Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5598/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı “aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin qaz hesabına dair onun adına tərtib edilmiş ******* saylı təbii X1nın pozulması haqqında aktın ləğv edilməsi və əsassız olaraq akta görə abonent- **********10020 nömrəsinə hesablanılmış 1075,19 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında fərdi yaşayış evi 30 ildir ki, onun istifadəsində və sahibliyindədir. Həmin evə dair onun adına ******* saylı, RX seriyalı çıxarış da verilmişdir. Azəriqaz İB- ilə bağlanmış qazın alqı-satqısına dair abonent müqaviləsinə əsasən faisləsiz olaraq yaşadıqları ev qazla təmin edilmişdir. Bunun əvəzində isə aylıq ödənişləri vaxtı-vaxtında tam şəkildə ödəyiblər. Qeyd edir ki, bu yaxınlarda ondan 1000 manatdan çox borcun tələb edilməsinin şahidi olub. Müvafiq araşdırılma aparılması üçün müraciət etdikdə isə ona bir neçə sənəd təqdim edilməmişdir və bildirilmişdir ki, sayğac yoxlamadan keçib, xarici zədəsi var buna görə də cərimə edilmişdir. Barəsində ******* saylı təbii X1nın pozulması haqqında akt tərtib edilmişdir. Bundan sonra sayğac dəyişdirilərək əvəzinə smart kart tipli deyil, mexaniki tipli sayğac quraşdırılmışdır. Nəticədə cavabdeh orqan tərəfindən onun **********10020 saylı abonent koduna Azəriqaz İB tərəfindən əsassız olaraq 1075,19 manat borc hesablanmışdır. Halhazırda qaz hesabında 1075,19 manat borc vardır. Buna görə də məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Nəzərə çatdırır ki, tərəflərindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamış, heç bir formada müdaxilə edilməmişdir. Çünki belə olacağı təqdirdə isə ən azından aylıq ödənişlər arasında ziddiyyətli fərqlər yaranmış olardı. Belə ki,cavabdehin əməkdaşlarının iddia etdikləri həcmdə qazdan artıq istifadə etməkləri barədə heç bir mütəxəssiz araşdırması aparılmadan gözəyarı rəqəm yazılmışdır. Bundan başqa Cavabdeh İB-in əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına,eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanunu hesab edilə bilməz. Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinə etiraz barədə ərizə təqdim edərək, iddia ərizəsinin tamamilə əsassız olduğunu və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********18020 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********2 sayğac çıxarılaraq yoxlanılması üçün "Azəriqaz” İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, "Qaz sayğacının yoxlanılması barədə" 14-2-2/3-5-5857/Q002 saylı Akta əsasən "sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, qaz itkisi, müdaxilə" barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında" Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m³ təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2023-cü ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "X1"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********10020 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, 2(004)-5598/2023 saylı işə xx.xx.2023-cü il tarixdəki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, 12.2023-cü il tarixdəki məhkəmə iclasının iddiaçı tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 47 mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2547 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş təbii X1nın pozulması haqqında ******* nömrəli aktdan görünür ki, Azəriqaz İB-nin 14-2-2/3-5-5857/Q002 saylı aktına əsasən **********18 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Buna görə də 58582 nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş **********10020 nömrəli abonentin saldosundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 47 üzrə 2023-cü ilin iyun ayı üzrə 1036,80 (min otuz altı manat səksən qəpik) manat ödənilməmiş borcu vardır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə 12 iyun 2023-cü il tarixdə **********18 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyinə görə dəyişdirilərək, 58582 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Məhkəməyə sübut kimi təqdim olunmuş abonent saldosundan görünür ki, iddiaçının mənzilinə 2023-cü il iyun ayı üzrə 1036,80 (min otuz altı manat səksən qəpik) manat borc hesablanmışdır. Məhkəməyə həmin borcun hansı əsaslarla yarandığına dair mötəbər sübutlar təqdim olunmamışdır. Ona görə də məhkəmə hesablanmış borcu əsassız hesab edir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsi, ev 47 ünvanına İddiaçı adına hesablanmış (Abonent kodu:**********10020) 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi Cavabdeh İB-yə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsi, ev 47 ünvanına İddiaçı adına hesablanmış (Abonent kodu:**********10020) 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi Cavabdeh İB-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5598/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5598/2023
12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver