Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5802/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Nümayəndə, X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 10otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 10otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı xüsusi notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı xüsusi notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun, yəni X6 adından iddiaçının başqa işlərini görmək adı altında aldadaraq adından etibarnamə alıb. Cavabdeh, etibardan suiistifadə edərək onu aldatmaq, habelə zəif düşüncəsindən istifadə edərək şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 57,3 kv.m olan yaşayış sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzilini dələduzluq niyyətini həyata keçirmək üçün yaxın qohumu, yəni arvadı cavabdeh, Cavabdeh2 adına ünvan 7un 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə/421 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən 70200 manat məbləğinə Cavabdeh2 adına keçirilib. Cavabdeh1 onunla bu barədə heç bir məsləhət etmədən və ona bildirmədən əmlakını bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayətkarcasına ələ keçirmişlər. ünvan 1 ünvanda yerləşən mənzillə 15 saylı mənzil bitişdirilib, yəni mənzillərin bir girişi var. Həmin mənzillərin araları açıq olmaqla orada yaşayırlar. xx.xx.2018-ci ildə iddiaçı ünvan 1 ünvanda yaşayan və həmin ünvanda ölmüş anası X3 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ona irs qalmış, mirası qəbul etmişdir. Ondan başqa digər vərəsə olmayıb. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq lazım idi. Onun elə işlərdən anlayışı olmadığı üçün Cavabdeh1 ona köməklik edə biləcəyini bildirmişdir. İddiaçı da cavabdehə inanaraq, onun adına etibarnamə vermişdir ki, miras qalmış əmlaka dair iddiaçıya çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış alsın. Onlar razılaşmışlar ki, onun adına lazımi sənədləri tərtib edib düzəltdikdən sonra zəhmət haqqını verib xəcalətindən çıxacaq. Cavabdeh1 onu müxtəlif bəhanələrlə aldadaraq adından bir neçə dəfə etibarnamə aldırmışdır. O da bir insan kimi inanmışdır və etibar etmişdir. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair mənə çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra həmin əmlaka dair ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə onun, yəni X6 adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış alıb. xx.xx.2022-ci il tarixində (indiki ünvan) Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,3 kv.m. olan, tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzilini də Cavabdeh2 adına 4000 manat məbləğinə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində 16 aprel 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə-609 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən satıb. O, heç bir əmlakını və mülkünü satmaq fikrində olmamışdır. Buna dair Cavabdeh1lə razılaşma olmayıb. Cavabdeh onun mülkünü ondan xəbərsiz sataraq mənimsəmişdir. O, cavabdehdən düzəltdiyi sənədləri tələb edəndən sonra qaçıb yoxa çıxmışdır. Bütün sənədləri də cavabdehdə qalıb. Onda anlamışdır ki, cavabdeh onu aldadıb. Belə olandan sonra o, ƏMDK yanında DƏDRX-in Xaçmaz və Bakı Ərazi İdarəsindən öyrənmişdir ki, əmlaklarını dələduzluq edərək ələ keçiriblər. Ona heç bir pul məbləği də verilməyib, çünki o, əmlaklarını satmaq niyyətində olmadığı üçün satış pulları ilə də maraqlanmamışdır. Bundan somra xalası Tahirə xanıma bu barədə bildirmiş və xalası notariat orqanlarından səndlərin surətlərini aldıqdan sonra vəkilə müraciət etmişdir. Hesab edir ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Əgər həqiqətən də o, eviNi, əmlakını satmaq fikrində olsa idi, alıcı mütləq aldıği mənzilə, evə gəlib baxmalı idi. Ancaq gəlib evlərə baxan belə olmayıb. Bunu bilərəkdən və qəsdən belə ediblər ki, birdən o, evlərinin satılması, əlindən alınması barədə məlumat tutaraq bina imkan verməz. Göründüyü kimi bağlanmış müqavilələr formal xarakter daşıyır. “Elektron notariat” X1 əldə edilmiş xx.xx.2022-ci il tarixl çıxarışda qeyd edilir: O, yəni iddiaçı xx.xx.2018-ci ildə ünvan 5 ünvanda yaşayan və həmin ünvanda ölmüş anası X3 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ondan irs qalmış və mirası qəbul edir. Ondan başqa digər vərəsələr yoxdur. Mirasın tərkibinə daxil olan, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikilidə ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Təqdim edilən sənədlər: 1) ölüm haqqında şəhadətnamənin surəti 3 ədəd; 2) doğum haqqında şəhadətnamənin surəti- 1 ədəd; 3) şəxsiyyət vəsiqəsinin surəti-2 ədəd; 4) qeydiyyat vəsiqəsinin surəti-2 ədəd; 5) arayış 1 ədəd; 6) etibarnamənin surət-1 ədəd. Buradan da təsdiq edilir ki, o, yalnız cavabdeh, Cavabdeh1lə razılaşmışdır ki, ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında köməklik etsin. O, cavabdehə deməmişdir ki, əmlaklarını satsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavabla müəyyən edilir ki, ünvan 1 ünvanı Cavabdeh2 adına ünvan 7un 2022-ci il tarixində 4Ə/421 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı ilə uzun müddətdir tanışlıq dostluq əlaqəsi saxlayır, ailəvi gediş-gəlişləri vardır. Daimi iddiaçıya hər cür köməklik göstərmiş, onun ehtiyacı olan gündəlik tələbat və ərzaq məhsulları almışdır. Həmçinin, iddiaçı uzun müddət xəstə olduğu dövrlərdə cavabdeh ona hər cür maddi və mənəvi dəstək olmuş, qulluğunda durmuş, müalicə xərclərini ödəmişdir. Eləcə də, iddiaçının anası vəfat etdikdə bütün dəfn xərləri də cavabdehlər tərəfindən qarşılanmışdır. Bundan əlavə, iddiaçı dəfələrlə Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən cavabdehlərə məxsus evdə uzun müddətdə qonaq qalmışdır. Bu faktları qonşular, iddiaçının yaxın dostları da təsdiq edirlər. Bu yaxın münasibətləri müqabilində iddiaçı özü cavabdehlərə ona məxsus əmlakları satın almalarını təklif etmişdir. Alqı-satqı üçün tələb olunan müvafiq sənədləri toplamaq üçün ilkin olaraq 13 fevral 2022-ci il tarixdə Cavabdeh1 6 aylıq müddətə birinci etibarnamə, daha sonra isə 01 mart 2022-ci il tarixdə 03 ay müddətinə, 10 aprel 2022-ci il tarixdə isə 05 ay 20 gün müddətinə bütün əmlaklara dair etibarnamələr vermişdir. Haqlı olaraq sual yaranır ki, iddiaçı ərizədə qeyd etdiyi kimi vərəsəlik haqqında şəhadətnamə və çıxarışın alınması üçün etibarnamə vermişdirsə, sonrakı etibarnamələri nə məqsədlə vermişdir? Verilmiş etibarnamə və qarşılıqlı razılaşma əsasında Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41, 2 saylı mənzilə dair alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilədə mənzilin 4000 manata satıldığı göstərilsə də, əslində isə həmin mənzil iddiaçı ilə qarşılıqlı razılıq əsasında 20000 manata satılmış və həmin məbləğ şahidlərin iştirakı ilə iddiaçıya verilmişdir. Qeyd olunan mənzilin həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna dair müvafiq sənədi olmadığı üçün alqısatqı müqaviləsində mənzil üçün 4000 manat pul ödənildiyi qeyd olunmuşdur. Alqı-satıq müqaviləsinin imzalanmasından əvvəl iddiaçı cavabdehlərlə birlikdə torpaq sahəsinə müvafiq sənədlərin alınması üçün ərazi üzrə bələdiyyəyə müraciət etmiş, lakin sənədləşmə işlərinin uzun müddət davam edəcəyi üçün bu barədə öz aralarında razılaşmışlar. Daha sonra isə iddiaçı ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən 8 saylı mənzilə dair alqı satqı müqaviləsi imzalanmış və həmin mənzil üçün 70000 min manat pul şahidlərin iştirakı ilə iddiaçıya verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının ağıl zəifliyi vardır. Həmçinin, narkotik vasitədən istifadəçisi olmuşdur. Cavabdeh1 iddiaçını narkotik vasitə ilə təmin etmişdir. Etibarnamələrdən biri iddiaçının anasından qalan Xaçmaz rayonunda yerləşən əmlaka vərəslik hüququ haqqında şəhadətnamənin alınması üçün verilmiş və əvəzində müəyyən haqqın verilməsi barədə razılığa gəlmişlər. Cavabdeh1 iddiaçını aldadaraq üç dəfə etibarnamə almış, iddiaçı əvvəl etibarnamə verdiyini bildirdikdə isə əlavə etibarnamə lazım olduğunu bildirmişdir. Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı günün səhəri günü Xaçmazda yerləşən mənzili arvadının adına keçirtmişdir. İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzildə yaşayır. Həmin mənzil ona valideynlərindən miras qalmışdır. Cavabdeh1 həmin mənzili də arvadının adına keçirtmişdir. Əgər cavabdehlərin almaq niyyətləri olsa idi, mənzilə gəlib baxardılar. Bir müddət sonra iddiaçı cavabdehdən sənədləri barədə soruşanda ona sənədlərinin və evinin olmadığını bildirmişdir. Bundan sonra, iddiaçı əmlakı barədə məliumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ona adına əmlak olmadığı və mənzilin satıldığı bildirilmişdir. Bundan sonra iddiaçı xalasına bildirmiş, xalası da vəkil kimi ona müraciət etmişdir. Bundan sonra sənədləri toplayaraq məhkəməyə müraciət etmişlər. Həm Xaçmaz rayonunda yerləşən mənzilin dəyəri, həm də Bakı şəhərində yerləşən mənzilin dəyəri müqavilədə göstəriləndən çoxdur. Həmçinin cavabdeh hər iki əmlakın satışından əladə edilən pulu iddiaçıya verməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 uzun müddət dost münasibətləri olmuşdur. İddiaçının yalnız ayağında problem olmuş, onun ağıl zəifliyi olmamışdır. Həmçinin iddiaçı narkotik istifadəçisi də olmamılşdır. İddiaçı xəstə və vəziyyəti ağır olduğundan, heç yerdə işləmədiyindən əmlaklarını satmaq istədiyini bildirmiş və əmlakları Cavabdeh1 satmağı təklif etmişdir. Cavabdeh1 razı olduqdan sonra iddiaçı və cavabdehlər Xaçmaz rayonuna evə baxmağa getmişlər. Məlum olmuşdur ki, evin sənədi olsa da torpaq sahəsinin sənədi yoxdur. İddiaçı cavabdehə torpaq sahəsinin sənədlərini düzəltmək üçün etibarnamə verilməsini və cavabdeh sənədləşmə işini başa çatdırdıqdan sonra alqı-satqı barədə razılaşmağı təklif etmişdir. Sənədləşdirmə üçün verilən etibarnamədən sonra alqı-satqı müqaviləsinin bağlanması üçün iki dəfə etibarnamə vernişdir. Əmlakları cavabdeh özü üçün aldığından öz arvadının adına almışdır. Birinci alqı-satqı həyata keçirildikdən və pulu aldıqdan sonra iddiaçı ikinci alqı-satqı müqaviləsinin də tezliklə bağlanmasını bildirmişdir. Xaçmaz rayonunda yerləşən ev uçuq-sökük vəziyyətdə olmuşdur. Həmin evə görə razılaşma əsasında 20000 manat ödənilmişdir. Pullar şahidlərin iştirakı ilə verilmişdir. Bundan başqa etibarnamələr də alqı-satqı müqaviləsinin tezliklə bağlanaraq pulun verilməsi üçün qısa müddətə verilmişdir. Əvvəl Xaçmaz rayonunda yerləşən evin sənədlərinin düzəlməsi üçün ilkin olaraq etibarnamə, sonra isə alqı-satqı müqaviləsinin bağlanması üçün etibarnamə verilmişdir. Həmin etibarnamələr əsasında da alqı-satqı müqavilələri bağlanmışdır. Etibarnamələr verilərkən notarius tərəfindən iddiaçının fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Etibarnamə də onun iradə ifadəsini bildirir. Hesab edir ki, iddia tamamilə əsassızdır və təmin edilməməlidir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının bütün sənədləri xalasıgildə olmuşdur. Onlar birlikdə xalasıgilə gəlmişlər. O, Fərhadı həyətdə gözləmişdir. Lakin, xalası sənədləri Fərhada verməkdən imtina etmişdir. Ona görə də, razılıq əsasında əvvəl Fərhad Xaçmaz rayonunda yerləşən əmlakı öz adına keçirtmək üçün lazım olan sənədlləri toplamaq üçün ona etibarnamə vermiş, daha sonra alıq-satqı müqaviləsinin bağlanması üçün etibarnamə verilmişdir. Fərhad alqı-satqı müqaviləsinin bağlanmasını və pulun ona verilməsini istəmişdir. Fərhadın vəziyyəti ağır idi, həmin vaxt o Fərhad üçün həkim də gətirmişdir. Fərhad dostu ilə birlikdə yaşayırdı. Fərhad əmlakları onun arvadına satıldığını bilmişdir. Əmlaklar ona satıldığından, müqaviləni arvadı ilə bağlamışdır. Onlar Xaçmaz rayonunda yerləşən əmlaka baxıb qayıtdıqdan sonra Fərhad arvadının yaşadığı bağ evinə getmişdir. Lakin yarım saat sonra Fərhad ona zəng edərək, gəlib onu aparmasını istəmişdir. O, Fərhadgilin evinə getdikdə görmüşdür ki, Fərhad yerə uzanıb, arvadı onu otaqlara buraxmır. O, Fərhadı öz evinə gətirmişdir. Fərhadla Muxtadır qəsəbəsində qonşu olmuşlar, onlar 14-15 yaşından dostdur. Fərhadın Xaçmazda və Bakı şəhərində əlavə evləri var. O, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən 8 saylı mənzildə bir neçə dəfə olmuş, yəni alqı-satqı müqaviləsi bağlanmamışdan qabaq görmüşdür. Əvvəl Xaçmaz rayonunda yerləşən mənzilə görə 20000 manat Bakı şəhərində vermişdir. Daha sonra, alqısatqı müqaviləsi bağlanandan sonra 70000 manat da Bakı şəhərində yerləşən mənzilə dair vermişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Fərhada ailəsi baxmırdı. Ona görə də, o və əri baxırdı. O, gündə iki dəfə yemək birişirmiş və əri aparmışdır. Bir gün əri Fərhadın bağını satdığını və onu almaq istədiyini bildirmişdir. Həmin vaxt onlar da Bilgəhdə bağ sahəsi almaq istəyirdi. O yoldaşına almamışdan əvvəl bağ evinə baxmaq istədiyini bildirmişdir və hər üçü Muxtadır qəsəbəsinə getmişdir. O, bağ evinə baxdıqdan sonra əri bələdiyəyə zəng etmişdir. Onlar bələdiyyə binasına getmişdirlər. Bələdiyyə sədri evin sənədinin olduğunu, torpağın sənədinin olmadığını bildirmişdir. Fərhad bələdiyyə sədrinə evi onlara satmaq istədiyini, Bakı şəhərində etibarnamə verəcəyini, onların sənədləri toplayaraq torpağın sənədlərini hazırlayacağını bildirmişir. Onlar Bakı şəhərinə qatyıtdıqdan sonra Fərhad onun ərinin adına etibarnamə vermiş, əri də sənədləri düzəltmiş və sonra torpağı ona satmışdır. Müqavilə bağlanandan sonra axşam əri, ərinin dostu və o Fərhadın yaşadı evə gedərək 20000 manat pulu ona vermişlər. Həmin vaxt evdə Fərhadın dostu da olmuşdur. Daha sonra Fərhad onun ərinə Bakı şəhərində yerləşən mənzilin alqı-satqısının həyata keçirilməsi üçün etibarnamə vermişdir. Həmin mənzilin pulunu da alqı-satqı müqaviləsi bağlananda banka qoymuş, daha sonra çıxardaraq Fərhada vermişlər. Fərhad onların yaxın dostu olduğu üçüb Fərhada pulu verəndə ondan yazılı sənəd almamışlar. O, onkoloji xəstəliyə tutulmuş və əməliyyat olunmuşdur. Ona görə də, Fərhada baxa bilməmiş və bu səbəbdən də Fərhad onlara qarşı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 32 saylı Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 10otariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AR-İİ 603668 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə əsasında İddiaçı vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmağı Cavabdeh1 etibar etmişdir. Etibarnamə 6 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 28 may 2004-cü ildən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarında olan 15 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-339/69 nömrəli arayışın surətindən görünür ki, X20 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X11, ana qrafasında X4 göstərilmişdir. İş materiallarında olan 15 fevral 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 183354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X11, ana qrafasında X4 göstərilmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 244264 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 16 fevral 2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 244263 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 17 fevral 2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 251120 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan və AR-İİ 555249 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 3 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə sənədlərlə imzanının həqiqiliyinin təsdiq edilməsi növündə notariat hərəkəti aparılmışdır. Notariat hərəkətinin məzmunu İddiaçı ünvan 8 ünvanında yaşayan və xx.xx.2018-ci ildə ölmüş anası X3 miras qalmış Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və yarım tikiliyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə müraciətlə bağlı olmuşdur. İş materiallarında olan “Elektron notariat" X1 çıxarışdan və AR-İİ 656870 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 5 ay 20 gün müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə itirilmiş sənədin dublikatının verilməsi növündə notariat hərəkəti aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı əvəzinə 5 saylı Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 1571 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır. İş materiallarında olan binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 28 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 024443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X7 04 dekabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Fərzəliyev”, arvada isə “Fərzəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 10otariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzili 70200 manata Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı əvəzinə 3 saylı Bakı “ASAN xidmət" mərkəzində Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 3361 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 70200 manat 11 saylı Notariat ofisinin depozit hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 13 saylı vəkil bürosunun xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair məlumatın verilməsi ilə bağlı sorğusuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil Cavabdeh2 adına ünvan 10otariat Ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-421 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 13 saylı vəkil bürosunun xx.xx.2022-ci il tarixli Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 mənzilə dair məluamtın verilməsi ilə bağlı sorğusuna əsasən bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli 2-257A qeydiyyat vəsiqəsinə əsasən X5 məxsus olmuş Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-287 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı adına olan mənzili Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-609 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Faiqi və Minanı tanıyır. Muxtadır qəsəbəsinə restoranda işləyərkən Fərhadı da tanımışdır. Faiq ona bağ evi aldığını bildirmiş və pulunu vermək üçün onlarla birlikdə getməsini xahiş etmişdir. Onlar birlikdə Fərhadın yaşadığı evə getmişlər. Evdə Fərhad və dostu Namiq var idi. Faiq Fərhada 20000 manat pul vermişdir. Fərhad pulu sayaraq götürmüşdür. İkinci dəfə yenə də Faiq, Mina və o Fərhadın yaşadığı evə Faiqgilin aldıqları evin pulunu vermək üçün getmişlər. Həmin vaxt pulun miqdarını tam olaraq bilməmişdir. Lakin bu dəfə pul birinci dəfəkindən çox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Fərhadla ortaq dostları vasitəsilə tanış olmuşdur. Onun qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşamış, əvəzində ona kömək etmişdir. Cavabdehlər onların yaşadığı mənzilə gəlmiş və Xaçmazda yerləşən əmlaka görə Fərhada 20000 manat pul vermişlər. Fərhad pulu sayaraq götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanı onun müdiri olduğu Mənzil-istismar sahəsinə aiddir. Onlar həmin binanın həyətdə həftənin altıncı günü iməclik keçirdirlər. Həmin günlərdə cavabdehlərin maşından düşdüyünü görmüş, binanın giriş qapısı kodla olduğu üçün hansı mənzilə gəldiklərini soruşmuşdur. Onlar xəstələrinin olduğunu və onun yanına gəliklərini bildirmişlər. Bundan sonrakı həftə yenə həmin ərazidə işləyəndə cavabdehlər yenə həmin binaya gəlmişlər. O, cavabdehlərdən hansı mənzilə gəldiklərini soruşmuş, Fərhadın mənzilinə gəldiklərini bildikdə onun borcu olduğunu demişdir. Faiq etibarnamə əsasında mənzilin borcunu ödəmişdir. Onlar hər həftənin altıncı günü həmin ərazidə işləyəndə cavabdehlərin əllərində bağlama ilə gəldiklərini görmüşdür. Fərhadı görməmişdir. Lakin həmin mənzildə bir nəfərin qeydiyyatda olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonu İstisu bələdiyyəsinin sədridir. Fərhad, Faiq və arvadı onun yanına gəlmişdir. Fərhad evi Faiq və arvadına satmaq istədiyini, Faiq isə həmin evi almaq istədiyini bildirmiş və onlar birlikdə evə baxmağa getmişlər. O, torpağın sənədinin olmadığını, evin isə atasının adına olduğunu bildirmiş, ona görə də torpağa dair sənəd verə bilməyəcəyini, yalnız evin sənədi düzəldəndən sonra torpağa dair sənəd verə biləcəyini bildirmişdir. Bunu eşidəndə Fəhad Faiqə bildirmişdir ki, onun adına etibarnamə versin və bu işləri Faiq etibarnamə əsasında onun adından həyata keçirsin. Bir neçə ay sonra Faiq evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış gətirmişdir. Alqı-satqı müqaviləsinin necə bağlanmasından isə onun xəbəri yoxdur. İş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş dvd diskdə olan foto və video görüntülərdən iddiaçının ayağında yaraların olduğu, müstəqil şəkildə gəzə bilmədiyi, Cavabdeh1 iddiaçıya qulluq etməsi (çimizdirməsi və s.) görünür Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Mülki qanunvericiliyin əqdlərə dair müddəalarının mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarını qanunvericiliyin qeyd edilən tələbləri baxımından təhlil etdikdə aydın olur ki, iddiaçıya məxsus əmlakların özgəninkiləşdirilməsinə dair müqavilələr bu tələblərə cavab vermiş və iddiaçının iradə ifadəsi ilə bağlanmışdır. Belə ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə qanunun imperativ xarakter daşıyan tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın. İddiaçı Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdehə etibarnamə verdiyini, alqı-satqı müqavilələrinin bağlanmasından xəbərsiz olduğunu və satışdan əldə edilən puldan ona heç bir vəsait ödənilmədiyini, ümumiyyətlə əmlakları satmaq niyyəti olmadığını və cavabdehin onu aldadaraq bir neçə etibarnamə aldığını iddia edir. Lakin, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı işin halları və şahid ifadələri ilə təsdiq edilmşdir ki, iddiaçı Xaçmaz rayonunda yerləşən əmlakı cavabdehə satmaq niyyəti olmuş, bu məqsədlə iddiaçı cavabdelərlə birlikdə həmin ərazidə yerləşən mübahisəli əmlaka da baxmışlar. Lakin, qeyd edilən əmlak iddiaçının mərhum atasının adına olduğundan alqı-satqı həyata keçirilə bilinməmiş, iddiaçı səhhətində yaranmış problemə əlaqədar olaraq vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmaq üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədə əmlaka dair sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh1 etibarnamə əsasında hərəkət edərək, iddiaçı və onun yaxın qohumları olan mərhum atası, anası və bacısı ilə bağlı sənədləri əldə etmiş, İddiaçı adına miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək səlahiyyətini də nəzərdə tutan yeni etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X23 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır. Cavabdeh1 və Cavabdeh2 iki nəfər şahidin iştirakı ilə həmin mənzilə görə 20000 manat pulu İddiaçı ödəmişdir. Hətta şahidlərdən biri İddiaçı ilə birgə yaşamaqla onunla dost münasibətində olmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzili 70200 manata Cavabdeh2 satmışdır. 70200 manat müqavilə bağlanarkən notariusun depozit hesabına köçürülmüş, daha sonra oradan məxaric edilərək, yenə də şahidlərin iştirakı ilə İddiaçı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdehə etibarnamə verdiyini, əmlakı satmaq niyyətinin olmadığını qeyd etsə də, onun tərəfindən cavabdehə vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək səlahiyyəti verən etibarnamə olduğu və həmin etibarnamə qüvvədə olduğu halda, ona yenidən əmlaka dair sərəncam vermək səlahiyyəti daxil olmaqla bir çox səlahiyyətləri nəzərdə tutan etibarnamənin verilməsi onun əmlakı satmaq niyyətinin olduğunu və həmin etibarnamələrin bu məqsədlə verildiyini göstərir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının narkotik vasitə istifadəçisi, cavabdehin isə ona həmin vasitələri təmin etməklə bu vəziyyətdən yararlandığını, həmçinin iddiaçının ağıl zəifliyi olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, şahid ifadələri ilə iddiaçının qeyd edilən mənzilləri satmaq niyyətinin olması, hətta iddiaçının baxmaq üçün mübahisə predimeti olan Xaçmaz rayonunda yerləşən mübahisəli mənzilə getmələri, yenə də mübahisə predimeti olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən və iddiaçının yaşadığı mənzilə mütəmadi olaraq gəlib-getmələri, alqı-satqı müqaviləsi bağlandıqdan sonra əmlakların dəyərinin cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi təsdiq edilir. Bundan başqa, alqı-satqı müqavilələri 3 ay vaxt aralığı ilə bağlanmış, iddiaçı hətta birinci müqavilənin bağlanmasından sonra da etibarnamələri ləğv etdirməmişdir. Bütün qeyd edilənlər həmin əmlakların Cavabdeh2 satılmasının iddiaçının maraqlarına xidmət etdiyi nəticəsinə gəlməyə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin alqı satqı müqavilələri əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 10otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 10otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5802/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5802/2022
22.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver