Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5934/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneənin yaradılmasının Cavabdeh qadağan edilməsi və bununla əlaqədar qanunsuz müdaxilələrə son qoyulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh mərhum X4 vərəsələridirlər. Ataları vəfat etdikdən sonra Yasamal rayonu X10 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçı, cavabdeh və eyni zamanda iddiaçı ilə cavabdehin qardaşı olan ilə X5 miras qalmışdır. Vərəsəlik işi zamanı qardaş- X9 öz payından cavabdehin xeyrinə imtina etmişdir. Cavabdeh miras kütləsi olan həmin mənzildən bacısı Qurbanovaya qanun üzrə vərəsəlik qaydasında payın düşməməsi üçün bütün vasitələrə əl atsa da o, öz niyyətinə nail ola bilməmiş və uzun sürən məhkəmə çəkişmələri nəticəsində hazırda öz qanuni qüvvəsini alan məhkəmə qətnamələri ilə İddiaçı mərhum Elmar Əliyevin birinci dərəcəli vərəsəsi kimi tanınaraq sözügedən miras əmlakından öz payını ala bilmişdir. Belə ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 14462/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 (004)-5432/2018 saylı i ş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, yəni, Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh verilmiş 30.01.2018-ci il tarixli, reyestrdə 2 v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, onun əsasənda daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş 20.02.2018-ci il tarixli, reyestrdə 4 Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və X1 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi və reyestr qeydi ilə əvvəlki vəziyyətə qaytarılması, İddiaçı Bakı şəhəri , Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 sayh mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulması, Cavabdeh, X9, X2 və Bakı şəhəri 31 sayh notoriat kontorundan hüquqi xidmət xərcinə görə 1.300 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 1325 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin 11.08.2020-ci il tarixli 2(102)- 3673/2020 saylı qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı 08 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu isə o deməkdir ki. İddiaçı artıq həmin mənzilə mülkiyyət hüququnu əldə edən şəxsdir. Çünki, məhkəmənin yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə qət edilən bir hal da ondan ibarət olmuşdur ki, reyestr qeyd əvvəlki vəziyyətinə qaytarılsın, yəni mərhum X4 adına ilkin vəziyyətə gətirilmişdir. Lakin bununla belə Cavabdeh tərəfindən digər vərəsə olan İddiaçı mülkiyyət hüquqlarına hörmət edilmir, onun tərəfindən mülkiyyətçi kimi öz hüquqlarını reallaşdırmasına şərait yaradılmır. Belə ki, İddiaçı atalarından miras qalmış əmlakın dəqiq sahəsinin ölçülməsi və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınan çıxarışın verilməsi məqsədilə hərəkətlər həyata keçirmək niyyətində olmuşdur. Sözügedən mənzilin faktiki sahəsi ilə hüquqi sənədqeydiyyat vəsiqəsində yazılan sahə arasında uyğunsuzluq vardır. Mənzilin faktiki sahəsi 120 kv.m olduğu halda, qeydiyyat vəsiqəsində bu sahə 71 kv.m kimi qeyd edilmişdir. Mənzilin həqiqi sahəsinin uyğunsuzluq faktı öz sübutunu həmçinin vərəsəlik hüququnun tanınmasına dair keçirilmiş məhkəmə proseslərində də tapmışdır. Belə ki, iş üzrə təyin edilmiş Yasamal rayon məhkəməsinin 29 avqust 2019-cu il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası barədə qərardadı ilə Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Məhkəmə qəradadı ilə mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC şirkəti təyin edilmiş və onlar tərəfindən müvafiq mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, sənəddə ölçü 71 kv.m olduğu halda faktiki sahənin 87.2 kv.m olduğu ölçülmüşdür. Hazırda iddiaçının mövqeyi ondan ibarətdir ki, həmin rəyin hazırlanması zamanı mənzildə çəkilmiş fotoşəkillərdən də görünür ki, Əliyev Nailə otağın birinin qapısını bağlayaraq qarşısına şkaf, şkafın üzərinə isə böyük həcmli boş qutular yığılmaqla həmin otağın gizlədilməsinə cəhd etmişdir. İddiaçı həmin mənzildə böyümüşdür və çox gözəl bilir ki, həmin mənzildə həmin qapı arxasında bir otaq var ki, Cavabdeh həmin otağı qəsdən gizlədir. Hətta mütəxəssis rəyinin aparılması zamanı Cavabdeh ilə onun qardaşı Əliyev Eldar iddiaçını mənzilə buraxmamışlar ki, o mühəndisə həmin otağı göstərsin, mühəndislərin isə həmin otağa giriləcəyi təqdirdə isə Cavabdeh oradakıları hədələmişdir. Beləliklə, uzun çətinliklə də olsa mənzilin sahəsi qeyd edilmiş və digər bir otağın isə gizlədilməklə də olsa mövcudluğu öz təsdiqini tapmışdır. Bu təsdiq hətta təqdim edilmiş fotoşəkildən də aydın görünür. Yəni, nəticə etibarilə qeydiyyat vəsiqəsində göstərilən sahənin düzgün sahə olmaması öz təsdiqini tapmışdır. Bu ölçü zamanı mövcud olan daha bir otağın da gizlədilməsi həqiqi sahənin heç 87.2 kv.m olmadığını da deməyə əsas verir. Buna görə mənzilin həqiqi sahəsinin ölçülməsi üçün mühəndisin dəvət edilməsi zəruridir. Bu məqsədlə İddiaçı 21 yanvar 2021-ci il tarixində müvafiq ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilə dair faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun tərtib edilərək verilməsini xahiş etmişdir. Daha sonra onun ərizəsinin icrası mərhələsində ölçü işlərini aparılması üçün mühəndislər sözügedən mənzilə yollansalar da Cavabdeh tərəfindən mənzildə ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. İddiaçının bu müraciətinə 1 saylı Bakı ərazi idarəsi tərəfindən 11.03.2021-ci il tarixli **********36 saylı “daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, texniki inventarlaşdırılma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Belə olan təqdirdə iddiaçı maneələrin aradan qaldırılmasına dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneə yaratmayacığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, Xalq Deputatları sovetinin Oktyabr rayon İcra Komitəsinin 27.12.1989-cu il tarixli, 27/11 nömrəli qərarı ilə icarəçi E.Ə.Əliyevin 61.0 kv.m sahəsi olan 3 otaqdan ibarət olan M.Fətəli küçəsi, ev 3, mənzil 28 yaşayış sahəsinin bölgüsü 15.6 kv.m sahəsi olan təcrid olunmuş otağı iki nəfər ailə tərkibi olan onun qızı R.E.Əliyevaya, 45.4 kv.m sahəsi olan 2 həmmərz otağı üç ailə tərkibi olan icarəçi E.Ə.Əliyevə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsinin MH seriyalı, 025132 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3, 28 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/100080 nömrə ilə, 30.07.1996-cı ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan 08.11.2005-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3, 28 saylı mənzili X7 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsinin ÖM seriyalı, 253716 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3, 28 saylı mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 667 saylı reyestr kitabında 30/23558 nömrə ilə, 22.12.2005-ci ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14462/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X9, X2, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5432/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş. Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh verilmiş 30.01.2018-ci il tarixli, reyestrdə 2v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş 20.02.2018-ci il tarixli çıxarış, Cavabdeh ilə X2 arasında bağlanmış 02.06.2018-ci il tarixli, reyestrdə 4Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və X1 adına aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3673/2020 saylı, 11.08.2020-ci il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və X2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Yasamal rayon məhkəməsinin 2(004)-5432/2018 saylı 29 avqust 2018-ci il tarixli qərardadı əsasında“22” noyabr 2018-ci il tarixdə Qiymətləndirmə işi aparılmış və ünvan 4 ünvanında yerləşən 28 saylı mənzilin orta bazar qiymətinin 126.500 (bir yüz iyirmi altı min beş yüz) manat olmasına dair mütəxəssis rəyi tərtib edilmişdir. İş materiallarından olan İddiaçı 21.01.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə mübahisəli mənzilə dair faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun tərtib edilərək verilməsinin təmin edilməsi üçün müraciət etmişdir. İş materiallarından olan Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 11 mart 2021-ci il tarixli **********36 saylı bildirişdən görünür ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ünvan 6 ünvanında yerləşən mənzilə dair çıxarış və texniki pasport tərtib edilməsi ilə bağlı ərizənizin icrası mümkün olmamışdır. İş materiallarından olan 08.10.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı 08.01.2018-ci il tarixdə vəfat etmiş-X4 vərəsəsidir və miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 71 kv/m, yaşayış sahəsi 61 kv/m olan 28 saylı mənzildən 1/3 hissədə pay almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 3 ünvanında yerləşən 28 saylı mənzilə İddiaçı 1/3 hissədə pay hüququ tanınmışdır. Mübahisəli mənzilə dair faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun tərtib edilərək verilməsi məqsədilə ölçü işlərinin aparılması Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 11 mart 2021-ci il tarixli məktubundan da göründüyü kimi mümkün olmamışdır. Cavabdeh ərizəsindən müəyyən olunur ki, o, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına razıdır. Odur ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneələrin yaradılması Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5934/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5934/2021
21.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver