Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5812/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 01.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 26.12.2019-cu il tarixli müqaviləyə əsasən “Amur” markalı çarpayı və termo, “Marvin” markalı dolab və matras üçün 1442 manat ödənilməmiş hissə, 335,4 manat dəbbə, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01888 olan “Samsung Galaxy A51” markalı telefon üçün 564,2 manat ödənilməmiş hissə, 475 manat dəbbə, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı televizor üçün 1310,2 manat ödənilməmiş hissə, 388,8 manat dəbbə olmaqla ümumilikdə 4515,6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4545,6 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 26.12.2019-cu il tarixli, 01160394 saylı, 19.02.2020-ci il tarixli, 20113715 saylı və 14.01.2020-ci il tarixli, 20036577 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 4515,6 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 989 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01160394 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Amur” markalı çarpayı və termo, “Marvin” markalı dolab və matras Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, 20113715 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********01888 olan “Samsung Galaxy A51” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.01.2020-ci il tarixli, 20036577 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Samsung” markalı televizor Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 26.12.2019-cu il tarixli, 01160394 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2064 manat təşkil edir və aylıq 86 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 19.02.2020-ci il tarixli, 20113715 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 767,2 manat təşkil edir və aylıq 55,6 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 14.01.2020-ci il tarixli, 20036577 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1474,2 manat təşkil edir və aylıq 81,9 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 28.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 26.12.2019-cu il tarixli, 01160394 nömrəli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 2064 manat olan əsas borca 622 manat ödəniş etmiş, 1442 manat ödənilməmiş hissə, 335,4 manat cərimə, cəmi 1777,4 manat, 19.02.2020-ci il tarixli, 20113715 nömrəli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 767,2 manat olan əsas borca 203 manat ödəniş etmiş, 564,2 manat ödənilməmiş hissə, 475 manat cərimə, cəmi 1039,2 manat, 14.01.2020-ci il tarixli, 20036577 nömrəli alğı-satqı müqaviləsi üzrə alğısatqı qiyməti 1474,2 manat olan əsas borca 164 manat ödəniş etmiş, 1310,2 manat ödənilməmiş hissə, 388,8 manat cərimə, cəmi 1699 manat, ümumilikdə isə 4515,6 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 26.12.2019-cu il tarixli, 01160394 saylı müqavilə üzrə 40 manat, 19.02.2020-ci il tarixli, 20113715 saylı müqavilə üzrə 20 manat və 14.01.2020-ci il tarixli, 20036577 saylı müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.12.2019-cu il tarixli, 01160394 saylı müqavilə üzrə 1442 manat əsas, 40 manat dəbbə borcu, 19.02.2020-ci il tarixli, 20113715 saylı müqavilə üzrə 564,2 manat əsas, 20 manat dəbbə borcu, 14.01.2020-ci il tarixli, 20036577 saylı müqavilə üzrə 1310,2 manat əsas, 30 manat dəbbə borcu olmaqla, ümumilikdə 3406,4 (üç min dörd yüz altı manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 26.12.2019-cu il tarixli, 01160394 saylı müqavilə üzrə 1442 manat əsas borc, 40 manat dəbbə borcu, 19.02.2020-ci il tarixli, 20113715 müqavilə üzrə 564,2 manat əsas borc, 20 manat dəbbə borcu, 14.01.2020-ci il tarixli, 20036577 saylı müqavilə üzrə 1310,2 manat əsas borc, 30 manat dəbbə borcu olmaqla, ümumilikdə 3406,4 (üç min dörd yüz altı manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5812/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5812/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver