Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5637/2023 27.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azəriqaz İB tərəfindən iddiaçıya hesablanmış abonent saldosunda göstərilən 1807 (min səkkiz yüz yeddi) manat məbləğ qanunsuz olaraq hesablanmışdır və silinməlidir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Yasamal rayonu ərazisində Cavabdeh İBnin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 94 B qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 875,52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1347,84 manat Cəmi 2223,36 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 365,94 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İByə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1857,42 (bir min səkkiz yüz əlli yeddi manat 42 qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahatını iddia ərizəsində qeyd olunan xüsusatlara uyğun verərək ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X2 izahatını iddia ərizəsində qeyd olunan xüsusatlara uyğun verərək qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 11232 m³-dir. İş materiallarına abonentin saldosu, sayğac məlumatları, fotoşəkillər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin olunmalıdır, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Mübahisənin qanuni əsası qismində iddiaçı və cavabdeh arasında Qazın alqısatqısına dair müqavilə təşkil edir. Deməli, mübahisənin qanuni əsası müqavilə (öhdəlik) münasibətləridir. Qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Araşdırma zamanı müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 875,52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1347,84 manat olmaqla ümumilikdə 2223,36 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 365,94 manat məbləğində ödəniş etmişdir. Nəzərə almaq lazımdır ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 875,52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1347,84 manat olmaqla ümumilikdə 2223,36 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin vurulması barədə əsassız olaraq istehlakçının təqsiri üzündən baş verməsi qənaətinə gəlinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzildə kənar xəttin çəkilməsi halı mövcud olmuşdursa da istehlakçı İddiaçı iştirakı təmin edilməklə bu barədə hər hansı akt tərtib edilməmişdir. Cavabdeh İB tərəfindən təqdim edilmiş fotoşəkillərdə isə həqiqətən də sözügedən evdə sayğacdan kənar xəttin mövcudluğu və ya xəttə müdaxilə edilmişdirsə də, müdaxilənin forması, mahiyyəti, zamanı, müdaxiləni etmiş şəxs(lər), istehlakçının bu barədə təqsiri müəyyən edilmir. İstehlakçının xəbəri olmadan bir neçə ay sonra ona cərimənin tətbiq edilməsi qanuni hesab edilə bilməz. Sayğacdan kənar xəttin mövcudluğu aşkar olunursa, bu barədə müvafiq şəxslərin iştirakı ilə akt tərtib edilməli, həmin akta istehlakçı daxil edilməli, istehlakçı müvafiq aktla tanış olmalı və qüsurlar barədə məlumatlandırılmalıdır. Bundan sonra isə, qüsurun baş vermə səbəbi və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir. Cinayət təqibini zəruri edən ilkin şübhələr müəyyən edildikdə səlahiyyətli qurum Cavabdeh İB tərəfindən prokurorluq orqanlarına müraciət edilməlidir. Sayğacdan kənar xətt mövcud olsa belə, müdaxilə edən şəxsin şəxsiyyəti, məsuliyyəti və təqsirinin əsası və həddləri müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki iddia tələbi üzrə mülki hüquq münasibətinin subyektlərinin məsuliyyətinin əsasları müqavilə şərtləri ilə müəyyənləşdirilir. Hüquqi məsuliyyətin şərtləri və həddləri müəyyən və əsaslı olaraq müəyyənləşdirilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, cərimə üzrə saldonun hesablanma meyarı günlük 24 saatlıq əmsal üzrə götürülür ki, bu da əsaslı və ağlabatan deyildir. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən Cavabdeh İB-nin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, Cavabdeh İB dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, yazılı formada formal mülahizələrə əsaslanan qarşılıqlı iddia ərizəsi tərtib edilərək məhkəməyə ünvanlanmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Qarşılıqlı iddia üzrə məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın ilkin iddiadan (cərimə məbləğindən) artıq hissəsinə dair müvafiq ödənişlər istehlakçı tərəfindən müqavilə öhdəlikləri üzrə ödənilməlidir, həmin məbləğin vaxtından əvvəl tələb edilməsi istisna olunur. Həmçinin, ilkin iddia üzrə əsassız hesablanmış borcun silinməsi xüsusatı əsas götürülməklə və qarşılıqlı iddianın sübuta yetirilməməsi nəzərə alınmaqla qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə aid edilməlidir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin olunmalı, ilkin iddia üzrə cavabdeh Azəriqaz İB tərəfindən ilkin iddia üzrə İddiaçı məxsus **********20030 nömrəli abonent koduna hesablanmış 1807 (min səkkiz yüz yeddi) manat borc məbləği qanunsuz hesab edilməklə silinməsi vəzifəsi Azəriqaz İB-nə həvalə edilməlidir. İlkin iddia tələbinin təmin olunması əsası ilə qarşılıqlı iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. İlkin iddia üzrə cavabdeh Azəriqaz İB tərəfindən ilkin iddia üzrə İddiaçı məxsus **********20030 nömrəli abonent koduna hesablanmış 1807 (min səkkiz yüz yeddi) manat borc məbləği qanunsuz hesab edilməklə silinməsi vəzifəsi Azəriqaz İB-nə həvalə edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5637/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5637/2023
27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver