Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5745/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil1, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4, Cavabdeh6 vəkili Vəkil2, Cavabdeh10 Əliqulu oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, X34, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, 12 saylı Notariat Ofisi, 19 saylı Notariat Ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə 30.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 06.01.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X21, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 23.02.2017ci il tarixdə 19 saylı Dövlət Notariat X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 17.01.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə ¼ hissədə miras pay hüququnun müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh X15 28.05.2019-cu il tarixdə vəfat etdiyi məlum olduğundan X5 Neymat Əliqulu oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mərhum X42, X29 və X22 məxsus olmuşdur. X51 və X6 Bərxudar Qəmbər oğlunun övladlarıdır. X35 1967-ci ildə vəfat etmişdir. Onun oğlu - X43 isə 1943-cü ildə vəfat etmişdir və o, vəfat edərkən subay olmuşdur. X51 isə 1978-ci ildə vəfat etmişdir. Mehti Məmmədov və Bərxudar Məmmədovun vəfatından sonra ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X42 miras qalmışdır. Qüdrət Məmmədovun vəfatından sonra sözügedən miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Ona görə ki, ümumiyyətlə X42 məxsus hər hansı miras əmlakın mövcudluğundan uzun müddət xəbərsiz olmuşlar. Rəsmi sənədlərdə heç vaxt iddiaçıların babası X36 adına sənəd tapılmamışdır. Ona görə də bu illər ərzində vərəsəlik işi ilə bağlı hər hansı quruma müraciət edilməmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, X7 Rayon Məhkəməsinə müraciət edərək rəsmi sənədlərdə adı - X10 qeyd edilən şəxsin İ-ЖГ 438147 saylı ölüm haqqında şəhadətnamədə adı göstərilən X51 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və 30.06.2016-cı il tarixdə də həmin ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmçinin bu qətnamə ilə X36 09 fevral 1978-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Məhz bundan sonra həmin əmlak vərəsəliyin predmetinə çevrilmişdir. Eyni zamanda Cavabdeh1 ərizəsi əsasında isə Yasamal Rayon Məhkəməsinin 23.09.2016-cı il tarixli, 2(004)-11703/2016 saylı qətnaməsi ilə miras qoyanlardan biri - Mehti Məmmədovun 1943-cü ildə ölməsi faktı müəyyən edilmişdir. Qeyd edilən bu hüquqi faktlar müəyyən edildikdən sonra isə X34, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 digər vərəsələrin, o cümlədən iddiaçıların xəbəri olmadan və miras əmlakın mövcudluğu barəsində iddiaçılara məlumat vermədən miras əmlakda pay hüquqlarının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 02.12.2016-cı il tarixdə məhkəmədə həmin işə baxılaraq iddia tələblərinin qismən təmin edilməsi barədə 2(004)-14857/2016 saylı qətnamə qəbul edilmişdir. Bu qətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə X15, 1/6 hissəsinə Cavabdeh4, 1/3 hissəsinə isə Cavabdeh5 miras pay hüququ müəyyən edilmişdir. Daha sonra 06.01.2017-ci il tarixdə adı çəkilən şəxslərə 12 saylı Dövlət Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, məhkəmənin qətnaməsi və şəhadətnamə əsasında isə cavabdehlərin miras əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2016-cı il tarixli, 2(004)- 11703/2016 saylı qətnaməsindən məlumatlı olduqdan sonra isə ondan apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2020-ci il tarixli, 2(103)- 7095/2020 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş və iddia ərizələri baxılmamış saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini aldıqdan sonra icra dönüşünün edilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2(004)- 14857/2016 saylı qətnaməsinin icrasında dönüş edilməsi məhkəmədən xahiş olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.08.2021 -ci il tarixli, 2(103)- 7095/2020 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə qərardadda ərizənin təmin edilməməsinin səbəbi kimi göstərmişdir ki, “... Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********00 saylı, 19.04.2021-ci il məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 02.12.2016-cı il tarixli qətnaməsi icra edilmiş, həmin qətnamə və 12 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-02 reyestr nömrəli, 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlak olan və ünvan 2 ünvanında yerləşən 0,0828 ha ölçülü torpaq sahəsi üzərində 1/6 hissədə Cavabdeh1, 1/3 hissədə Şərqiyyə Namatovanın, 1/6 hissədə Cavabdeh4, 1/3 hissədə Cavabdeh5 payları “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. 19 saylı Notariat Kontorunun 4Ə-54 reyestr nömrəli, 23.02.2017-ci il tarixli, alğı-satqı müqaviləsinə əsasən həmin 0,0828 ha ölçülü torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 19 saylı Notariat Kontorunun 4Ə-7 reyestr nömrəli, 17.01,2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin 0,0828 ha ölçülü torpaq sahəsi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi həmin qərardadında göstərmişdir ki, yaranmış vəziyyət şəxslərin hüquqlarına toxunursa, onlar əvvəlki qeydiyyatın bərpasına yönəlmiş iddialar ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. X42 məxsus hər hansı miras əmlakın mövcudluğundan iddiaçıların xəbərləri olmamışdır və arxiv sənədlərində X36 adına rəsmi sənəd tapılmamışdır. Lakin sonradan bəlli olmuşdur ki, X36 adı rəsmi sənədlərdə əslində X59 kimi qeyd olunur və bu faktın X15 müraciətinə əsasən Abşeron Rayon Məhkəməsinin 30.06.2016-cı il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırkı iş üzrə cavabdehlər əlbir hərəkət edərək məqsədli şəkildə bu prosesləri iddiaçılara xəbər vermədən aparmış və miras əmlakın əvvəlcə Cavabdeh2 adına, daha sonra isə Cavabdeh3 adına özgəninkiləşdirilməsinə nail olmuşlar. Belə ki, X15, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tərəfindən vərəsələr barəsində məhkəməyə düzgün məlumat verilməməsi, tələsik şəkildə məhkəmə qətnaməsinin çıxarılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsi, bundan qısa müddət sonra, 23.02.2017-ci il tarixdə əmlakın Cavabdeh2 adına özgəninkləşdirilməsi, 23.02.2017-ci il tarixli alğı-satqı müqaviləsində əmlakın dəyərinin dəfələrlə aşağı qiymət, yəni 100000 manat göstərilməsi, bundan sonra uzun müddət keçmədən, yəni 17.01.2018-ci il tarixdə əmlakın guya Cavabdeh2 tərəfindən öz qaynanası Cavabdeh3 satılması, həmçinin gəlin-qaynana olmalarına baxmayaraq formallığı gizlətmək üçün Cavabdeh3 və Cavabdeh2 arasındakı sənədləşmənin alğı-satqı qaydasında edilməsi bütün bu sənədləşmələrin formal olmasını və cavabdehlərin birgə və məqsədli hərəkət etməsini aşkar şəkildə təsdiq edir. Cavabdeh3 Cavabdeh2 qaynanasıdır. Bu əmlak İlahə və Ofeliyanın adına sənədləşdirilsə də, əslində bütün bu prosesləri idarə edən və əmlakın faktiki alıcısı Cavabdeh3 oğlu Cavabdeh6 olmuşdur. Hətta, notariat işindən də görünür ki, 23.02.2017-ci il tarixli alğı-satqı zamanı sənədləşmələr də məhz onun tərəfindən aparılmış və nümayəndə qismində iştirak etmişdir. Alqı-satqı zamanı həm satıcıların, həm də alıcının adından nümayəndə qismində iştirak edərək müqaviləni hər iki tərəfdən Cavabdeh6 imzalaması və alğı-satqı müqaviləsi əsasında ödənilməli olan pulun da onun tərəfindən notariusun depozit hesabından götürülməsi də bu alğı-satqı müqaviləsinin formal müqavilə olmasını bir daha təsdiq edir. Həmçinin, işdən açıq-aşkar görünür ki, Cavabdeh6 ona verilən etibarnamədən sui-istifadə edərək ən azı ******* manat dəyərində olan əmlakı 35 dəfə aşağı qiymətə, yəni 100000 manata formal olaraq əvvəlcə qardaşının arvadı Cavabdeh2, sonra isə anası Cavabdeh3 adına sənədləşdirmişdir. Bunu cavabdeh Vidadi özü də etiraf edir. Bu da həmin əhəmiyyətsiz olmasını sübut edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. Bu söhbət 2016-cı ildə başlamışdır. Onların əlində torpağın çıxarışı var idi. Lakin, çıxarış babasının adına idi. Onlara bildirmişlər ki, Aslanla Bərxudarın eyni adam olması ilə bağlı məhkəməyə müraciət etsinlər. Onlar da Abşeron Məhkəməsinə müraciət etmiş və orada təsdiqlənmişdir ki, Bərxudar Aslandır. Ondan sonrakı proseslərdə isə Yasamal Məhkəməsinə vermək üçün sənədlər toplanmışdır. Vidadi ilə qardaşı Mayis danışmış, o, qarışmamışdır. Suala cavab olaraq bildirir ki, Cavabdeh5 vərəsələr arasında adının qeyd olunmamasının səbəbi Vidadinin vərəsələr çox olmasın əgər sonradan kimlərsə qoşularlarsa, o, onların paylarını verəcəyini deməsi olmuşdur. Vidadi hazırki iddiaçıları vərəsə kimi bilirdi. Mehdi ilə onlar danışmırdı, Qəmərgilin isə əlaqə nömrəsini bilmirdi. Ona Xətai rayonunda 2 otaqlı mənzil verilmişdir. Amma əvvəldən onlarla ev yox məbləğ danışılmışdır. Lakin sonradan Vidadi bildirmişdir ki, onlara pul yox ev verə bilər. Bu səbəbdən hamı razılaşmışdır. Torpağın alğı-satqısında notariusa getməmişlər. Bunun əvəzində Vidadiyə onlar hamısı etibarnamə vermişdir. Sonradan o, etibarnaməsini ləğv etdirmiş və Vidadi bunun üstündə onunla mübahisə etmişdir. Ona pul vəsaiti verilməmişdir. Sənədləşmə məsələlərində maddi cəhətdən Vidadi köməklik etmişdir. Suala cavab verərək bildirir ki, o, digər vərəsələrin payını almamış, onlara isə öz payından vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 əvvəlki məhkəmə iclasında iazhat verərək bildirmişdir ki, onun özünün də pay bölgüsündə haqqı tapdalanmışdır. Miras əmlakdan cavabdehlərdən Cavabdeh6 ona az pay vermiş və onu hətta təhdid də etmişdir ki, onu polisə verərək, həmin payı da ondan alar. O, miras əmlakın bölünməsi prosesinə sonradan qoşulmuş və onun qoşulmağı Cavabdeh6 xoş deyildi. Vidadi ona Xətai rayonu ərazisində 101 m2 sahəsi olan 2 otaqlı ev vermişdir. Suala cavab olaraq bildirir ki, o, miras əmlakın vərəsələr arasında bölünməsini əmisigildə olarkən söhbət əsnasında eşitmişdir. Vidadi ona bildirmişdir ki, o, ərizəsini geri götürsün, nə lazımdırsa edəcək. Məhkəmə vaxtı vərəsələrdən hazırki iddiaçılara xəbər verməməyinin səbəbi hamının bir-biri ilə düşmən olması idi və bütün bu düşmənçiliyi yaradan Vidadi idi. Ona evdən başqa heçnə verilməmişdir. Torpağın qiyməti 1 milyondan yuxarı idi. Ona verilən evin qiyməti 81 min idi. Digər vərəsələrə nə qədər verilməyini bilmir, eşitdiyinə görə bibisinə 2 pay vermişdir. Ağamehti əmisioğlu, Qəmər isə bibisi qızıdır. Torpaq babasının adına olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, pul söhbətini və digər razılıqları Vidadi ilə o danışmışdır. Torpağın sənədlərini düzəldən zaman Vidadinin qardaşının onun qohumu ilə ünsiyyəti var idi. O, Vidadini tanımırdı. Vidadi sonradan gəldi. Onlar Vidadi ilə razılaşmış və Vidadi torpağı onlardan almışdır. Vidadi ev tikəcəyini bildirmişdir. O, bu barədə maraqlanmış, doğrudan da onun ev tikməyi təsdiqini tapmışdır. Suala cavab olaraq bildirir ki, onlar Yasamal Məhkəməsinə müraciət etdikdən sonra təxminən 2017-ci ildə Vidadi ilə söhbət etmişlər. 8 sot torpaq idi, onlar Vidadi ilə ******* min manata razılaşmışlar. ******* min manat Ağamehti və Qəmər daxil bütün vərəsələrə çatmalı idi. O, Vidadiyə başqa vərəsələrin olmağını bildirmiş, Vidadi isə onları cəlb etməyərək həmin vərəsələrlə sonra razılaşacaqlarını bildirmişdir. Onlar Vidadi ilə öz paylarını danışmışdır. Ona Vidadi 2 mənzil vermişdir, onlardan birini satmışdır, ona pul verməmiş, sonradan Vidadiyə pulla bağlı zəng etsə də zənginə cavab verməmişdir. Vidadinin təklifinə razı olsa da, onu aldatmışdır. Ümumilikdə Vidadi tərəfindən vərəsələrə 7 mənzil verilmış və kvadratı 800 manatdan hesablanmışdır. Torpağın sənədləşdirilməsinə Vidadi 5 min pul vermiş, həmin pulu da qaytarmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh10 Əliqulu oğlunun nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə icasında izahat verərək bildirmişdir ki, o, Neymətova Şərqiyənin qızıdır. Anası 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Anası savadlı və oxumuş qadın idi, sadəcə xəstəliyi ilə əlaqədar heç bir yerə gedə bilmirdi. Anası dayısıgilə gedəndən sonra orada onların evlə bağlı söhbətləri olmuşdu, torpaqla bağlı isə anasına məlumat verilməmişdir. Anası qardaşı uşaqlarını hədsiz dərəcədə çox istəyirdi. Bərxudarla Aslanın eyni şəxs olması faktının müəyyən olunması ilə bağlı məhkəməyə vermək üçün anası Tahir Əlirzayev adlı vəkilə etibarnamə vermişdi. Anası etibarnamə verməyini evdə heç kimə bildirməmişdir. Sonradan o, anasının etibarnamə verməyini və bundan anasının çox narahat olmasını başqa adamdan eşitdikdən sonra anasının adından verilmiş sənədləri ləğv etdirmişdir. Anası da hazırda zərərçəkmiş şəxslərin siyahısındadır. Hazırda anası rəhmətə getmişdir. Anası rəhmətə gedən günə qədər özünün aldadıldığını bildirirdi. O, Cavabdeh6 həm günah görür, həm də görmür. Vidadinin bu cür addım atmasının səbəbi vərəsələrin bir birinə qarşı münasibətindən irəli gəlirdi. Vərəsələrin bir birinə qarşı nifrəti və biri-birindən nəyisə gizlətməyi vəziyyətin bu yerə çatmağına səbəb olmuşdur. Onların sənədləşmə məsələlərində maddi imkanı olmadığından bu işləri Vidadi etmişdir. Vidadi onun evində də olmuşdur. Ən axırıncı sənədi Vidadiyə təqdim edən onlar olmuşdur. Onun evdə xəstə uşağı var. Hətta, Vidadi bildirmişdir ki, onun xəstə uşağının müalicəsini öz öhdəsinə götürəcək və bu məqsədlə 10- 15 min civarında pul verəcək. Vidadi onlara 2 ev vermişdir, lakin həmin 2 evin qiyməti heç əlli min pul etmir. Vidadi anasına müalicə pulu, 2 min işıq pulu məbləğini verib sonra pulu qaytarmalarını istəmişdir. Bunları hesablayanda heç onlara əlli min pul çatmır. Suala cavab olaraq bildirir ki, digər vərəsələrin cəlb olunmaması məsələsi ona aydın deyildi. Onlara 2 mənzil verilmiş, Vidadi əlavə anasına müalicə pulu vermiş, sonradan həmin pulu yazılı surətdə çıxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahat verərək bildirir ki, qarşı tərəfin iddiaları yalandır. Vərəsələrdən Mayisin bacısı oğlu Rəşad onun tikinti işi ilə məşğul olduğunu bilərək qardaşı vasitəsilə onunla əlaqə yaratmışdır. İlk dəfə Mayislə, daha sonra isə Leyla ilə görüşmüşdür. Bu şəxsləri, onların ailəsini və ya nəslini tanımamış, onlarla heç bir qonşuluq və digər əlaqələri olmamışdır, buna görə də o, vərəsələrin kimlər olduğunu bilə bilməzdi. Hazıki cavabdelər vərəsəlik üzrə aldıqları paydan digərlərinə də verməli idi. Lakin onlar ümumiyyətlə digər vərəsələr barədə heç bir məlumat verməmişlər. Hətta indidən sonra da başqa vərəsələr də çıxa bilər. Deməli hazırda məhkəməni aldadan qohumlardır. O, cavabdehlərdən etibarnamə almış və qiymət barədə razılaşaraq onlara ümumilikdə yeddi mənzil vermişdir. Həmin torpağa cəmi ******* manat xərci çıxmışdır. Hazırda isə torpaq Rəsul Quliyevin mülkiyyətindədir və üzərində həbs vardır. Orada vaxtilə bina tikilmiş, sonra Rəsul Quliyev ölkədən getdikdən sonra bina sökülmüşdür. Rəsul Quliyev ölkəyə qayıtsa cavabdehlər də problem yaşayacaq. O, cavabdehlərə 800 manatdan ev vermiş, sonradan məlum olmuşdur ki, həmin torpaqda problem var. Buna görə də indi torpağı nə sata, nə də hər hansı tikinti işi görə bilir. Torpağı 300 manata icarəyə vermişdir. O, bütün vərəsələr barədə bilə bilməzdi. Vərəsələr əvvəllər torpağı 50000 manata satmaq istəmiş, lakin torpaqda Rəsul Quliyevə məxsus on yeddi mərtəbəli bina olduğundan alan olmamışdır. Hətta cavabdehlərdən Leyla ona digər vərəsələrdən halallıq aldığını bildirmişdir. Belə ki,təxminən bir il yarım əvvəl torpağın mühafizəçisi ona zəng edərək oraya bir nəfər qız və yaşlı kişinin gəldiyini və torpağın onlara məxsus olduğunu bildirmiş, onun nömrəsini istəmişdir. Onlar onunla danışmış və qohumlarının onları aldatdığını və onların xəbəri olmadan torpağı satdığını, onların həmin topaqda payı olduğunu və halallaşmaq istədiklərini bildirmişlər. O, isə bildirmişdir ki, üstündən üç il keçdiyindən o onlara heç nə verə bilməz və öz qohumları ilə razılaşmağı məsləhət görmüşdür. Onlar isə üzbə-üz görüşməyi təklif etmiş, lakin o, vaxtının olmadığını bildirərək görüşməkdən imtina etmişdir. Sonra dərhal cavabdehlərdən Leylaya zəng edərək ona vəziyyəti izah etmiş, Leyla isə elə qohumlarının olduğunu təsdiq etmiş və aldığı puldan onların payına düşən məbləği verdiyini bildirmişdir. Suala cavab olaraq bildirir ki, o bu prosesə 2016-cı ildə qoşulmuş, digər cavabdehlərə sənədləşmə işləri ilə bağlı pul vermiş, başqa vərəsələrin olmasından məlumatı olmamışdır. O, yeddi mənzil daxil omaqla cəmi ******* manat xərc çəkmişdir. Həmin mənzillərdən biri Mətanətə, biri Leylaya, ikisi Mayisə, biri Rəşada, ikisini isə Şərqiyəyə vermişdir. Həmin torpaqda Rəsul Quliyevin adı olduğuna görə torpağın qiyməti yoxdur. 2017-ci ildə isə həmin ərazinin m2 dəyəri 1500 manat olmuşdur. İndi torpağı heç cürə sata bilmir. Torpaq ilk dəfə gəlinləri İlahənin adına rəsmiləşdirilmiş, sonra isə İlahə anası Cavabdeh3 satmış, əslində isə torpaq onun özünündür. Gəlinləri İlahənin ailəsində problem olduğu üçün torpağı anasının adına keçirmişdir. Alğı-saqı müqaviləsində qeyd olunan 100000 manat məbləği mülkiyyətçilərlə razılaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 vəkili Vəkil2 izahat verərək bildirir ki, iddiaçıların subyektiv hüququ olmadığından iddia yolverilməzdir. Subyektiv hüququnun əmələ gəlməsi üçün isə prosessual hərəkətlər edilməli idi. Vidadi digər vərəsələrin olmasını bilə bilməzdi. O, faktiki sənədlərə, torpağı satmaq səlahiyyətinin kimə məxsus olmasına baxmışdır. Burada aldanan Vidadidir. Əslində məsuliyyət cavabdehlərin üzərinə düşür. Belə ki, onlar bir-biri ilə danışmasalar da notariusda digər vərəsələrin olması barədə məlumat verə bilərdilər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi, 19 saylı Notariat Ofisi və 12 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 31.05.2021-ci il tarixli, **********42 saylı məktubuna əsasən ünvan 3 fərdi yaşayış evi X16, X23 və X17 adlarına ilkin qeydiyyatdan keçmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-14857/2016 nömrəli 02.12.2016-cı il tarixli qətnaməsinə və 12 saylı DNK-nın 2V-02 reyestr nömrəli 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən (fərdi yaşayış evi söküldüyü üçün) 0.0828 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin M-34/101 saylı, 19.06.2020-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1934-cü ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 15 oktyabr 1934-cü ildə doğulan, atası X54, anası X44 olan X18 təvəllüdü qeyd olunur. İş materiallarında olan Azərbaycan SSR Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən 11.01.1985-ci il tarixli, İİİ-ЖГ № 302372 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Hüseynova (Məmmədova) Məleykə Qüdrət qızı 26.12.1984-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin M-35/97 saylı, 10.06.2020-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 26 may (sənəddə olduğu kimi) 1930-cu ildə doğulan, atası Məmmədov Qüdrət, anası Məmmədova Zeynəb olan X30 təvəllüdü qeyd olunur. İş materiallarında olan Bakı şəhəri, Abşeron rayon Məhkəməsinin 2(012)-4736/2016 saylı, 30.06.2016-cı il tarixli qətnaməsinə əsasən AR SSR Bakı şəhər X11 Bürosu tərəfindən verilmiş 173 nömrəli çıxarışda qeyd edilmiş X37 ilə İ-ЖГ 438147 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X36 eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)- 11703/2016 saylı, 23.09.2016-cı il tarixli qətnaməsinə əsasən X24 1943-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X14 ilə Cavabdeh1 və atası X9 qohum olmaları faktı müəyyən edilmişdir. İş materiallarında olan Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 079963 nömrəli, 14.11.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X49 05.11.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 104592 nömrəli, 09.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X51 09.02.1978-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X45, X52 və X12 28.11.2016-cı il tarixli ərizələrinin suərtinə əsasən X8 Qüdrət Aslan oğlu, X35, X19, X52 və X25 isə X31 onlara qalmış miras payından Cavabdeh5 xeyrinə imtina etmişdir. İş materialılarında olan 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən 09.02.1978-ci il tarixdə vəfat etmiş X36, 1943-cü il tarixdə vəfat etmiş X23, 05.11.1967-ci il tarixdə vəfat etmiş Məmmədov Barxudar Qənbər oğlunun vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, X26r. Miras əmlak X42 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka məxsus 1/3 hissədə paydan ibarətdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı, 02.12.2016-cı il tarixli qətnaməsinə əsasən miras əmlakdan X34 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissə miras payı almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X34, 1/6 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh5 və 1/6 hissədə Cavabdeh4 mülkiyyətindədir və bu barədə dövlət reyestrində 22.02.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan satıcı qismində X34, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış 23.02.2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcılar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin onlara məxsus hissəsindən X34 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissəni hər bir satıcı 25000 manat olmaqla cəmi 100000 manata alıcı Cavabdeh2 satmışdır. Müqavilə satıcıların əvəzinə etibarnamə üzrə nümayəndələri Cavabdeh6 tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir və bu barədə dövlət reyestrində 28.02.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan satıcı qismində Cavabdeh2 ilə alıcı qismində Cavabdeh3 arasında bağlanmış 17.01.2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinin təsdiq olunmuş surətinə əsasən satıcı Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin cəmi 100000 manata alıcı Cavabdeh3 satmışdır. İş materiallarında olan Abşeron rayon İHB-in Qobu qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 07.06.2019-cu il tarixli, AZ-İİ 009221 saylı ölümhaqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X34 28.05.2019-cu il tarixdə vəfat etmişdir. İş materialılarında olan 09.12.2021-ci il tarixli, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X15 vərəsəsi Cavabdeh10 Əliqulu oğludur və miras əmlakı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)- 14857/2016 saylı, 02.12.2016-cı il tarixli qətnaməsinin surətinə əsasən iddia qismən təmin edilərək, miras əmlak olan ünvan 1 ünvanında yerləşən mülkdə X15 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissədə payları müəyyən edilərək onlara vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı Notariat kontoruna həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(103)7095/2020 saylı qərardadına əsasən maraqlı şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı iş üzrə 02.12.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh4, Cavabdeh1 qizi, X13 cavabdeh Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru qarşı mirasın qəbulu müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh5 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsinə və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizələri baxılmamış saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan əmlak 1967-ci il tarixdə vəfat etmiş X16 mülkiyyətində olmuşdur. Onun oğlu X43 1943-cü ildə vəfat etmişdir və vərəsəsi yoxdur. X70 (Bərxudar) oğlu isə 09.02.1978-ci ildə vəfat etmiş, onun vərəsələri X49, X32, X53 və X38 olmuşdur. X3 05.11.2003-cü ildə vəfat etmiş və onun vərəsələri Cavabdeh4, İddiaçı1 və Cavabdeh1dır. X4 vəfat etdikdən sonra onun vərəsələri X45, X52 və X25 mirasdan digər vərəsə Cavabdeh5 xeyrinə imtina etmişlər. Vərəsələrdən Hüseynova (Məmmədova) Məleykə Qüdrət qızı 26.12.1984-cü il tarixdə vəfat etmiş, vərəsəsi İddiaçı2dır. Vərəsələrdən Cavabdeh1, X32, Cavabdeh4, Cavabdeh5 məhkəməyə müraciət edərək miras əmlak olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə payları müəyyən etmişlər. Həmin qətnamə əsasında çıxarış əldə olunmuş və miras əmlak özgəninkiləşdirilmişdir. Daha sonra digər vərəsələr həmin iş üzrə iddiaçılar apelyasiya şikayəti vermiş və qətnamə ləğv olunmuşdur. Vərəsələr Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, X34 miras əmlakı hazırki iş üzrə Cavabdeh2 satmış, o isə daha sonra əmlakı cavabdeh X1. Hazırda iddiaçılar 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin alğı-satqısı barədə müqavilələrin etibarsız hesab edilərək onun əsasında verilmiş çıxarışların ləğv olunması və həmin əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında paylarının müəyyən olunması xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında iddiaçıların paylarının müəyyən olunması hissəsində əsaslıdır. Belə ki, iş materiallarından da görünür ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçılara məlumat verilmədiyindən mirasda digər vərəsələr müəyyən hissədə pay aldığı halda, iddiaçılar vərəsə kimi müəyyən edilmədiyindən pay almamışlar. Belə olan halda məhkəmə hesab edir ki, 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, miras əmlakda İddiaçı1 1/12 hissə, İddiaçı2 isə ¼ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payların bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onları mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Lakin bununla belə məhkəmə eyni zamanda hesab edir ki, iddiaçıların ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə pay hüquqlarının müəyyən olunmasına baxmayaraq bu hal iddianın X34, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ilə Cavabdeh2 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə hazırki vəziyyətdə hüquqi əsas yaratmır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və X28 nümayəndəsi məhkəmə iclasında bildirmişlər ki, onlar iddiaçılarla danışmadıqlarına görə iddiaçılara miras əmlak barədə məlumat verməmişdirlər. Digər cavabdehlərin isə iddiaçıların vərəsə olmasından xəbərdar olması sübut olunmur. Məhkəmə hesab edir ki, bu daşınmaz əmlakı əldə edən şəxslər vicdanlı əldə edən statusuna malik şəxslərdir və həm də iddiaçılar da həmin müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqlara malik şəxslər kateqoriyasına aid deyildirlər. Belə ki, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılması prosessual qanunvericiliyin mühüm tələblərindən biridir. Çünki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Buna baxmayaraq iddiaçıların ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə pay hüquqlarının müəyyən olunmasını nəzərə alaraq məhkəmə onların bu əmlak üzərində vərəsəlik hüquqlarının bərpa edilməsi baxımından qeyd etməyi də zəruri sayır ki, digər vərəslərin mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdiyi əmlakdan iddiaçıların paylarına mütənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları iddiaçılara izah edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 06.01.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X34, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarış ləğv edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə ¼ hissədə miras pay hüququ müəyyən edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 06.01.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X34, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə ¼ hissədə miras pay hüququ müəyyən edilsin və onlara digər vərəsələr tərəfindən sözügedən mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdikləri əmlakdan paylarına mütənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları izah edilsin . İddia tələbi Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 9 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 23.02.2017-ci il tarixdə 19 saylı Dövlət Notariat X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqısatqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 17.01.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alğısatqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5745/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5745/2021
21.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver