Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5711/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ABC Telecom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.10.2020-ci il tarixli müqavilə üzrə, Samsung soyuducu üçün 3595,60 manat ödənilməmiş hissə, 421,40 manat dəbbə pulu olmaqla, 4017 manat, 21.05.2020-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********24258 və **********32565 olan 2 ədəd Samsung galaxy A10s markalı telefon üçün 776,60 manat ödənilməmiş hissə, 159,40 manat dəbbə pulu olmaqla, 936 manat, cəmi 4953 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 09.10.2020-ci il və 21.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, İMEİ kodu **********24258 və **********32565 olan 2 ədəd Samsung galaxy AlOs markalı telefon almış və nəticədə 4953 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 474 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 09.10.2020-ci il tarixli müqavilə üzrə, 3595,60 manat ödənilməmiş hissə, 421,40 manat dəbbə pulu olmaqla, 4017 manat, 21.05.2020-ci il tarixli müqavilə üzrə 776,60 manat ödənilməmiş hissə, 159,40 manat dəbbə pulu olmaqla, 936 manat, cəmi 4953 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 09.10.2020-ci il tarixli müqavilə üzrə, Samsung soyuducu üçün 3595,60 manat ödənilməmiş hissə, 421,40 manat dəbbə pulu olmaqla, 4017 manat, 21.05.2020-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********24258 və **********32565 olan 2 ədəd Samsung galaxy A10s markalı telefon üçün 776,60 manat ödənilməmiş hissə, 159,40 manat dəbbə pulu olmaqla, 936 manat, cəmi 4953 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 09.10.2020-ci il tarixli müqavilə üzrə, Samsung soyuducu üçün 3595,60 manat ödənilməmiş hissə, 421,40 manat dəbbə pulu olmaqla, 4017 manat, 21.05.2020-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********24258 və **********32565 olan 2 ədəd Samsung galaxy A10s markalı telefon üçün 776,60 manat ödənilməmiş hissə, 159,40 manat dəbbə pulu olmaqla, 936 manat, cəmi 4953 (dörd min doqquz yüz əlli üç) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5711/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5711/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver