Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6019/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Nurəli oğluna qarşı “kommunal xidmətə görə yaranmış borcun cavabdehin əmək haqqına yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Nurəli oğlu və Azərbaycan X2rşı "kommunal xidmətə görə yaranmış borcun silinməsi və ya cavabdehin əmək haqqına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı, abonent kodu **********050 saylı sayğacın göstəricilərinə görə yazılmış 655,67 (altı yüz əlli beş manat altmış yeddi manat) borcun ləğv edilməsi, ya da Cavabdeh Nurəli oğlunun əmək haqqından silinməsinə yönləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Yeni Yasamal 1, ev 14, 205 saylı mənzil 1993-cü ildə Şuşadan olan məcburi köçkün X8 və ailəsi tərfindən zəbt edilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2-3015/06 saylı 20 noyabr 2007-ci il tarixli qətnaməsinə əsasən X5 ailəsi ilə birlikdə Yeni Yasamal 1, ev.14, 205-ci mənzildən çıxarılması qət edilməsinə baxmayaraq icra edilməmişdir. 2006-cı ildə X8 həmin yaşayış massivinin 13 saylı binasının 60 nömrəli mənzilində məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan Cavabdeh Nurəli oğlunu ailəsi ilə birlikdə qeyri-qanuni olaraq Yeni ünvan 2 ünvanında yerləşən 205-ci mənzildə yerləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954/2008 saylı, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh Nurəli oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal -1, 14 saylı evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdi. Bu qətnamə 19 il sonra 01 avqust 2025-ci il tarixində icra edilmişdir. Həmin mənzil Bakı şəhəri, Yasamal rayon icra şöbəsinin icra məmurlarının iştirakı ilə boşaldılaraq mənzilin sahibinə təhvil verilmişdir. ADSEA-nın əməkdaşı xx.xx.2025ci il tarixində İddiaçı abonent kodu **********050 sayğacın illərlə dondurulmuş 655.67 (altı yüz əlli beş manat, 67) borcun qeyd edildiyi qəbzi bizə təqdim etmişdir. xx.xx.2025-ci il tarixinə qədər həmin ünvanda məskunlaşmış Cavabdeh Nurəli oğlu rəsmi iş yeri olduğuna baxmayaraq, istifadə etdiyi suya görə həmin borcu ödəməkdən imtina etmiş, ADSEA dondurulmuş borcu faktiki xx.xx.2025-ci il tarixinə qədər o ünvanda yaşamamış evin sahibi İddiaçı adına rəsmiləşdirmişdir. İllərlə su borcu ödənilmədiyinə baxmayaraq ADSEA əkədaşlarının səhlənkarlığı səbəbindən suyun verilməsi dayandırılmamış borc yığılmışdır. X3 bir neçə dəfə əraziyə baxan nəzarətçiilə dəfələrlə telefon danışığı zamanı suyun verilməsinin dayandırılmasını tələb etmişdir. Mənzil boşaldırılaraq onlara təhvil verildikdən sonra suyun verilməsi dayandırılmışdır və onlardan dərhal borcun ödənilməsi tələb edilmişdir, əks halda suyun verilməsi bərpa edilməyəcəyi məlumatı verilmişdir. Mənzil tam yararsız haldadır, əsaslı təmirə ehtiyac var. Təmir olunması üçün ilk növbədə suyun verilməsi bərpa edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, əri İddiaçı uzun illər məhkəmə yollarında qaldığı və ədalətsizliklə qarşılaşdığı üçün insult keçirilmiş və nəticədə nitq və əmək fəaliyyəti qabiliyyətini itirmişdir, həmçinin təqaüçüdür və aylıq 360 (üç yüz altmış manat) təqaüd alır. X4 həmçinin təqaüdçüdür. Onlara təqdim edilən borcu ödəmək imkanında deyillər. Məhkəmə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanı, abonent kodu **********050 saylı sayğacın göstəricilərinə görə yazılmış 655,67 (altı yüz əlli beş manat altmış yeddi manat) borcun Cavabdeh Nurəli oğlunun əmək haqqından silinməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim olunmuş ərizə nəzərə alınmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mülki prosesdə cavabdeh qismində iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzil həyat yoldaşının mülkiyyətində olub və başqa şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunub. Həmin şəxslər məcburi köçkün kimi xx.xx.2025-ci il tarixdək orada yaşayıblar. Onlar həmin ünvanda yaşamamış və sudan istifadə etməmişlər. 2025-ci ilin avqust ayında məhkəməınin qərarı ilə məcburi köçkün onların ünvanından qeydiyyatdan çıxarılmışdır. Daha sonra isə suyun verilməsi dayandırılmışdır. Yaşamadıqları ünvanla bağlı borcu ödəmək istəmirlər və maddi imkanları da yoxdur. Mənzildə yaşayış olsa da, kommunala görə yaranmış borc evin sakinindən tələb olunmayıb. Məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X18 nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, 2001-ci ildə iddiaçının adına abonent kodu açılıb və kommunal xidmətlərdən istifadə edilib. Onlara mənzil kommunal-təssəüfat birliyi tərəfindən verilən məlumatlar əsasında müqavilə bağlayırdılar. 2017-ci ildən başlayaraq ödənişlər olub. Onlar tərəfindən mənzilə su ilə bağlı xidmət göstərilib. Tərəflər arasında müqavilə olmasından asılı olmayaraq kommunaldan istifadəyə görə ödəniş edilməlidir. Nümayənə tərəfindən sayğacın çəkilişi həyata keçirilib və ona verilən məlumata əsasən bir xanım suyun kəsilməsini bildirib. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954/08 nömrəli, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən, Apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2-3015/06 saylı mülki iş üzrə 20 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilməsi, X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 205-ci mənzilindən çıxarılması hissəsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh Nurəli oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yeni Yasamal-1,14 saylı evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdir. İcra vərəqəsi xx.xx.2008-ci il tarixində verilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954108 saylı 25 fevral 2008-ci il tarixli qətnaməsi ilə Laçın rayonundan məcburi köçkünlər olan Cavabdeh Nurəli oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni yasamal-1, 14 nömrəli evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdir. Bundan başqa şöbənin icraatında bu qəbildən çoxlu sayda icra sənədləri vardır ki, icrası bu günə kimi təmin edilməmiş və buna səbəb tələbkarların mənzillərini zəbt etmiş məcburi köçkünlərin digər yaşayış sahələri ilə təmin olunmamasıdır. Mənzili zəbt etmiş məcburi köçkünlər onu uzun müddət boşaldıb sahibinə təhvil vermədiyindən iş üzrə tələbkar İddiaçı Mahmud oğlunun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmə ehtimalı vardır. Məlumat üçün bildirilir ki, Cəfər Cəfərovun və digərlərinin Azərbaycan Respublikasına qarşı analoji tələblə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayəti təmin olunmuş və nəticədə dövlətimiz hər bir işlə bağlı külli miqdarda cərimə edilmişdir. Mövcud praktikadan sözügedən işlər üzrə digər tələbkarlar da istifadə etmək niyyətindədirlər. Bu cür halların baş verməsi isə dövlətin büdcəsinə ziyan vurmaqla bərabər beynəlxalq aləmdə olan nüfuzuna xələl gətirir. Şikayətçilərin tez bir zamanda mənzillərinin qaytarılması təmin olunarsa, Avropa Məhkəməsinə müraciət etməyən digər mənzil sahiblərinin gələcəkdə belə bir addım atmalarının qarşısını almaq mümkün olardı. Göstərilənlərə əsasən Bakı şəhəri, Y.Yasamal-1, 14 saylı evin, 205 saylı mənzilində, yaşayan Laçın rayonundan olan məcburi köçkün Cavabdeh Nurəli oğlu və onun ailə üzvlərini və o cümlədən barələrində qətnamələr qəbul edilmiş digər məcburi köçkün ailələrinin müvafiq yaşayış yerləri ilə təmin edilməklə mübahisəli mənzillərdən köçürülməsinin təşkili istiqamətində müvafiq tədbirlər görülməsi və nəticəsi barədə onlara təcili məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X10, iş üzrə borclu Cavabdeh Nurəli oğlu, iş üsrə tələbkarın nümayəndəsi X15, hal şahidləri X12 və X14 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 954/08 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədinin icrası ilə bağlı İcra sənədində qeyd olunan Bakı şəhəri Yeni Yasamal-1,14 saylı evin 205 nömrəli mənzilinə gəldilər. Mənzildə məskunlaşan Cavabdeh və ailəsi mənzili könüllü boşaldaraq, mənzil mülkiyyətçisinin sahibliyinə verildi. Prosesdə mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi X15 mənzilin açarını təhvil aldı. Mənzildə məcburi köçkün ailəsinə məxsus heç bir dəyərli əmlak qalmamışdır. Mənzil boş vəziyyətdə təhvil alınmışdır. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X26 Yasamal rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesab fakturadan müəyyən edilir ki, Bu sənəd Yasamal rayonu, Yeni Yasamal-1, ev 14, mənzil 205 ünvanında yaşayan abonent İddiaçı adına 2025-ci ilin iyul ayı ərzində (xx.xx.2025 – xx.xx.2025 tarixləri arası) aylıq su və kanalizasiya xidmətləri üçün cəmi 16.00 manat (11,20 manat su, 4,80 manat kanalizasiya üçün) məbləğində borc hesablanmışdır. Lakin abonentin əvvəlki dövrlərdən 639,67 manat məbləğində yığılmış borcu olduğu üçün, ümumi ödəniləcək məbləğ 655,67 manat təşkil edir. Abonent tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixində 50 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 3-17-7/2-Q-29077/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 336,58 (üç yüz otuz altı manat əlli səkkiz qəpik) manat məbləğində əmək pensiyası alır. Təyinatın bitmə tarixi: müddətsiz. Arayış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 3-17-7/2-Q-29078/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 393.32 (üç yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində əmək pensiyası alır. Təyinatın bitmə tarixi: müddətsiz. Arayış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X26 məhkəmənin sorğusuna 3-53-3/2-11431/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X26n elektron bazasında İddiaçı adına qeydə alınan **********050 nömrəli abonent kodunun məlumatlarını (abonent kodu,ünvanlar, müqavilə tarixi, sayğac nömrəsi) məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə olunmuş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abonent kartının (Abonent kodu: **********050) surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzilin abunəçisi İddiaçı adına su sərfiyyatına görə 2014-2025-ci il tarixlərini əhatə edən dövr üçün cəmi 655,67 manat borc məbləği hesablanmışdır. Abunəçi ilə xx.xx.2001-ci il tarixində 10645821 nömrəli müqavilə bağlanmışdır. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.20-ci maddəsinə əsasən, STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. Həmin Qaydaların 7.21-ci maddəsinə əsasən, İstehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. Həmin Qaydaların 8.2-ci maddəsinə əsasən, istehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 8.5-ci maddəsinə əsasən, su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-954/08 nömrəli, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2-3015/06 saylı mülki iş üzrə 20 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilməsi, X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 205-ci mənzilindən çıxarılması hissəsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh Nurəli oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yeni Yasamal-1,14 saylı evin 205-ci mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X10, iş üzrə borclu Cavabdeh Nurəli oğlu, iş üsrə tələbkarın nümayəndəsi X15, hal şahidləri X12 və X14 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli aktdan görünür ki, mənzildə məskunlaşan Cavabdeh və ailəsi mənzili könüllü boşaldaraq, mənzil mülkiyyətçisinin sahibliyinə vermişlər. ADSEA tərəfindən iddiaçının mülkiyyətində olan, ünvan 4 (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən mənzil üzrə ondan əvvəl həmin yaşayış sahəsində məcburi köçkün olaraq yaşamış olan cavabdehə məxsus borcun iddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan mənzil üzrə ödənilməmiş 655,67 manat borcun cavabdehin əmək haqqına yönəldilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, xidmət təminatçısı (ADSEA) ilə xidmət istehlakçısı arasında münasibətlər abonent müqaviləsi əsasında tənzimlənir. İş materiallarından göründüyü kimi, **********050 saylı abonent kodu İddiaçı adına rəsmiləşdirilmişdir. Qanunvericiliyə görə, borc mənzilin mülkiyyətçisi olan abonent tərəfindən ödənilməlidir. Üçüncü şəxslərin (məcburi köçkünlərin) mənzildə qanunsuz yaşaması abonenti dövlət qurumu qarşısındakı müqavilə öhdəliyindən azad etmir. İddiaçı borcun birbaşa olaraq Cavabdeh əmək haqqından silinməsini tələb edir. Lakin borcun əmək haqqına yönəldilməsi yalnız icra icraatı mərhələsində, yəni artıq cavabdehin borclu olduğunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqdan sonra mümkün ola bilərdi. Hazırkı halda, ADSEA qarşısında borclu tərəf rəsmi olaraq iddiaçıdır. İddiaçı tərəfindən "borcun başqasının əmək haqqına yönəldilməsi" barədə tələb irəli sürülməsi prosessual baxımdan əsassızdır. Məhkəmə qeyd edir ki, su təchizatı müəssisəsi xidməti sayğac göstəricisinə və abonent koduna əsasən təqdim edir. Mənzildə mülkiyyətçinin, yoxsa qeyri-qanuni məskunlaşan şəxsin yaşamasının müəyyən edilməsi xidmət təminatçısının vəzifəsinə aid deyil. Onlar faktiki xidmət göstəriblər və bunun qarşılığında ödəniş tələb etmək hüquqları vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən seçilmiş hüquqi müdafiə vasitəsi, yəni borcun cavabdehin əmək haqqına yönəldilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı abonent olaraq borca görə ADSEA qarşısında məsuliyyət daşıyır. Məcburi köçkünlər tərəfindən mənzilin zəbt edilməsi faktı iddiaçıya həmin şəxslərə karşı zərərin ödənilməsi və ya əsassız varlanma predmeti üzrə ayrıca iddia qaldırmaq hüququ versə də, bu fakt mövcud kommunal borcun silinməsi başqa şəxsin üzərinə keçirilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Nurəli oğluna qarşı “kommunal xidmətə görə yaranmış borcun cavabdehin əmək haqqına yönəldilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Nurəli oğluna qarşı “kommunal xidmətə görə yaranmış borcun cavabdehin əmək haqqına yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6019/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6019/2025
22.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver