Məhkəmə qərarları › İş №2(004)-59/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-59/2022

04.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-59/2022 04.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzildən naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın açıq harracda satılması və satış pulunun paylı mülkiyyətçilərin payına mütənasib bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzildən naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın açıq harracda satılması və satış pulunun paylı mülkiyyətçilərin payına mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə 31.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 102 nömrəli evin 41 nömrəli mənzilində olan paylarının naturada ayrılması, bu mümkün olmadıqda həmin mənzilin açıq harracda satılması və satış pulunun paylı mülkiyyətçilər İddiaçı (5/6 hissə) və Cavabdeh (1/6 hissə) arasında paylarına mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclası 04.02.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini geri götürdüyündən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzildən naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın açıq harracda satılması və satış pulunun paylı mülkiyyətçilərin payına mütənasib bölünməsi tələbinə dair 2(004)-59/2022 nömrəli mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar