Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-601/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Babaşov Emin Söhbət oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 5.392,50 manat (2.857,24 manat əsas borc + 528.51 manat faiz borcu + 2.000 manat əldən çıxmış fayda və 6,75 manat isə poçt xidmətinə görə) pul və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5.422,90 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Babaşov Emin Söhbət oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh İddiaçı MMC-yə iş qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllənin tələblərinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. Lakin cavabdeh öhdəliyinə əməl etməyək müəsisəyə maddi zərər vurmuş, bu səbəbdən onun fəaliyyəti dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə hesabında qalan pul vəsaitini dəfələrlə iddiaçı tərəfindən tələb edilsə də, hər dəfə vaxt istəyərək borcunu ödəyəcəyini bildirmişdir. Hətta ünvanına teleqram göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə rəhbərliyə müraciət etməklə 3.857,24 manat borcu qaldığını bildirmiş və həmin borcu hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünü bildirmiş və bu şərtlə ona razılıq verilməsini xahiş etmişdir. Rəhbərlik şifahi olaraq razılıq vermişdir. Lakin cavabdeh müraciət etdiyi tarixdən sonra cəmi 1.000 manat ödəniş etmiş, 3.857,24 manat borcdan 2.857,24 manat qalıq qalmışdır. Bundan əlavə cavabdeh 2857,24 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 faiz olmaqla, cəmi 528,51 manat faiz borcu, əldən çıxmış faydaya görə isə 2.000 manat və ünvana göndərilmiş teleqram üçün poçt xidmətinə ödənilən 6.75 manat hesablanaraq vurduğu zərərin üzərinə əlavə edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvanda yerləşən bina söküldüyündən bildirişi ona təqdim etmək mümkün olmamışdır. “Azərpoçt” Xidmətinin AZ1006 indeksi olan Poçt Şöbəsi tərəfindən bu barədə xx.xx.2021-ci ildə zərfin üzərində müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində müvafiq qeydiyyatdan keçmiş hə həmin vaxtdan etibarən VÖEN ********** nömrəsi ilə fəaliyyət göstərir. Həmin MMC-nin 2005-ci ildə Naxçıvan şəhərində tərtib olunmuş nizamnamənin 8.1-ci maddəsinə əsasən MMC-nin əsas fəaliyyət növlərindən biri - kənd təsərrüfatı və sənaye məhsulları, yeyinti məhsulların istehsalı, alqı-satqısından ibarətdir. Məhkəmə işin faktiki hallardan müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olmuş, işə qəbul olarkan tərəflər arasında xx.xx.2016-cı il tarixli tam maddi təminat haqqında müqavilə bağlanmışır. xx.xx.2016-cı il tarixli 119 nömrəli kontraktdan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında müddətsiz olaraq əmək müqaviləsi bağlanmış, Cavabdeh ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunarkən balans hesabında 5.857,24 manat qalıq borcu aşkar edilmişdir. Cavabdeh qeyd olunan borcla bağlı İddiaçı MMC-nin direktoruna borcu hissə-hissə ödəmə ilə bağlı müraciət etmiş və bu baradə tərəflər arasında şifahi razılaşma olmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin direktoru Rəşad Əliyevə yazdığı ərizədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmaqla Sabunçu bölgəsində ticarət nümayəndəsi vəzifəsinə qəbul olunmuşdur, işlədiyi müddətdə vaxtı-vaxtında əmək haqqını almışdır, sonra öz istəyi ilə işdən azad olunmuşdur. İşdən azad olunarkən balans hesabında 5.857,24 manat çatışmamazlıq aşkar olunmuşdur. Həmin borcdan 2.000 manat pulu cəmiyyətin xəzinədarlığına ödəmişdir. xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə 3.857,24 manat borcu qalmışdır. Cavabdeh İddiaçı MMC-yə olan 3.857,24 manat borcunu hər ay 300 manat olmaqla ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, cavabdeh balans məbləğində aşkar olunmuş 5.857,24 manat borcdan qalan 2.857,24 manat əsas borcunu iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı xx.xx.2019-cu il tarixə yaranmış 3.857,24 manat borc qalığından hazırkı vaxta ödənilməmiş qalan 2.857,24 manat əsas borcu, borc vaxtında ödənilmədiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq illik 5 faizlə hesablanmış 528,51 manat faiz borcunu cavabdehdən tələb etməkdə haqlı olsa da, sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etdikdən sonra cavabdehin 2.857,24 manat vəsaiti özündə saxlamaqla iddiaçıya qşaytarmamaqla 2.000 manat gəlir əldə etməsini, bu məbləğdə faydanın əldən çıxmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixə yaranmış 3.857,24 manat borc qalığından hazırkı vaxta ödənilməmiş qalan 2.857,24 manat əsas borc, borc vaxtında ödənilmədiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq illik 5 faizlə hesablanmış 528,51 manat faiz borcu, 6,75 manat poçt xidməti xərci və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 3.422,90 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi - 2.000 manat əldən çıxmış fayda hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixə yaranmış 3.857,24 manat borc qalığından hazırkı vaxta ödənilməmiş qalan 2.857,24 manat əsas borc, borc vaxtında ödənilmədiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq illik 5 faizlə hesablanmış 528,51 manat faiz borcu, 6,75 manat poçt xidməti xərci və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 3.422,90 (üç min dörd yüz iyirmi iki manat doxsan qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-601/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-601/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver