Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5916/2023 29.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona hesablanmış abonent saldosunda göstərilən 156,48 manat məbləğdə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatını iddia ərizəsində qeyd olunan xüsusatlara uyğun verərək iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı **********0000J abonent hesabında olan çıxarışa əsasən müəyyən olunur ki, ümumi borc məbləği 2001-2002-ci illəri əhatə etməklə 156.48 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası 551.2.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətidir. Araşdırma zamanı müəyyən edilir ki, sözügedən borc məbləğinin faktiki və hüquqi əsasını abonentin "xxxx" ASC ilə olan müqavilə münasibətlərinin şərtləri təşkil etmir. Belə ki, 156,48 manat borc abonentə “Barmek” şirkətinin fəaliyyəti zamanı yaranmış, həmin şirkət isə uzun illər əvvəl ləğv edilmişdir. Hazırda sözügedən sahədə hakimiyyət xarakterli inhisarçılıq fəaliyyəti "xxxx" ASC tərəfindən həyata keçirilir. Lakin, publik xarakterli səlahiyyətlərə malik olan qeyd olunan orqanlar (Barmekt və"xxxx" ASC) abonentə qarşı 21 il ərzində iddia irəli sürməmiş, borcun ödənilməsinin təmin edilməsi istiqamətində qanuni əsaslarla prosessual fəaliyyət həyata keçirtməmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır. Səlahiyyətli orqanın öz vəzifələrini icra etməməsi və hüquqlarından istifadə etməməsi nəticəsində uzun illərdən qalmış borcun vətəndaşın abonent saldosunda saxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla qanuni hesab edilə bilməz. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh "xxxx" ASC-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, İddiaçı **********0000J nömrəli abonent hesabında göstərilən 156,48 manat borc məbləğinin silinməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı **********0000J nömrəli abonent hesabında göstərilən 156,48 (yüz əlli altı manat qırx səkkiz qəpik) manat borc məbləğinin silinməsi vəzifəsi cavabdeh "xxxx" ASCnin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5916/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5916/2023
29.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver