Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5757/2022 28.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC ilə mərhum həyat yoldaşı X6 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2015- 00223-01 nömrəli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-151/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdehlər X7, X8, X6 və İddiaçı qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia tələbi təmin edilərək cavabdehlər X7, X8, X6 və İddiaçı Abşeron rayonu, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 11-dən (yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı ev, 11 saylı mənzil) istifadə hüquqlarına xitam verilməsi, Abşeron rayonu, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 11-də (yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı ev, 11 saylı mənzil) yaşayan cavabdehlər X7, X8, X6 və İddiaçı və digər şəxslər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər X7, X8, X6 və İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmçinin qeyd olunan qətnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsi ilə 12.568,28 ABŞ Dolları əsas borc, 6.479,91 ABŞ Dolları faiz borcu, 830 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə 19.878,19 ABŞ Dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ Dollarının manata məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı ev, 11 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 19.878,19 ABŞ Dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ Dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulu Cavabdeh BOKT ASC-yə ödənilməsi, qalan məbləğin X5 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdeh X3 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(105)-262/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsində verilmiş apellyasiya şikayəti qismən təmin edilərək cavabdeh X3 ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı ev, 11 saylı mənzilindən satıldıqdan 1 ay sonra əşyaları ilə birlikdə məcburi çıxarılması hissəsində iddia təmin edilməmiş, cavabdeh X1 830 ABŞ Dolları dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 100 ABŞ Dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı yuxarıda qeyd olunan qətnamələrdə artıq müəyyən edilmiş xx.xx.2015-ci il tarixdə bağlanmış 2015-00223-01 nömrəli kredit müqaviləsini bağlamış mərhum əri X4 fəaliyyət qabiliyyəti olmayan şəxs olması əsası ilə etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 51-ci bəndinə əsasən, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Həmin qərardada əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iddia ərizəsinə məhkəmədə baxıla bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülməsindən imtina edildiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-5757/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5757/2022
28.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver