Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5972/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ABC Telecom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.01.2020-ci il tarixli müqavilə üzrə, “Samsung Led" markalı televizor üçün 2092,50 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu olmaqla, 2722,50 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 15.01.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Led" markalı televizor almış və nəticədə 2722,50 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 690 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 15.01.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Led" markalı televizor almış və nəticədə 2722,50 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 15.01.2020-ci il tarixli müqavilə üzrə, cavabdehin iddiaçıya 2092,50 manat ödənilməmiş hissə, 630 manat dəbbə pulu olmaqla, 2722,50 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 15.01.2020-ci il tarixli müqavilə üzrə, “Samsung Led" markalı televizor üçün 2092,50 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu olmaqla, 2292,50 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15.01.2020-ci müqavilə üzrə, “Samsung Led" markalı televizor üçün 2092,50 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu olmaqla, 2292,50 (iki min iki yüz doxsan iki manat 50 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5972/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5972/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver