Məhkəmə qərarları › İş №2(004)-5682/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5682/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5682/2021 04.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Braun Şirə çəkən üçün 81 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 14.05.2019cu il tarixli müqaviləsinə əsasən, X3 üçün 159 manat ödənilməmiş hissə, 47 manat dəbbə, 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sony Playstation-4, 3 ədəd DİSK Playstation 4, Modem TP-LİNK, Sonorous Surefix asqısı üçün 2610 manat ödənilməmiş hissə, 739 manat dəbbə, 04.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********24585 olan Samsung Galaxy A8 Plus markalı telefon üçün 846 manat ödənilməmiş hissə, 253 manat dəbbə, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Paltaryuyan, LED TV üçün 1175 manat ödənilməmiş hissə, 360 manat dəbbə, ümumilikdə 6291 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6321 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış 31.05.2019-cu il, 14.05.2019-cu il, 15.02.2020-ci il, 04.11.2019-cu il və 21.11.2019-cu il tarixli müqavilələrə əsasən, Braun Şirə çəkən, X3, Samsung LED TV, Sony Playstation-4, 3 ədəd DİSK Playstation 4, Modem TP-LİNK, Sonorous Surefix asqısı, İMEİ kodu **********24585 olan Samsung Galaxy A8 Plus markalı telefon, Hoffmann Paltaryuyan, LED TV almış və nəticədə 6291 manat borc yaranmışdır. Borcverən 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 432 manat olan Braun Şirə çəkəni ilkin ödənişsiz, 18 ay müddətinə aylıq 24 manat; 14.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 636 manat olan “X3”nu ilkin ödənişsiz, 12 ay müddətinə aylıq 53 manat; 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2876 manat olan Samsung LED TV, Sony Playstation-4, 3 ədəd DİSK Playstation 4, Modem TP-LİNK, Sonorous Surefix asqısını 266 manat ilkin ödəniş olunmaqla, 18 ay müddətinə aylıq 145 manat; 04.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1133 manat olan İMEİ kodu **********24585 olan Samsung Galaxy A8 Plus markalı telefonu 5 manat ilkin ödəniş olunmaqla, 12 ay müddətinə aylıq 94 manat; 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1359 manat olan Hoffmann Paltaryuyan və LED TV-ni 9 manat ilkin ödəniş olunmaqla, 18 ay müddətinə aylıq 75 manat ödənilməsi şərtilə cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə 6291 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1565 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh, "xxxx" MMC ilə 31.05.2019-cu il, 14.05.2019-cu il, 15.02.2020-ci il, 04.11.2019-cu il və 21.11.2019-cu il tarixli müqavilələrə əsasən, Braun Şirə çəkən, X3, Samsung LED TV, Sony Playstation-4, 3 ədəd DİSK Playstation 4, Modem TP-LİNK, Sonorous Surefix asqısı, İMEİ kodu **********24585 olan Samsung Galaxy A8 Plus markalı telefon, Hoffmann Paltaryuyan, LED TV almış və nəticədə onun 6291 manat borcu yaranmışdır. İş materiallarında olan 05.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.05.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 81 manat ödənilməmiş hissə, 21 manat dəbbə, ümumilikdə 102 manat borcu, 14.05.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 159 manat ödənilməmiş hissə, 47 manat dəbbə, ümumilikdə 206 manat borcu, 15.02.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 2610 manat ödənilməmiş hissə, 739 manat dəbbə, ümumilikdə 3349 manat borcu, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 846 manat ödənilməmiş hissə, 253 manat dəbbə, ümumilikdə 1099 manat borcu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 1175 manat ödənilməmiş hissə, 360 manat dəbbə, ümumilikdə 1535 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 31.05.2019-cu il tarixli müqavilə üzrə 81 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 91 manat borc, 14.05.2019cu il tarixli müqavilə üzrə 159 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 169 manat borc, 15.02.2020-ci il tarixli müqavilə üzrə 2610 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, ümumilikdə 2680 manat borc, 04.11.2019-cu il tarixli müqavilə üzrə 846 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 866 manat borc, 21.11.2019-cu il tarixli müqavilə üzrə 1175 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 1205 manat tutularaq iddiaçı”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 31.05.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 21 manat məbləğində deyil 10 manat məbləğində, 14.05.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 47 manat məbləğində deyil 10 manat məbləğində, 15.02.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 739 manat məbləğində deyil 70 manat məbləğində, 04.11.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 253 manat məbləğində deyil 20 manat məbləğində, 21.11.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 360 manat məbləğində deyil 30 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 31.05.2019-cu il tarixli müqavilə üzrə 81 (səksən bir) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 14.05.2019-cu il tarixli müqavilə üzrə 159 (yüz əlli doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 15.02.2020-ci il tarixli müqavilə üzrə 2610 (iki min altı yüz on) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu, 04.11.2019-cu il tarixli müqavilə üzrə 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqavilə üzrə 1175 (bir min yetmiş beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 5011 (beş min on bir) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar