Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-577/2022 21.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və tərcüməçi X15 iştirakları ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 37.200 (otuz yeddi min iki yüz) manata qalib alıcı Maraqlı şəxs satan “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021-ci il tarixli “hərracın nəticələri haqqında” YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1574/2019 saylı, 16 dekabr 2019-cu il tarixli icra vərəqəsi ilə Nümayəndə 9.500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti alınaraq iddiaçı X14 xeyrinə, İddiaçı 2.000 (iki min) manat pul vəsaiti alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra işi Suraxanı rayonu icra şəbəsinin icraatına daxil olmuş, iş üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərtib edilərək, onun yaşayış ünvanına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən onun və Nümayəndə adına tələbin yönəldilə biləcəyi əmlakların və əmanətlərin olub-olmamasını müəyyən etmək məqsədi ilə onun Nümayəndə ilə birgə nikahda olmasına əsaslanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron icra sisteminin çıxarışından onun adına aşkar edilmiş, atası X7 bacılarının razılığı ilə onun adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-390/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu icra şöbəsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-390/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə ona məxus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-dən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etmiş və icra edilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 70 saylı tərtib olunmuş hesabatı ilə ona məxsus fərdi yaşayış evi 62.000 (altmış iki min) manata qiymətləndirilmişdir. Əmlakına verilən qiymətdən sonra Suraxanı rayon İcra şöbəsinin icra məmuru hərracın keçirilməsi haqqında sifarişi qəbul edərək 2.000 manat borca görə ona məxsus 62.000 manata qiymətləndirilən fərdi yaşayış evinin hərracını həyata keçirməsini “X1 Mərkəzi” MMC-yə həvalə edir. “X1 Mərkəzi” MMCnin 04 avqust 2021-ci il tarixli, YP seriyalı, 139 nömrəli “hərracın nəticələri haqqında protokolu ilə ona məxsus olan 62.000 manat quymətləndirilən fərdi yaşayış evi 37.200 manata Maraqlı şəxs satılır. Hərracın nəticələri ilə razı deyil, belə ki, 2.000 manat borca görə ona məxsus mənzil 37.200 manat satıla bilməz. Odur ki, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 37.200 manata qalib alıcı Maraqlı şəxs satan “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021-ci il tarixli, YP seriyalı, 139 nömrəli “hərracın nəticələri haqqında protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 02 aprel 2004-cü ildə vəfat etmiş atası X7 vərəsəlik qaydasında miras əmlakı olaraq onun mülkiyyətinə keçmişdir. Qanunvericiliyin tələbinə əsasən qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətinə Nümayəndə ilə birgə nikah dövründə keçməsinə baxmayaraq, o, həmin əmlakı vərəsəlik qaydasında əldə etdiyindən onların birgə mülkiyyətinə daxil deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1574/2019 saylı, 16 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən onun borcu 2.000 manat təşkil etməklə həmin borcu tələbkara tam şəkildə ödəməyə razıdır. Lakin icra məmuru sözügedən fərdi yaşayış evini onun əri Nümayəndə ilə birgə əmlakı kimi qiymətləndirərək ərinin icra sənədi üzrə 9.500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində olan borcuna görə də həmin evə tutma yönəltmişdir. Hesab edir ki, bu hal onun mülkiyyət hüququnu birbaşa pozmaqla qanunvericiliyin tələblərinə ziddir. İddiaçı verilmiş suallara əsasən bildirdi ki, hərracın keçirilməsinə dair “X1 Mərkəzi” MMC-nin bildirişləri ona çatdırılmasına baxmayaraq o, həmin hərraclarda iştirak etməmişdir. Çünki onu əmin etmişlər ki, 2.000 manat borca görə mülkiyyətində olan fərdi yaşayış evi satıla bilməz. Bundan başqa icra sənədi üzrə digər borclu olan əri Nümayəndə mülkiyyətində ünvan 3 ünvanında yerləşən 55,22 kv.m ümumi sahəsi olan yaşayış sahəsi vardır ki, onlar hazırda həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı onların hazırki tələbkarla əvvəllər məhkəmə mübahisələri olmuş və həmin fərdi yaşayış evi hazırda yanmış vəziyyətdə olduğundan yaşayış üçün yararsız vəziyyətdədir. Məhkəmə baxışı gedişatında tərəflər mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı əvvəlki həll edilmiş məhkəmə mübahisələri üzrə verilmiş icra sənədlərinə əsasən onlar arasında qarşılıqlı mövcud olan tələblərə görə razılıq əldə etmək istəklərini məhkəməyə bəyan etmələrinə baxmayaraq, nəticədə onlar arasında bu barədə hər hansı razılıq əldə edilməsi mümkün olmamışdır. Daha sonra İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1574/2019 saylı, 16 dekabr 2019-cu il tarixli icra sənədi üzrə 2.000 manat borcunu tələbkara verilməsi üçün icra şöbəsinin depozit hesabına ödəməsinə dair qəbzi məhkəməyə təqdim edərək, hazırda həmin icra sənədi üzrə ona qarşı olan tələb tam icra edildiyindən miras olaraq onun mülkiyyətinə keçmiş və birgə mülkiyyətdə olmayan ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 37.200 manata qalib alıcı Maraqlı şəxs satılmasına dair “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 04 avqust 2021ci il tarixli, YP seriyalı, 139 nömrəli “hərracın nəticələri haqqında” protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh “X1 Mərkəzi” MMC-nin nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən və məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Maraqlı şəxs iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, əvvəla hazırki işdə hərrac təşkilatına sifariş Suraxanı rayon İcra şöbəsindən daxil olmuş və cavabdeh təşkilatın mübahisəli evin hər iki borclunun birgə nikah dövründə əvəzsiz əqd əsasında əldə edilməsini araşdırmaq, buna hüquqi qiymət vermək səlahiyyəti olmamışdır. İddiaçı isə icra şöbəsini deyil, icra şöbəsinin sifarişi əsasında hərracı həyata keçirmiş təşkilatı cavabdeh qismində işə cəlb etməklə ona qarşı tələb irəli sürmüşdür. İddiaçı hesab edir ki, əri Nümayəndə borcu onun mülkiyyətində olan evin satılması hesabına ödənilə bilməz, çünki həmin ev ona vərəsəlik qaydasında keçibdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1574/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə onlar tərəfindən verilmiş iddia tələbi qismən təmin edilərək, cavabdeh Nümayəndə 9.500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçı X14 xeyrinə, digər cavabdeh İddiaçı isə 2.000 (iki min) manat pul vəsaiti alınaraq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsini onunla əsaslandırıb ki, Yan Raznobarski 9.500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pulu hazırki İddiaçı və onun əri Nümayəndə birlikdə ona görə verib ki, sonuncu həmin vəsaiti İddiaçı atasının digər vərəsələrinə də versin və həmin vərəsələrin də hazırki mübahisəli evə dair gələcəkdə iddiaları olmasın. Dolayısı ilə, 9.500 (doqquz min beş yüz) ABŞ dolları pul vəsaiti məhz hazırki mübahisə predmeti olan fərdi yaşayış evi üçün xərcləndiyindən hesab edir ki, bu borc da Nümayəndə və İddiaçı birgə borcu olmaqla onların hər hansı birinin əmlakının satılması hesabına qarşılanmalıdır. Göstərilənlərlər yanaşı Vəkil qeyd etmişdir ki, iddiaçı hərrac vaxtı deyil, onun keçirilməsindən 8 (səkkiz) ay sonra icra sənədi üzrə tələbkar Maraqlı şəxs 2000 manat borcunu ödəmişdir. Borcun hazırda ödənilməsi ondan 8 (səkkiz) ay əvvəl keçirilmiş hərracın qanunsuzluğuna dəlalət edə bilməz və bu fakt iddianın təmin edilməsi üçün əsas deyildir. Odur ki, qeyd olunanlara əsasən Vəkil iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş və məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Suraxanı rayon İcra şöbəsinin icra məmuru X16 izahatında bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədi 25 avqust 2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmaqla eyni tarixdə icra məmuru Pərviz Hacızadə tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Belə ki, həmin icra sənədinə əsasən borclu Nümayəndə 9.500 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq tələbkar X14 xeyrinə, borclu İddiaçı iasə 2.000 manat məbləğində pul alınaraq tələbkar X4 xeyrinə ödənilməlidir. Tərəflərə tələbin könüllü icrasına dair bildirişlər göndərilmiş və xx.xx.2020-ci il tarixdə onlara imza edilməklə şəxsən təqdim edilmişdir. Eyni zamanda borclulara tələbin qanunla müəyyən edilmiş müddətlərdə könüllü icra edilməməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət və görüləcək məcburi icra tədbirləri barədə xəbərdarlıq edilmişdir. “Elektron İcra Sistemi”ndə qeydə alınmış məlumatlar əsasında borclu İddiaçı mülkiyyətində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onunla birgə nikahda olan digər borclu Nümayəndə mülkiyyətində isə ünvan 3 ünvanında yerləşən 55,22 kv.m ümumi sahəsi olan yaşayış sahəsinin qeydə alınması aşkar edilmişdir. Həmçinin borclu İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində xadimə vəzifəsində işləməklə əmək haqqı məbləğinin 187 manat təşkil etməsi müəyyən edilmişdir. İcra sənədi üzrə tələbkar icra sənədi üzrə tələbin birdəfəlik icrasını tələb etdiyindən, icra sənədinin icrasını təmin etmək məqsədilə borcluların birgə mülkiyyətində olan və borclu İddiaçı mülkiyyəti kimi reyestrdə qeydə alınmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət edilmişdir. Bundan sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(010)-390/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş və fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Daha sonra icra məmuru Pərviz Hacızadənin xx.xx.2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş fərdi yaşayış evinin qiymətlənidirilməsi üçün "xxxx" MMC-nin mütəxəssisi işə cəlb edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatına əsasən mübahisə predmeti olan fərdi yaşayış evi 62.000 (altmış iki min) manata qiymətləndirilmişdir. İcra məmuru Pərviz Hacızadənin 04 mart 2021-ci il tarixli sifarişinə əsasən fərdi yaşayış evinin açıq hərracdan satılması “X1 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Evin satışı ilə bağlı açıq hərrac 2 dəfə keçirilmiş və 3-cü hərracın nəticəsi olaraq, mənzil 37.200 manata icra sənədi üzrə tələbkar X14 nümayəndəsi Maraqlı şəxs satılmışdır. “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol tərəflər arasında imzalanmışdır. Daha sonra icra işi onun icraatına daxil olmuş və icra tədbirləri davam etdirilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1962-ci il tarixli evin texniki pasportuna əsasən X17 məxsus olmuşdur. Hal-hazırda həmin ev Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışa əsasən (seriya RX, № 0908925, xx.xx.2016-cı il tarixli) vərəsliklə X11 qızı İddiaçı məxsusdur. -AЗ seriyalı 051465 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il tətəvllüdlü X5 atası X18r. -AZ-İİ seriyalı 235440 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2004-cü il tarixdə beyin infarktı diaqnozu ilə ölmüşdür. Bu barədə xx.xx.2004cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 365 nömrəsi ilə qeydə alınmışdır. -Vİİ-ЖГ 340593 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X8 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 517 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Səidova soyadı verilmişdir. -ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Daşınmaz əmlakın dövlət reyestrində 491 nömrəli reyestr kitabının 46144 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 24 saylı dövlət notariat ofisinin 18.6.2008-ci il tarixli 2V-0-62 nömrəli notariat işindən görünür ki, X11 vəfatından sonra onun qanun üzrə vərəsələri X12, X9 və X10 öz miras paylarından bacıları X6 xeyrinə imtina etmişlər. Miras əmlaka daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında X6 mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası FHN-nin Əməliyyat İstintaq İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X13 tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli qərardan müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş Suraxanı rayon İcra şöbəsinin icraatında olan e123239/2020-18-28-001 nömrəli icra işi və “X1 Mərkəzi” MMC-nin hərrac işi üzrə materiallarda olan: - Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(103)-1574/2019 saylı icra vərəqəsindən müəyyən edilir ki, Nümayəndə 9.500 ABŞ dolları alınaraq iddiaçı X14 xeyrinə, İddiaçı 2.000 manat alınaraq iddiaçı X4 xeyrinə ödənilməlidir. - Bakı şəhəri Suraxanı rayonu icra şöbəsinin icra məmuru Pərviz Hacızadənin xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(103)-1574/2019 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. - xx.xx.2020-ci il tarixli tələbin könüllü icrasına dair bildirişdən müəyyən edilir ki, borclular müvafiq bildirişi xx.xx.2020-ci il tarixdə imza etməklə təhvil almışlar. - Elektron İcra Sistemindən çıxarışlardan müəyyən edilir ki, borclu İddiaçı adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, digər borclu Nümayəndə adına isə ünvan 3 ünvanında yerləşən 55,22 kv.m ümumi sahəsi olan yaşayış sahəsi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-390/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Suraxanı rayonu icra şöbəsinin icra məmuru Pərviz Hacızadənin xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün "xxxx" MMC-nin mütəxəssisi dəvət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 70 saylı hesabatından müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 62.000 (altmış iki min) manata qiymətləndirilmişdir. - Suraxanı rayon İcra şöbəsinin icra məmuru Pərviz Hacızadənin hərracın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli sifarişindən müəyyən edilir ki, “X1 Mərkəzi” MMC-dən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barədə hərrac keçirilməsi xahiş edilmişdir. - “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021-ci il tarixli “hərracın nəticələri haqqında” YP seriyalı 139 nömrəli protokolundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 37.200 manata Maraqlı şəxs satılmışdır. Həmçinin protokol məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, protokolun icra məmurunun imzası qrafası, səlahiyyətli icra məmuru tərəfindən imzalanmamışdır. - “Mal alan, xidmət göstərən, iş quranlar üçün Market, Reklam və Elanlar” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli, 63(10753) nömrəli, xx.xx.2021-xx.xx.2021-ci il tarixli 67(10757) nömrəli, xx.xx.2021-xx.xx.2021-ci il tarixli 75(10765) nömrəli, xx.xx.2021xx.xx.2021-ci il tarixli 79(10769) nömrəli buraxılışlarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə (qiyməti 62.000 manat), xx.xx.2021-ci il tarixdə (qiyməti 55.800 manat), 19 may 2021-ci il tarixdə (qiyməti 49.600 manat), 09 iyun 2021-ci il tarixdə (qiyməti 43.400 manat) açıq hərracın keçiriləcəyi barədə elanlar yerləşdirilmişdir. - Hərracın keçirilməsinə dair 460 saylı, xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, birinci hərracın keçirilməsi 31 mart 2021-ci il tarixinə təyin edilmişdir. - Hərracın keçirilməsinə dair 495 saylı 02 aprel 2021-ci il tarixli bildirişin surətindən görünür ki, ikinci hərracın keçirilməsi xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. - Hərracın keçirilməsinə dair 544 saylı 27 aprel 2021-ci il tarixli bildirişin surətindən görünür ki, üçüncü hərracın keçirilməsi xx.xx.2021-ci il tarixinə təyin edilmiş, lakin Ramazan bayramına təsadüf etdiyindən xx.xx.2021-ci il tarixinə dəyişdirilmişdir. - Hərracın keçirilməsinə dair 574 saylı 21 may 2021-ci il tarixli bildirişin surətindən görünür ki, dördüncü hərracın keçirilməsi xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. - Hərracın keçirilməsinə dair bildirişlərin tərəflərə təqdim edilməsi haqqında xəbərnamələrdən müəyyən edilir ki, borclular İddiaçı və Nümayəndə adına ünvanlanmış bildirişlər “ünvanda yaşamır”, “köçüb” və s qeydlərlə onlara çatdırılmadan geri qaytarılmışdır. Lakin məhkəmə baxışı zamanı İddiaçı və onun nümayəndəsi Nümayəndə hərraclar barədə məlumatlı olduqlarını etiraf edərək edərək özləri hərracda iştirak etmədiklərini bildirmişlər. - Məhkəmə baxışı zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli qəbzdən müəyyən edilir ki, o, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019cu il tarixli, 2(103)-1574/2019 saylı icra vərəqəsi üzrə 2000 manat olan borcunu tam şəkildə tələbkara ödənilməsi üçün X2 hesabına köçürmüşdür. Beləliklə, hazırki məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədi əsasən borclu Nümayəndə 9.500 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq tələbkar X14 xeyrinə, borclu İddiaçı isə 2.000 manat məbləğində pul alınaraq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi 25 avqust 2020-ci il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmaqla eyni tarixdə icra məmuru Pərviz Hacızadə tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədi üzrə borclulara tələbin könüllü icrasına dair bildirişlər göndərilmiş və xx.xx.2020-ci il tarixdə onlara imza edilməklə şəxsən təqdim edilmişdir. Eyni zamanda borclulara tələbin qanunla müəyyən edilmiş müddətlərdə könüllü icra edilməməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət və görüləcək məcburi icra tədbirləri barədə xəbərdarlıq edilmişdir. “Elektron İcra Sistemi”ndə qeydə alınmış məlumatlar əsasında borclu İddiaçı mülkiyyətində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onunla birgə nikahda olan digər borclu Nümayəndə mülkiyyətində isə ünvan 3 ünvanında yerləşən 55,22 kv.m ümumi sahəsi olan yaşayış sahəsinin qeydə alınması aşkar edilmişdir. Həmçinin borclu İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində xadimə vəzifəsində işləməklə əmək haqqı məbləğinin 187 manat təşkil etməsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluların birgə mülkiyyətində olan və borclu İddiaçı mülkiyyəti kimi reyestrdə qeydə alınmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması üçün icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmişdir. Bundan sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 8(010)-390/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş və fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Daha sonra icra məmuru Pərviz Hacızadənin xx.xx.2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi üçün "xxxx" MMC-nin mütəxəssisi işə cəlb edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatına əsasən mübahisə predmeti olan fərdi yaşayış evi 62.000 (altmış iki min) manata qiymətləndirilmişdir. İcra məmuru Pərviz Hacızadənin 04 mart 2021-ci il tarixli sifarişinə əsasən fərdi yaşayış evinin açıq hərracdan satılması “X1 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Evin satışı ilə bağlı açıq hərrac 2 dəfə keçirilmiş və 3-cü hərracın nəticəsi olaraq, mənzil 37.200 manata icra sənədi üzrə tələbkar X14 nümayəndəsi Maraqlı şəxs satılmışdır. “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol tərəflər arasında imzalanmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üzərinə həbs qoyulmuş və açıq hərracdan satılması sifariş edilmiş, hazırki mübahisə predmetini təşkil edən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, hazırki iş üzrə İddiaçı digər borclu olan əri Nümayəndə ilə birgə mülkiyyətində olmamaqla, tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Buna baxmayaraq Suraxanı rayon İcra şöbəsi tərəfindən fərdi yaşayış evinin borclu İddiaçı mülkiyyətinə əvəzsiz olaraq vərəsəlik qaydasında keçməsi xüsusatı araşdırılmamış və həmin fərdi yaşayış evi səhvən borcluların birgə mülkiyyəti kimi qiymətləndirilərək üzərinə həbs qoyulmasına dair təqdimat verilmiş, daha sonra isə icra sənədi üzrə hər iki borcluya münasibətdə tələbin təmin edilməsi üçün açıq hərracdan satılmasına dair sifariş verilmişdir. Hazırda isə İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədi əsasən 2000 manat borcunu tam şəkildə ödəmişdir. Belə olan halda isə ona qarşı icra sənədi üzrə tələb aradan qalxmışdır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmamışdır. Bundan başqa hazırki işin faktiki hallarından göründüyü kimi, həmin hərracın keçirilməsinə əsas olmuş Suraxanı rayon İcra şöbəsinin 04 mart 2021-ci il tarixli sifarişi hüquqazidd olmuşdur. Bu hal isə özü-özlüyündə xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun etibarsızlığına dəlalət edir. Hazırki mülki iş üzrə İddiaçı tərəfindən icra məmurunun hərəkətləri və icra işi üzrə qəbul etdiyi aktlar mübahisləndirilməsə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol və onun nəticələri özü-özlüyündə etibarsız olduğundan, iddia tələbi təmin edilərək “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol ləğv edilməlidir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı qətnaməsinə əsasən 9.500 ABŞ dollar pulun İddiaçı mərhum atasının digər qanun üzrə vərəsələrinə verilməsi üçün Nümayəndə tərəfindən alınması və bu səbəbdən, qeyd olunan məbləğin onların birgə borcu kimi qiymətləndirilərək İddiaçı mülkiyyətində olan əmlaka yönəldilməsinə dair iddiası üzrə məhkəmə qeyd edir ki, müvafiq məhkəmə qətnaməsindinin bu hal qeyd edilməsinə baxmayaraq 9.500 ABŞ dollar pul vəsaiti onların birgə borcu kimi qiymətləndirilməmiş və müştərək qaydada ödənilməsi müəyyən edilməmişdir. Ona görə də Maraqlı şəxs nümayəndəsinin bu iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəyə görə hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəyə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqe analoji qaydada hazırki iş üzrə icra icraatı zamanı keçirilmiş hərraca da tətbiq olunmalıdır. Belə ki, icra icraatı zamanı hərracların keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən hərracların sayı, hərrac baş tutmadıqda təkrar hərracın keçirilməsi, hərrac predmetinin ilkin satış qiymətinin nə qədər azaldılmasının mümkünlüyü icra haqqında qanunvericilikdə dəqiq tənzimlənməmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 61.3. Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. “İcra haqqında” Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir (62.1). Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (62.2). Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC tərəfinən tərtib edilmiş “hərracın nəticələri haqqında” 04 avqust 2021-ci il tarixli, YP seriyalı 139 nömrəli protokolun ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC tərəfinən tərtib edilmiş “hərracın nəticələri haqqında” 04 avqust 2021-ci il tarixli, YP seriyalı 139 nömrəli protokolun ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-577/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-577/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver