsi, sözü gedən akta əsasən isə qeyd edilən ünvana baxış keçirilən zaman həmin ünvanda lombard fəaliyyətinin həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa müvafiq qeyri-yaşayış sahəsinə cərimənin yazılması həmin aktla deyil, qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı əsasında yazılması müəyyən edilmişdir. Məhkəmə iddianı bu hissədə təmin etməyərkən eyni zamanda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış cərimənin qismən silinməsini də, nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklədə Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavadbeh Cavabdeh ASC tərəfindən ünvan 1 dair 24.10.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borc məbləğindən 3078 manat məbləği əsassız olduğundan silinməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 dair 24.10.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borc məbləğindən 3078 manat məbləği əsassız olduğundan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5591/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5591/2021
05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver