Məhkəmə qərarları › İş №2(004)-5777/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5777/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5777/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı Tozsoran, Ətçəkən Kenwood, Samsung LED TV üçün 950 manat ödənilməmiş hissə, 95 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Beurer Tonometr üçün 98 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67001 olan Samsung Galaxy A10 markalı telefon üçün 228 manat ödənilməmiş hissə, 22 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33304 olan Samsung Galaxy A10 markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə; ümumilikdə 1680 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1710 manat məbləğində pul vəsaitinin Cavabdeh «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən ümumi alqı-satqı qiyməti 1404 manat olan Samsung markalı Tozsoran, Ətçəkən Kenwood, Samsung LED TV-ni nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 78 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 126 manat olan Beurer Tonometri nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 7 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 380 manat olan İMEİ kodu **********67001 olan Samsung Galaxy A10 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 19 manat ödəmək şərti ilə 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 422 manat olan İMEİ kodu **********33304 olan Samsung Galaxy A10 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 21 manat ödəmək şərti ilə (ilkin ödəniş 2 manat) 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödədiyi məbləğ 454 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödədiyi məbləğ 28 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödədiyi məbləğ 152 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödədiyi məbləğ 170 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 950 (doqquz yüz əlli) manat əsas, 95 (doxsan beş) manat cərimə, cəmi 1045 (bir min qırx beş) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 98 (doxsan səkkiz) manat əsas, 10 (on) manat cərimə, cəmi 108 (bir yüz səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat əsas, 22 (iyirmi iki) manat cərimə, cəmi 250 (iki yüz əlli) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 252 (iki yüz əlli iki) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu, cəmi 277 (iki yüz yetmiş yeddi) manat; ümumilikdə 1680 (bir min altı yüz səksən) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-230, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 950 (doqquz yüz əlli) manat əsas, 95 (doxsan beş) manat cərimə, cəmi 1045 (bir min qırx beş) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 98 (doxsan səkkiz) manat əsas, 10 (on) manat cərimə, cəmi 108 (bir yüz səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat əsas, 22 (iyirmi iki) manat cərimə, cəmi 250 (iki yüz əlli) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 252 (iki yüz əlli iki) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu, cəmi 277 (iki yüz yetmiş yeddi) manat; ümumilikdə 1680 (bir min altı yüz səksən) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar