Məhkəmə qərarları › İş №2(004)-5967/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5967/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5967/2020 07.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19054 olan Samsung Galaxy J6 telefon, Poverbank Mİ üçün 66 manat ödənilməmiş hissə, 6 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45040 olan Sony Xperia XA1 markalı telefon üçün 123 manat ödənilməmiş hissə, 12 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X2 aksesuar üçün 162 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X1 aksesuar üçün 236 manat ödənilməmiş hissə, 23 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********5412 olan İphone 6S markalı telefon üçün 539 manat ödənilməmiş, 53 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Casio LTP saat üçün 104 manat ödənilməmiş hissə, 10 manat cərimə; ümumilikdə 1350 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1380 manat məbləğində pul vəsaitinin Cavabdeh «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçıdan qeyd olunan əşyaları aldığını, bir müddət vaxtlı-vaxtında öədniş etdiyini, lakin pandemiya səbəbindən bir müddət normal ödəniş edə bilmədiyini, hal-hazırda yeni işə başladığını və ona yeni qrafik açılaraq, əmək haqqının 30 faizi miqdarında ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 702 manat olan Samsung Galaxy J6 telefon, Poverbank Mİ aksesuarını nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 39 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 492 manat olan İMEİ kodu **********45040 olan Sony Xperia XA1 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 41 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqısatqı qiyməti 324 manat olan X2 aksesuarı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 27 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqısatqı qiyməti 384 manat olan X1 aksesuarı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 32 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqısatqı qiyməti 985 manat olan İMEİ kodu **********5412 olan İphone 6S markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 75 manat (ilkin ödəniş 85 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 117 manat olan Casio LTP saatı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 13 manat ödəmək şərti ilə 9 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə ümumilikdə ödədiyi məbləğ 1774 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq hal-hazırda işlədiyini və ona yeni qrafik açılacağı təqdirdə əmək haqqının 30 faizini ödənişlərə yönəldəcəyini bildirsə də, məhkəmə qeyd edir ki, sözü gedən hallar iddianın təmin edilməməsi üçün əsas olmamaqla icra mərhələsinə aiddir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 66 (altmış altı) manat əsas, 6 (altı) manat cərimə, cəmi 72 (yetmiş iki) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 123 (bir yüz iyirmi üç) manat əsas, 12 (on iki) manat cərimə borcu, cəmi 135 (bir yüz otuz beş) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 162 (bir yüz altmış iki) manat əsas, 16 (on altı) manat cərimə borcu, cəmi 178 (bir yüz yetmiş səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 236 (iki yüz otuz altı) manat əsas, 23 (iyirmi üç) manat cərimə borcu, cəmi 259 (iki yüz əlli doqquz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 539 (beş yüz otuz doqquz) manat əsas, 53 (əlli üç) manat cərimə borcu, cəmi 592 (beş yüz doxsan iki) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 104 (bir yüz dörd) manat əsas, 10 (on) manat cərimə borcu, cəmi 114 (bir yüz on dörd) manat; ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-230, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 66 (altmış altı) manat əsas, 6 (altı) manat cərimə, cəmi 72 (yetmiş iki) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 123 (bir yüz iyirmi üç) manat əsas, 12 (on iki) manat cərimə borcu, cəmi 135 (bir yüz otuz beş) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 162 (bir yüz altmış iki) manat əsas, 16 (on altı) manat cərimə borcu, cəmi 178 (bir yüz yetmiş səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 236 (iki yüz otuz altı) manat əsas, 23 (iyirmi üç) manat cərimə borcu, cəmi 259 (iki yüz əlli doqquz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 539 (beş yüz otuz doqquz) manat əsas, 53 (əlli üç) manat cərimə borcu, cəmi 592 (beş yüz doxsan iki) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 104 (bir yüz dörd) manat əsas, 10 (on) manat cərimə borcu, cəmi 114 (bir yüz on dörd) manat; ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar