Məhkəmə qərarları › İş №2(004)-569/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-569/2022

15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-569/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhər 44 saylı Notariat Kontoruna qarşı “ilkin alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhər 44 saylı Notariat Kontoruna qarşı “ilkin alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 12.12.2015-ci il tarixdə onunla Cavabdeh1 arasında 12.12.2015- ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 23.02.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Tbilisi prospekti, 31/66 məhəllə, 135A saylı mənzil ona məxsus olmuşdur. Bu mənzili ailə quranadək 2006-cı ildə əldə etmişdir. Bu günə kimi həmin mənzildə atası və anası ilə yaşayır. Mənzilin tam dəyəri onun tərəfindən ödənilib. Maliyyə arayışı müqavilə, plan-layihəsi, protokoldan çıxarışı var. Mənzili sənədləşdirmək üçün məhkəməyə müraciət etsə də, nəticəsi olmamış və imtina edilmişdir. Çünki o, öz adından birinci dəfə 1 saylı Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmə onun adına mənzilə çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi üçün qərar vermişdir. Sadəcə olaraq, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi İdairəsini razılaşdıra bilmədiyi üçün ona imtina gəlmişdir. Bir az vaxt keçdikdən sonra o, yenə Daşınmaz Əmlak Komitəsinə müraciət etmiş və onları razı salmışdır Sonra məhkəməyə yenə müraciət etmişdir və məhkəmədə ona kiminsə adına ilkin alqı-satqı müqaviləsi bağlamasını və bu halda ona qərar çıxardacaqlarını bildirmişdirlər. Arvadı Cavabdeh3 qardaşı Cavabdeh1 adına formal alqısatqı müqaviləsi bağlamışlar və Emilin adına çıxarış verilmişdir. Mənzili sənədləşdirmək üçün formal olaraq bu mənzili 2017-ci ildə ilkin alqı- satqı yolu ilə cavabdehin adına sənədləşdirmişdir. Cavabdeh qaynıdır. Bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşıyır. Bu evin bazar qiyməti müqavilədə göstəriləndən 3 dəfə artıqdır. İlkin alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlamaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Onun mənzili tam mərkəzdə yerləşir, sahəsi 104 kv.metrdir və tam təmirlidir. 2015-2017-ci illərdə bazar qiyməti 170000- 180000 manatdır. Amma məhkəməyə ikinci dəfə lazım olduğu üçün formal olaraq Emilin adına 50000 manata ilkin alqı-satqı müqaviləsi bağlamışdırlar. Cavabdeh1 isə bu evi onlara qaytarmışdır. Yəni, bağışlama yolu ilə bacısına vermişdir. Bacısı da 2 övladının anasıdır. Hazırda bu evdə yaşayır. Son dövrlər Səbinə ilə münasibətləri pozulub. İndi də qaynanası onu öz evindən çıxartmaqla hədələyir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Bayramov X6 ilkin iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pekti, 31/66 ünvanda yerləşən 135 saylı mənzil İddiaçı tərəfindən Cavabdeh1 satılmış, Cavabdeh1 tərfindən X5 bağışlanmışdır. Alqı-satqı və bağışlamaya dair əqdlərin rəsmiləşdirilməsində mülki qanunvericiliyin tələblərinə riayət edilmişdir. İddiaçı tərəfindən müqavilələrin etibarsız hesab edilməsinin zəruriliyinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən əqdin etibarsızlığının mübahisələndirilməsinə dair müddət ötürülmüşdür. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanda yerləşən 135 saylı mənzildən çıxarılaraq həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzil daşınmaz əmlakın dövlət reyestrindən 04.10.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh İddiaçı, mülkiyyətçi olaraq onun iradəsinin əleyhinə olaraq həmin mənzildən istifadə edir, hətta ona həmin mənzildə yerləşən şəxsi əşyalarının götürülməsinə belə şərait yaratmır. O, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən bağışlama müqaviləsini məhkəmədə mübahisələndirildikdən sonra, həmin mənzildən İddiaçı istifadə etməsinə razı olmadığını dəfələrlə şifahi qaydada ona bildirmiş və mənzilin İddiaçı tərəfindən boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Lakin, İddiaçı onun tələbini icra etməkdən boyun qaçırmışdır. Onun mülkiyyətində olan mənzil bu gün də İddiaçı qanunsuz sahibliyində və istifadəsindədir. O, qarşılıqlı iddia üzrə cavabdehin həmin mənzilə qanunsuz sahiblik etməkdə davam etmək niyyətini gördüyü üçün, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməyi, qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyində olan mənzilin məhkəmə qətnaməsinə əsasən ona qaytarılmasını zəruri hesab edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8 qarşılıqlı iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, iddiaçının yaşadığı və bu günə kimi də sahibliyində olan mənzilə sənəd (çıxarış) almaq üçün Cavabdeh1 formal müqavilə bağlamışdır. Formal ilkin alqı-satqı zamanı kiçik bir məbləğ iddiaçı tərəfindən kassaya ödənilmiş və onun tərəfindən də pul geri çıxarılmışdır. Əgər həmin yerdə kamera olubsa görüntülərə baxmaq kifayətdir. Evin dəyəri 170.000-180.000 manatdır. 50.000 manata bir otaqlı (30 m2) təmirsiz mənzil ancaq almaq olar. Bu dəfə çıxarış almaq üçün İnzibati Məhkəməyə Emilin adından ərizə vermişlər. Müəyyən müddətdən sonra çıxarış alınmışdır. Bundan sonra, mənzilin sənədi ilə maraqlanmamışdır. Çünki, artıq mənzilə çıxarış alındığı üçün rahat olmuşdur. Yaxın vaxtlaradək həyat yoldaşı ilə birgə yaşamışdır. Hazırda cavabdehin təqsiri ucbatından ailə münasibətləri pozulub. Həyat yoldaşı anasının yanına gedib. Emil isə artıq neçə ildir ki, Azərbaycanda yoxdur. Çexiya dövlətindədir. Həmin dövrdə Emil ona uzun müddətli (30 illik) etibarnamə vermişir ki, evi öz adına sənədləşdirə bilsin. 13.03.2017-ci ildə həmin etibarnamə ilə hazırda yaşadığı mənzilin çıxarışını özü yaxınlaşıb 31.03.2017-ci ildə Daşınmaz Əmlakın Dövlət Komitəsindən almış, bunun üçün rüsumu da özü ödəmişdir. Bu günə kimi qaz, su, telefon xətti və digər MTK tərəfindən komunallar onun adınadır. O, mülkiyyət hüququnun bərpasını xahiş edir. Bu səbəbdəm iddia müddəti hazırkı işə şamil edilə bilməz. Əlavə olaraq onu bildirmək istəyir ki, ilkin alqı-satqı müqaviləsinin bitmə müddəti 2025-ci ilə qədər qüvvədədir və ilkin alqı-satqı müqaviləsində də göstərilib. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında ilk iddia ərizəsinin və qarşılıqlı iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında nikah pozulmamış və nikahın pozulması ilə bağlı mübahisə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Odur ki, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin və ilk iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyun izahat vermiş və məhkəmədən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh Bakı şəhər 44 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq ilk iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Şakir MTK ilə “payçı” İddiaçı arasında bağlanmış 11.07.2006-cı il tarixli 135 A saylı müqavilənin surətindən görünür ki, icraçı tikinti başa çatdırıldıqdan sonra müqavilə üzrə dəyəri 35000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzili payçıya təhvil verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Şakir MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28.09.2015-ci il tarixdə verilmiş, AZ-İİ 077793 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı və X7 28.09.2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2319 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Namazova” soyadı verilmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 arasında bağlanmış 12.12.2015-ci il tarixli 3M-516 reyestr nömrəli ilkin müqavilənin surətindən görünür ki, tərəflər 10.12.2025ci il tarixə kimi 11.07.2006-cı il tarixli 135A saylı müqaviləyə və maliyyə arayışına əsasən "xxxx" İddiaçı sahibliyində və istifadəsində olan, Şakir MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış evinin 135A saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış aldıqdan sonra 52000 manata “alıcı” Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhərinin notariusu X2 tərəfindən "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanlanmış 12.12.2015-ci il tarixli XNX-608 saylı məktubun surətindən görünür ki, Cavabdeh1 tərəfindən notariat qaydada təsdiq ediləcək müvafiq müqavilə üzrə ödənilməli olan 50000 manat məbləğində pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra İddiaçı verilməsi üçün notariusun bankda olan depozit hesabına qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan 12.12.2015-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən XNX-608 saylı məktuba əsasən alqı-satqı ödənişi olaraq 50000 manat notariusun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhərinin notariusu X1 ünvanlanmış 12.12.2015-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzili satılması üçün razılaşdırılmış məbləğin 50000 manatı beh müqaviləsinə əsasən İddiaçı ödənilmiş, qalan məbləğ isə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniləcəkdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdairəsinin 17.12.2016-cı il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair 14.12.2016-cı il tarixli ərizəsinə hüquq müəyyənedici sənədlər əlavə edilmədiyindən çıxarışın verilməsindən imtina edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2017-ci il tarixli, 2-1(81)-1391/2017 tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 iddiasının təmin edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllədə inşa edilən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 104,5 kv.metr olan 135A saylı mənzilə mülkiyyət hüquqlarının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 31.03.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 23.08.2018-ci il tarixli 4Ə-300 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 31.03.2017-ci il tarixdə verilmiş **********78-05301-093003 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzili Cavabdeh3 bağışlamışdır. Müqavilə notarial qaydada təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 12.03.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Şakir MTK tərəfindən verilmiş 05.02.2022-ci il tarixli arayış əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə, 181 nömrəli evin 135A saylı mənzilində yaşadığı və mənzilin ona məxsusus olduğu qeyd edilmişdir. İş materiallarında olan 03.03.2017-ci il tarixli 7E-5404 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı 30 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan 24.07.2017-ci il tarixli 7E-17370 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək, 03.03.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı verilmiş, reyestrdə 7E- 5404 nömrə ilə qeydə alınmış etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan qəbzlərdən və kommunal xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilələrin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə yerləşən 135A saylı mənzilə MTK tərəfindən və digər kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr İddiaçı ilə bağlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün formal olaraq ilkin alqı-satqı müqaviləsinin bağlandığını, əslində mənzilin dəyərinin müqavilədə göstəriləndən 3 dəfə artıq olmasını, alqı-satqı müqaviləsinin görünüş üçün bağlanmasını, həmçinin qanunvericiliyin tələbinə uyğun bağlanmadığına qeyd edərək müqavilənin etibarsızlığını tələb edir. Həmçinin ilkin iddia tələbinə dair etiraz ərizəsində onun tərəfindən ilkin alqı-satqı zamanı az məbləğdə pulun ödənilməsi, sonra da həmin pulu geri götürülməsi qeyd edilmişdir. Lakin iddiaçı bu halları təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərlə müqavilə üzrə razılaşdırılmış məbləğin İddiaçı tərəfindən əmmədov Emil Nizami oğluna notariusun depozit hesabı vasitəsilə ödənilməsi təsdiq edilir. Həmçinin, mübahisələndirilən müqaviləyə bilavasitə İddiaçı və Cavabdeh1 imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyyənləşdirilmişdir. Müqavilə notariat qaydasında təsdiq edilmişdir. İlkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. İlkin alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ilkin alqı-satqı müqaviləsinin qanuniliyinə qiymət verilmiş və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllədə inşa edilən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 104,5 kv.metr olan 135A saylı mənzilə mülkiyyət hüquqlarının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İlkin iddia ərizəsində götərilənlər iddiaçının şəxsi mülahizələri və qənaətləri olmaqla, heç bir mötəbər yazılı sübuta söykənmir və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddia tələbi ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 23.02.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, qeyd edilən bağışlanma müqaviləsinə əsasən, Cavabdeh1 ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 31.03.2017-ci il tarixdə verilmiş **********78-05301-093003 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən 135A saylı mənzili Cavabdeh3 bağışlamışdır. Müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Bayramov X3 iddiaçı tərəfindən əqdin etibarsızlığının mübahisələndirilməsinə dair müddət ötürülməsinə dair mülahizəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı əqdin əhəmiyyətsiz əqd olduğunu iddia edərək etibarsız hesab edilməsini tələb edir. MÜlki Məcəllənin 354.1-ci maddsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddədə müəyyən edilmiş bir illik müddət yalnız əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir və daşınmaz əşyalarla dair bağlanılmış əqdin əhəmiyyətsiz hesab edilməsi tələbi ilə bağlı qeyd edilən bir illik müddət nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər....” Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə tərəflər 28.09.2019-cu il tarixdə rəsmi nikah bağlamışlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 mübahisəli mənzilə dair mülkiyyət hüququ 12.03.2018-ci il tarixdə yaranmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə mənzili 11.07.2006-cı il tarixdə əldə etmiş və istifadə hüququ yaranmışdır. O, bu günə qədər də həmin mənzildə yaşayır. Həmçinin, 12.03.2018ci il tarixdən sonra mülkiyyətçinin ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Onlar arasında nikahın pozulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil və ailə münasibətlərinə xitam verilməmişdir. Odur ki, tərəflər arasında nikah pozulmadığından qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ailə üzvüdür və ailə üzvü kimi onunla bərabər mənzildən istifadə hüququna malikdir. Ona görə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarıla və qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhər 44 saylı Notariat Kontoruna qarşı “ilkin alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ikin və qarşılıqlı iddia rədd edilməli olduğundan, iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu tərəflərə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhər 44 saylı Notariat Kontoruna qarşı “ilkin alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar