Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-561/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayədnəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü ildə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1118 nömrəli qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Artıq xeyli vaxtdır ki, o və cavabdeh faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra onların ər-arvad kimi yaşamağı və ailənin mövcudluğunu saxlamağı qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün əsaslar mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən onunla Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı ASAN xidməti mərkəzi qeydiyyat şöbəsində 1118 nömrə qeydi ilə rəsmiləşmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayədnəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının nikahın pozulması barədə fikri qətidir. Belə ki, ailənin bərpa edilməsi və qorunub saxlanılması mümkün deyildir. Verilmiş vaxt ərzində də, tərəflər arasında barışıq olmamışdır. Bundan başqa nikah pozularkən birgə nikahdan olan uşaqların ananın yanında qalmasına etiraz etmirlər. Eyni zamanda uşaqların saxlanılması üçün artıq məhkəmə qətnaməsi ilə aliment də, tutulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildiriş cavabdeh evdə olmadığın görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1118 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Pəsərəkov, arvada Didari soyadı verilmişdir. Tərəflərin nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı üç övladları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5935/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçıdan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmalara üçün hər ay qazançının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, İddiaçıdan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üç yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən verilmiş vaxt ərzində tərəflər barışmamışlar, iddiaçı nikahın pozulmasını təkid edir və birgə nikahdan olan uşaqların cavabdehin yanında qalmasına etiraz etmir. Məhkəmə tərəfindən ailənin qorunub saxlanılması istiqamətində tədbirlər görülməsi məqsədi ilə tərəflərə barışıq üçün 3 ay müddətində vaxt verilsə də, məhkəmə tərəfindən verilmiş vaxt ərzində tərəflər barışmadığından və iddiaçı isə nikahın pozulmasını təkid etdiyindən, məhkəmə hazırki vəziyyətdə ailənin qorunub saxlanılmasının qeyrimümkünlüyünü nəzərə alaraq, iddianın təmin olunmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1, 20.2 və 21.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 1118 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1, 22.2, 52 və 60.4-cü maddələrinə əsasənə əsasən birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, azyaşlı olmalarını, iddiaçının razılığını və s. halları nəzərə alaraq hesab edir ki, nikah pozularkən xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması (saxlanılması) müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 1118 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması (saxlanılması) müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-561/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-561/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver