Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5630/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC “Electrolux” LLC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC “Electrolux” LLC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 25.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən 352,32 manat ödənilməmiş hissə, 300 manat dəbbə olmaqla ümumilikdə 652,32 manat borc və 21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC “Electrolux” LLC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC “Electrolux” LLC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə İddiaçı MMC “Electrolux” LLC arasında 04.09.2019-cu il tarixli, 2386 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşya cavabdehə satılmışdır. Cavabdeh isə müqavilələrin şərtlərini pozaraq müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında etməmiş və nəticədə 352,32 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdeh 254 manat ödəniş etmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC “Electrolux-2” LLC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli, 2386 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC “Electrolux-2” LLC 1 ədəd “X4” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 04.09.2019-cu il tarixli, 2386 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 606,32 manat təşkil edir və aylıq 50,71 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 10.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 04.09.2019-cu il tarixli, 2386 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 606,32 manat olan əsas borca 254 manat ödəniş etmiş, 352,32 manat ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 04.09.2019-cu il tarixli, 2386 saylı müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,4 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04.09.2019-cu il tarixli, 2386 saylı müqavilə üzrə 352,32 manat əsas, 10 manat dəbbə borcu olmaqla, ümumilikdə 362,32 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,4 manat məbləğində pul İddiaçı MMC “Electrolux” LLC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 04.09.2019-cu il tarixli, 2386 saylı müqavilə üzrə 352,32 manat əsas, 10 manat dəbbə borcu olmaqla, ümumilikdə 362,32 (üç yüz altmış iki manat otuz iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,4 (iyirmi manat qırx qəpik) manat məbləğində pul İddiaçı MMC “Electrolux” LLC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5630/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5630/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver