Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6025/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 19 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 19 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək, mərhum X4 ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 127, mənzil 97-nin bağışlanmasına dair 19 saylı Notariat Kontorunda bağlanmış 11 yanvar 2025-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 noyabr 2025-ci il tarixdə məhkəməyə icraatın birləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, tərəfindən X4 ilə aralarında olan onun Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 127, mənzil 97-nin alqı-satqısı ilə bağlı onun etibarından sui-istifadə edib aldatması ilə bağlı Səbail RPİ-nə ərizə ilə müracəit etmişdir. Səbail RPİ-nin müstəntiqinin 20 dekabr 2024-cü il tarixli qərarı ilə onun şikayəti üzrə cinayət işinin başlanması rədd olunmuş və həmin qərarla tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Müstəntiqin həmin qərarı ona rəsmi qaydada qəbzə imza etdirilməklə 13 yanvar 2025-ci il tarixdə təqdim olunmuşdur. Bundan sonra tərəfindən Yasamal Rayon Məhkəməsinə əvvəlcə müvəqqəti təminat tədbiri barədə sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciətlər olunmuşdur. Belə ki, tərəfindən cavabdeh X3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yüzbaşov Ruslan Məmməd oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin iş Yasamal Rayon Məhkəməsinin hakimi Aydan Oruclunun icraatına verilmişdir. Həmin iş üzrə üçüncü şəxs məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbləri müəyyən edilməmiş, o da məlum olmuşdur ki, iş üzrə cavabdeh X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsindən imtina etmək və ya onu geri götürmək təklif olunsa da iddiaçı məhkəmənin təklifi ilə razılaşmayaraq, mərhum cavabdehin qanun üzrə birinci növbəli vərəsələrinin cavabdehin hüquqi varisi kimi işə cəlb edilərək, işə baxılmasının davam etdirilməsini tələb etmişdir. Buna baxmayaraq, Yasamal Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadla mərhum cavabdeh Arzu Sultanovun hüquqi varisi müəyyən edilənədək, iş üzrə icraatı dayandırmışdır. Məhkəmə baxışı zamanı həmçinin o da məlum olmuşdur ki, mərhum cavabdeh Arzu Sultanov xx.xx.2025-ci il tarixli, 4ə-17 saylı bağışlama müqaviləsi ilə yeganə əmlakı olan həmin mənzili, yəni miras əmlakı oğlu Cavabdeh (formal olaraq, yəni mülki məsuliyyətdən yayınmaq məqsədilə) bağışlamış, bundan qısa müddət sonra isə, yəni 2025-ci ilin aprel ayında hazırkı iş üzrə Cavabdeh tərəfindən həmin miras əmlak formal alğı-satqı yolu ilə digər şəxsin mülkiyyətinə verilmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək vəfat etmiş cavabdeh Arzu Sultanovla aralarındakı mübahisənin onun mülkiyyətində olmuş həmin əmlakla bağlı yarandığını, həmçinin mərhum cavabdehin yeganə miras əmlakı olan mübahisəli mənzil oğlu hazırkı iş üzrə Cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alaraq, onun cavabdehin hüquqi varisi qismində işə cəlb olunmasını və icraatın təzələnməsi barədə qərardad qəbul olunması xahiş olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə də icraat zamanı cavabdeh tərəf sıradan çıxmışdır (ölmüşdür) və məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan maddəsinin tələblərinə uyğun olaraq sıradan çıxmış tərəfi onun hüquqi varisi və ya varisləri ilə əvəz etməli idi. Lakin məhkəmə, sıradan çıxmış cavabdehin hüquqi varislik məsələsini özünün həll etməli olduğu halda, bunu etməmiş və qanunun tələblərini pozmuş, əsassız olaraq iş üzrə icraatı dayandırmışdır. Məhkəmənin hazırkı halda iş üzrə icraatı dayandırması iddiaçının hüquq və mənafelərini pozur və mübahisənin lüzumsuz olaraq qeyri müəyyən vaxtadək süründürülməsi ilə nəticələnir. Qeyd olunanları nəzərə alaraq məhkəməyə ərizə ilə müraciət edərək icraatın təzələnməsi xahiş olunsa da, məhkəmə onun bu ərizəsi ilə bağlı hər hansı qərardad qəbul etməmişdir. Mərhum cavabdeh Arzu Sultanovun aralarında olan mübahisə ilə birbaşa əlaqəli olan mənzili oğluna bağışlaması, həmin müqavilənin etibarsız hesab olunması ilə bağlı tərəfindən Cavabdeh qarşı məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Hal-hazırda həmin mülki iş məhkəmənin icraatındadır və iş üzrə məhkəmənin hazırlıq iclası 18 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Odur ki, icraatda olan həmin mülki işin həmin məhkəmənin hakimi Aydan Oruclunun icraatında olan və icraatı yuxarıda qeyd olunan əsaslarla dayandırılmış mərhum cavabdeh Arzu Sultanova qarşı “pul tələbi”nə dair mülki işlə əlaqəli olduğu (cavabdehlərin ata və oğul olduqlarını, mübahisənin də məhz bağışlanan əmlakın alqısatqısı ilə bağlı yarandığını) nəzərə alınaraq, hazırkı işin daha əvəl verilmiş və hakim Aydan Oruclunun icraatında olan mülki işlə bir icraata birləşdirilərək, iddia birlikdə baxılması barədə qərardad qəbul olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, icraatda olan onun Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması”na dair iddia tələbi üzrə mülki işin, həmin məhkəmənin hakimi Aydan Oruclunun icraatında olan və icraatı dayandırılmış onun cavabdeh (mərhum) X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yüzbaşov Ruslan Məmməd oğluna qarşı “pul tələbi”nə dair mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və hakim Aydan Oruclunun icraatına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda icraatın birləşdirilməsi barədə vəsatətin təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, 31 yanvar tarixində iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Ev 2018-ci ildən 2022-ci ilə kimi onun mülkiyyətində olub. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda icraatın birləşdirilməsi barədə vəsatətin təmin edilməsini xahiş etdi. Ona verilən suala cavab olaraq bildirdi ki, məhkəmə mübahisəsi olduğu halda cavabdeh mənzili satıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, icraatın birləşdirilməsi barədə vəsatətin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, 11 yanvar tarixində mənzil atası tərəfindən ona bağışlanılıb. Həmin vaxt məhkəmə mübahisəsindən məlumatı olmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 19 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iddia ərizəsinə əsasən İddiaçı cavabdeh X3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yüzbaşov Ruslan Məmməd oğlu cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək, cavabdeh X1 130000 manat əsas borcun, 45500,00 manat məbləğində əldən çıxmış faydanın, 465,50 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat olmaqla, cəmi 176465,50 (yüz yetmiş altı min dörd yüz altmış beş manat əlli qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilmiş, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1917/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yüzbaşov Ruslan Məmməd oğlu cəlb edilməklə “pul” tələbinə dair 2(004)-1917/2025 saylı mülki iş üzrə icraat cavabdeh X2 hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 19 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-6025/2025 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yüzbaşov Ruslan Məmməd oğlu cəlb edilməklə “pul” tələbinə dair 2(004)-1917/2025 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-1917/2025 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 19 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-6025/2025 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yüzbaşov Ruslan Məmməd oğlu cəlb edilməklə “pul” tələbinə dair 2(004)-1917/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-1917/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6025/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6025/2025
02.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver