Məhkəmə qərarları › İş №2(004)-6127/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6127/2025

05.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6127/2025 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 hüquqlarını müdafiə etdiyi şəxsin anasıdır, öz yaşına görə etdiyi əməlləri anlamır və unudur. Bununla bağlı olaraq Bakı ş. 2 saylı psixiatriya xəstəxanası ona atrofiya mənşəli demensiya diaqnozunu - beyin qabığının və ya dərin beyin strukturlarının degenerativ (məhv edici) prosesləri ilə əlaqədar inkişaf edən xroniki, proqressiv yaddaş, düşüncə və davranış pozuntusu - təyin etmişdir. Bununla bağlı olaraq, o, bir neçə dəfə müayinələrdən keçmişdir. Xəstəlik şəxsin öz hərəkətlərində, dediyi sözlərdə və öz etdiyinin əksində büruzə verir. Təxmini bir il öncə notariat qaydasında ömrü boyu yığdığı pulları və əmlakı qardaşı uşaqlarına hədiyyə etmişdir, lakin, bunu inkar edir və özünün dəli olmadığını qeyd edir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi əmlakın və mal-mülkün kənar şəxslərə dağıdılmasının qarşısını almaq məqsədi daşıyır. Məhkəmə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Respublika Diaqnostika Mərkəzi tərəfindən verilən 16 sentyabr 2025-ci il tarixli kranial maqnit rezonans tomoqrafiya angiografiyasında qeyd edilmişdir ki, «Baş beynin 1.5 Tesla T1, T2 rejimil multiplanar tomoqrammalarında (Diffusion və MR-angiogramlar daxil olmaqla): Arxa kəllə çuxuru-beyincik yarımkürələri, vermis və beyin kötüyü anatomik strukturalarında (pons, mezensefalon, serebral pedinkullar) patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. İV-cü mədəciyin forması adidir. Körpü-beyincik bucağları simmetrikdirlər. Hər iki serebral hemisfer bütün paylarda subkortikal və periventrikulyar yerləşimli T2-Flair hiperintens çoxsaylı xronik-işemik-qilotik sahələr zlənildi. Diffusion rejimdə restriksiya göstərən sahə aşkarlanmadı. Kortiko subkortikal ağ və boz maddələr azalmış həcmdədir. Bazal qanqliyalar adidir. Kapsula intema və eksterna normal olaraq dəyərləndirildi. Bilateral talamustar normal signal intensivliyindadir və İİİ-cü mədəciklər genişlənməmişdir. Subaraxnoidal sahələr və beyin sulkuslan senil kortikal atrofiyaya ikincili genişlənmişdir. İntra və parasellar nahiyələrində patoloji dəyişiklik təyin olunmur. Hipofiz vəzi izlənə bildiyi qədərilə normaldır. Paranazal sinusların, o cümlədən mastoid hüceyrələrin pnevmatizasiyası adidir. Mrt-Angiografiya: İntemal karotis arter supraktinoid seqmen, anterior və middle serebral arteriyalar açıq olub stenoz və ya okluziya qeyd edilmədi. Anterior komunikan arteriya patentdir. Sağ ACA A1 segment aplazikdir. Bazilar arteriya və posterior serebral arteriyalar nom normal olub okluziya və ya stenoz qeyd edilmədi. Nəticə: Hər iki serebral hemisfərdə xronik-işemikqilotik sahələr. Senil kortikal atrofiya». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 tərəfindən verilən 01 oktyabr 2025-ci il tarixli 3127 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən müəyyən edilir ki, Maraqlı şəxs2 16 nömrəli Şəhər Poliklinikası tərəfindən «Diaqnozun dəqiqləşdirilməməsi səbəbindən 2 nömrəli X3 göndərilmiş, Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Atrofiya mənşəli demensiya G31, F02.8. MMSE-18” diaqnozu qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 80.7 kv.m olan mənzil paylı mülkiyyət hüquqi ilə ½ hissədə X7 adına xx.xx.2013-cü il tarixdə və ½ hissədə Maraqlı şəxs2 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1841 nömrəli reyestr kitabının 169715 nömrəli vərəqində qeydiyyata alınmışdır Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, **********77-11301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 135 kv.m olan bağ evi və üzərində yerləşdiyi sahəsi 0.242 ha olan torpaq sahəsi Maraqlı şəxs2 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 13542 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maraqlı şəxs2 (Hədiyyə verən) ilə X12 və X11 (hədiyyə alanlar) arasında 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi notariat ofisində bağlanmış, reyestrdə 4Ə-370 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Hədiyyə verən Maraqlı şəxs2 Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4558 saylı bağ evi ünvanında yerləşən, ümumi sahəsi 135 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 135 kv/m sahədən 1/2 hissəsini qardaşının oğlu olan Hədiyyə alan X8, 135 kv/m sahədən 1/2 hissəsini isə qardaşının oğlu olan Hədiyyə alan X5 mülkiyyətinə vermişdir. Həmçinin Hədiyyə verən Maraqlı şəxs2 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.242 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 1064 kv/m. hissədən 1/2 hissəsini qardaşının oğlu olan Hədiyyə alan X8; 1064 kv/m. hissədən 1/2 hissəsini qardaşının oğlu olan Hədiyyə alan X5 mülkiyyətinə vermişdir. Torpaq sahəsindən qalan hissə mülkiyyətçinin öz mülkiyyətində qalmışdır. Maraqlı şəxs2 (Hədiyyə verən) ilə X9 (Hədiyyə alan) arasında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisində bağlanmış, reyestrdə 4Ə-80 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağınlanması müqaviləsinə əsasən, Maraqlı şəxs2 ünvan 2, Yeni qaydalarla: AZ1141, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 85 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan hisəssindən ½ hissə, 42,5 kv.m olan hissəsini qardaşının oğlu olan X2 mülkiyyətinə vermişdir. Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4558 saylı bağ sahəsinin bir hissəsi (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Maraqlı şəxs2 adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Maraqlı şəxs2 (Hədiyyə verən) ilə X9 (Hədiyyə alan) arasında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisində bağlanmış, reyestrdə 4Ə-951 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağınlanması müqaviləsinə əsasən, Hədiyyə verən Maraqlı şəxs2 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135 kv/m olan bağ evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən tam hissəni qardaşının oğlu olan Hədiyyə alan X4 bağışlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 202 saylı, xx.xx.2026-cı il tarixli il tarixli rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlər və şəxsin oğlunun məhkəməyə ünvanladığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Maraqlı şəxs2 «Atrofiya mənşəli demensiya (ağıl zəifliyi)» müəyyən edilir. Yoxlanılan şəxs Maraqlı şəxs2 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Ərizəçi tərəfindən təqdim edilmiş video-görüntülərə baxış keçirən zaman müəyyən edilmişdir ki, Maraqlı şəxs2 ona adına olan əmlaklarını niyə bağışlaması barədə verilən suallara cavab olaraq, əmlaklarını heç kimə vermədiyini, daim öz övladları, nəvə və nəticələri üçün çalışdığını, əmlakı nəvəsinə vermək istədiyini, ASAN xidmətə isə ümumiyyətlə getmədiyini və hansısa sənədə imza çəkmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Maraqlı şəxs2 oğlu olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Maraqlı şəxs2 atrofiya mənşəli demensiya xəstəliyi ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmaması ərizəçinin nümayəndəsi və vəkilinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Maraqlı şəxs2 keçirilmiş atrofiya mənşəli demensiya xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilməli, xx.xx.1939-cu il tarixdə Bakı şəhərində anadan olan, ünvan 6 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Bakı şəhərində anadan olan, ünvan 6 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar