Məhkəmə qərarları › İş №2(004)-5928/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5928/2022

14.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5928/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilmə müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilmə müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 iyun 2021-ci il tarixdə vəfat edən X1mış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X5 mülkiyyətində olmuşdur. Lakin mərhum X12 28 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 oktyabr 2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı illərdir Ukrayna Respublikasında yaşayır. Ukrayna Respublikası ərazisində müharibə getdiyindən və hal-hazıradək davam etdiyinə görə vərəsə vərəsəlik hüququ ilə bağlı zamanında müraciət etmək imkanı olmamışdır. Lakin qanun üzrə vərəsə faktiki olaraq mirası qəbul etmişdir. Miras əmlaka dair kommunal xərclər vərəsə tərəfindən ödənilir. Ukrayna vətəndaşıİddiaçı etibarnamə üzrə nümayəndəsi X10 25 oktyabr 2022-ci ildə notariat ofisinə müraciət edərək mərhum X5 miras əmlakın üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, hazırki iş üzrə hüquqlarını müdafiə etdiyi şəxsin atası X11 28 iyun 2021-ci il tarixində vəfat etmişdir. Okyabr ayında ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin dövrdəki vəziyyət hər kəsə məlumdur – Ukrayna və Rusiya müharibə şəraitindədir. Bu vəziyyətlə əlaqədar hüquqlarını müdafiə etdiyi İddiaçı Azərbaycana gələ bilməmişdir. Daha sonra müharibə nisbətən səngimişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 25 oktyabr 2022-ci ildə notariat ofisinə müraciət edərək mərhum X7 miras əmlakı üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 3 saylı Asan Xidmət Mərkəzinin Notariat ofisinin xüsusi notariusu tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və bildirilmişdir ki, mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 ay müddət ötürülüb. Hazırda məhkəmədən ötürülmüş müddətin bərpa edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ İİ 28941 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1677 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında Qərara əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 25 oktyabr 2022ci ildə notariat ofisinə müraciət edərək 28 iyun 2021-ci ildə vəfat etmiş X5 miras əmlakı üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Buna baxmayaraq X6 yuxarıda qeyd olunan müddət ərzində mirasın qəbul edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən X2 imtina verilməsi qərara alınmışdır. İş materiallarında olan 71555 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92 ünvanında yerləşən 8 saylı mənzil X5 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 239328 nömrəli X8 surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Zaparojye vilayəti, Berdyansk şəhərində anadan olmuşdur. Atası X12, anası X13. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş **********111 saylı Ərizəsində qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yaşamış 28 iyun 2021-ci il tarixdə vəfat etmiş atası X1mış miras əmlakı qəbul edir. Miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Ərizə İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “X9” AQİS-dən Çıxarışdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X12 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydi xx.xx.2021-ci il tarixdə 1677 nömrə ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli, AZ İİ 233961 seriya nömrəli Ölüm haqqında Şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “X9” AQİS-dən Çıxarışdan görünür ki, X12 ilə X15 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 4AZ-İ 445089 seriya nömrəli nikah haqqında Şəhadətnamə verilmişdir. Nikahdan sonra arvada Rodnikova soyadı verilmişdir. İş materiallarında olan AZ İİ 254546 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 588 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92 ünvanında yerləşən 8 saylı mənzildə X14 (qüvvədən düşüb), X12 və X16 qeydiyyatda olmuşlar. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı xx.xx.1962-ci il tarixdə Zaparojye vilayəti, Berdyansk şəhərində anadan olmuş, atası mərhum X12, anası X13. X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92 ünvanında yerləşən 8 saylı mənzildən ibarətdir. İş materiallarında olan 71555 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92 ünvanında yerləşən 8 saylı mənzil X5 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı miras qoyanın 1-ci növbə vərəsəsidir. Hazırda İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilmə müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 iyun 2021-ci il tarixdə vəfat edən X1mış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum atası X5 birinci növbə vərəsəsidir. Odur ki, İddia ərizəsi təmin edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92 ünvanında yerləşən 8 saylı mənzildən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92 ünvanında yerləşən 8 saylı mənzildən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək bərpa olunsun (uzadılsın). Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar