Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5613/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı qızının cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və “xxxx” KB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı qızı cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və “xxxx” KB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 099UGİ/15/2 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4612/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və mülki iş materialları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil Yasamal rayon ərazisində yerləşdiyindən hazırki mülki işə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə müstəsna aidiyyət qaydaları tətbiq olunmamalıdır. Belə ki, hazırki tələb yalnız ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. Müqavilənin etibarsız hesab edilməsi tələbinə cavabdehlərdən birinin qeydiyyatda olduğu rayonun məhkəməsində baxılır. İddia ərizəsindən görünür ki, cavabdeh Nəzərov X1 rayon ərazisində qeydiyyatdadır. AR Mülki Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar mübahisə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 32.7 və 45.4-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4612/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə aidiyyətı üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş İddiaçı qızının cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və “xxxx” KB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5613/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5613/2020
27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver