Məhkəmə qərarları › İş №2(004)-5640/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5640/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5640/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbi barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum əri 26 may 1994-cü il tarixdə vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü X2 “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 27 dekabr 1989-cu il tarixli 3 nömrəli protokoluna əsasən Xəzər rayonu, Türkan qəsəbəsi, 113 nömrəli bağ sahəsi ayrılmışdır. Ərizəçi və ailə üzvləri həmin sahəni hal-hazıradək istifadə edirlər. Ərizəçi həmin sahəni öz adına keçirrmək istəyəndə məlum olmuşdur ki, X1 ata adı bir sıra arxiv sənədlərində Zakir kimi qeyd edilmişdir. Bu səbəbdən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müvafiq imtina qərarı qəbul edilməklə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göstərilənlər nəzərə alınmaqla, həmin uyğunsuzluğun aradan qaldırılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 27 dekabr 1989-cu il tarixli 3 nömrəli protokoluna əsasən Xəzər rayonu, Türkan qəsəbəsi, 113 nömrəli bağ sahəsi X2 ayrılmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X3 26 may 1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan arayışa əsasən müəyyən edilir ki, Ərizəçi ilə X3 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin imtina qərarı əlavə edilmişdir. Həmin qərarın 2-ci abzasında qeyd edilmişdir ki, .......... idarənin arxiv məlumatlarına əsasən “Çinar” bağçılıqyoldaşlığın arxiv siyahısı ilə təqdim edilən sənədlər arasında miras qoyanın ata adı arasında uyğunsuzluq vardır. Belə ki, arxiv siyahısında ata adı “Zakir” kimi, digər sənədlərdə isə “Zahir” kimi qeyd edilmişdir...... Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 27 dekabr 1989-cu il tarixli 3 nömrəli protokoluna əsasən Xəzər rayonu, Türkan qəsəbəsi, 113 nömrəli bağ sahəsi X2 ayrılmışdır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X3 26 may 1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ilə X3 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin imtina qərarının 2-ci abzasında qeyd edilmişdir ki, .......... idarənin arxiv məlumatlarına əsasən “Çinar” bağçılıq-yoldaşlığın arxiv siyahısı ilə təqdim edilən sənədlər arasında miras qoyanın ata adı arasında uyğunsuzluq vardır. Belə ki, arxiv siyahısında ata adı “Zakir” kimi, digər sənədlərdə isə “Zahir” kimi qeyd edilmişdir. Ərizəçinin hazırki ərizə ilə bağlı vərəsəlik hüquq münasibətləri kontekstindən mülkiyyət hüquq münasibətlərinə dair hüquqi marağı vardır. Hazırki mülki iş üzrə arxiv sənədləri arasında uyğunsuzluq yaranmışdır. Sözügedən uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalıdır. Arxiv sənədlərində olan ziddiyyətlərin neqativ təsirlərinin vədəndaşın üzərinə yüklənməsi əsassızdır. Həmin arxiv sənədləri vətəndaş tərəfindən deyil, birtərəfli qaydada müvafiq inzibati orqan tərəfindən tərtib edilməklə saxlanılır. Belə ki, “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 27 dekabr 1989-cu il tarixli 3 nömrəli protokolunun, həmin protokola əsasən siyahının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv nüsxələrinin 26 may 1994-cü il tarixdə vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü X2 məxsus olması faktı müəyyən edilir. Məhkəmə mülki işə tələb həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 27 dekabr 1989-cu il tarixli 3 nömrəli protokolunun, həmin protokola əsasən siyahının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv nüsxələrinin 26 may 1994-cü il tarixdə vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü X2 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilsin. “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 27 dekabr 1989-cu il tarixli 3 nömrəli protokolunun, həmin protokola əsasən siyahının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv nüsxələrinin 26 may 1994-cü il tarixdə vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar