Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5822/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvana əsassız hesablanmış 206,83 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 2 onun xüsusi mülkiyyətindədir. Mənzildə smart tipli sayğac quraşdırılıb. Sayğaca pul köçürdükdən sonra sudan istifadə etmək mümkündür. Belə olan halda sözügedən borcun necə yazıldığı naməlumdur. İddiaçıya rəsmi qaydada heç bir məlumat verilməyib. Yalnız abonent kartı adlanan sənəddə borcu olduğu göstərilmişdir. Əsassız borc hesablanmış və hazırda ondan tələb edilir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı 2021-ci ilin mart ayında yeni sayğac quraşdırılması ilə bağlı müraciət etmişdir. İyun ayının 19-da iddiaçının mənzilinə aid smart tipli sayğac mexaniki sayğacla əvəz edilmişdir. 2020-ci ilin mart ayından yeni sayğac quraşdırılan dövrədək əlavə sərfiyyat hesablanmışdır. Həmin dövrdə köhnə sayğac işləməmişdir. Sayğacın elektron hissəsi çalışmamışdır. Hesablanan borc isə 206,83 manat təşkil edir. Sayğaclar mənzildən kənarda quraşdırılır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçıya məxsus abonent kartına əsasən 08.10.2021-ci il tarixə iddiaçıya 206,83 manat əlavə sərfiyyatı hesablanmışdır. 37 smart-kart tipli su sayğacının dəyişdirilməsi (təmiri) barədə 19 iyun 2021-ci il tarixli aktdan göründüyü kimi iddiaçıya məxsus mənzilə aid smart kart tipli su sayğacı “sayğacın motoru və enerji cihazı çıxarılaraq, sayğac mexaniki keçirilmişdir” qeydi ilə xətdən ayrılmış və bu zaman aktda Cavabdeh loqolu plombuna hər hansı müdaxilənin olması qeyd edilməmişdir. Hətta iddiaçının imzası da aktda qeyd edilməmişdir. Cavabdeh sayğacın laborator yoxlamaya verilməsini bidirsə də, bu barədə hər hansı sübut növünü, o cümlədən iddiaçıya yazılı bildirişi məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin sayğacın hesablama mexanizminə məhz iddiaçı tərəfindən müdaxilə olunması faktı təsdiq olunmuş kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə hesab edir ki, sayğaca müdaxilənin məhz iddiaçının təqsirli hərəktləri nəticəsində baş verməsi təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən iddia əsaslıdır və iddia təmin edilərək iddiaçıya məxsus mənzilə hesablanmış 206,83 manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahata əsasən su sayğacı mənzildən kənarda quraşdırılmışdır. “Sudan istifadə Qaydaları”nın 6.4.-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Göründüyü kimi, iddiaçı onun mənzilindən kənarda yerləşən sayğacın vəziyyəti üçün məsuliyyət daşımır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı hazırki iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanına hesablanmış 206,83 (iki yüz altı manat səksən üç qəpik) manat borcun silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5822/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5822/2021
30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver