Məhkəmə qərarları › İş №2(004)-6035/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6035/2020

25.11.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6035/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 Murtuz qızı və İddiaçı3 Cavabdehnə qarşı icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 Murtuz qızı və İddiaçı3 Cavabdehnə qarşı icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizədən göründüyü kimi, iddiaçılar ərizələrində icra məmurunun qərarından şikayəti və həmin qərar nəticəsində onlara vurulmuş mənəvi ziyanın ödənilməsi iddiasını birləşdirmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar da inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hesab edirəm ki, icra məmurunun hərəkətləri nəticəsində dəymiş mənəvə ziyanın ödənilməsi tələbi inzibatı orqanın qərarları nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğuna görə, iddiaya inzibatı məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə hesab edirəm ki, iddiaçılar icra məmurunun qərarından ayrıca şikayətlə Yasamal rayon məhkəməsinə, icra məmurunun hərəkətləri nəticəsində dəymiş mənəvi zərər tələbi ilə ayrıca iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 Murtuz qızı və İddiaçı3 Cavabdehnə qarşı icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İzah olunsun ki, iddiaçıların Cavabdehnə qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüquqları vardır. İzah olunsun ki, iddiaçıların icra məmurunun qərarından ayrıca şikayətlə Yasamal rayon məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar