Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5740/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 bağ sahəsi vardır. Həmin bağ sahəsi ilə əlaqədar onunla 16765 saylı 15 avqust 2001-ci il tarixdə bağın icarəyə verilməsi haqqında müqavilə vardır. Həmin bağ sahəsi xx.xx.1968-ci ildə X2 adına olmuşdur. O, cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etmişdir. xx.xx.2021ci il tarixdə, **********89 saylı məktubla cavabdeh guya sənətdə Vaqif adın Vasif kimi oxunmasını bəhanə gətirərək ona imtina vermişdir. Hesab edir ki, bu imtina əsassızıdır. Göstərilənlərə əsasən X3 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı 15 avqust 2001-ci il tarixdəki bağın icarəyə verilməsi haqqında müqavilədə adının Vaqif kimi oxunması öhdəliyi qoyulması barədə qətnamə çıxrılması xahiş edilmişdir. İşə məhkəmə baxılan zaman ərizəçi iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X8 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı xx.xx.2001-ci il tarixdəki bağın icarəyə verilməsi haqqında sənədin ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Ataları o vaxt rəhmətə gedəndən sonra, o notariat ofisində ərizə yazaraq, hazırki torpaq sahəsinin qardaşının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Torpaq sahəsi sənədləşdirilən zaman orada texniki səhv nəticəsində qardaşının adını Vaqif əvəzinə Vasif kimi qeyd etmişlər. Torpaq sahəsi ümumilikdə 25 sotdan ibarətdir. Odur ki, X8 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı xx.xx.2001-ci il tarixdəki bağın icarəyə verilməsi haqqında sənədin qardaşı Ərizəçi aid olmasını təsdiq edir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı tərəfindən göstərilən bağ sahəsi hüquqmüəyyənedici sənədlərinə əsasən 2500 kv.m, faktiki isə 2058.80 kv.m təşkil edir. Həmçinin, idarədə mövcud olan bağ sahəsinin arxiv cizgisinə əsasən sahənin bir hissəsi 1570 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, təqdim edilən bağın icarəyə verilməsi haqqında müqavilədə hüquq sahibinin adı Vasif digər sənədlərdə isə Vaqif kimi qeyd olunmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X1 qeyd edilmişdir. Bağın İcarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli, 16765 nömrəli müqavilənin surətindən görünür ki, X3ı və istismarı birliyinin direktoru Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli, Sərəncamı ilə 18 nömrəli protokola əsasən X5 Ləhiş qəsəbəsində, 0.25 ha bağ sahəsini təhvil vermişdir. X3ı və istismarı birliyinin 1572 nömrəli bağın inventarlaşdırma vərəqəsinin surətindən görünür ki. Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0.25 ha bağ sahəsi X5 icarəyə verilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X8 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı xx.xx.2001-ci il tarixdəki bağın icarəyə verilməsi haqqında sənədin Ərizəçi aid olması müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X8 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı xx.xx.2001-ci il tarixdəki bağın icarəyə verilməsi haqqında sənədin Ərizəçi aid olması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5740/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5740/2022
13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver