Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6137/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 13.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yaşayış binalarının 20-ci korpusunda ümumi sahəsi 39,81 m2 olan bir otaqlı 7 nömrəli mənzilə görə ödədiyi 18000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23.11.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh MMC-dən 17450 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 17450 (on yeddi min dörd yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yasamal rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMCnin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6137/2021 saylı, 23.11.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında 23.07.2013-cü il tarixli, YB/20-07 nömrəli mənzil müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yaşayış binalarının 20-ci korpusunda ümumi sahəsi 39,81 kv.metr olan 1 otaqlı 07 nömrəli mənzili iddiaçı ümumilikdə 18000 manat ödəniş edərək əldə etmişdir. İddiaçı bir neçə ay xəstə olduğundan işləyə bilməmiş və ödəniş edə bilməmişdir. Bu səbəbdən də, mənzilə görə 5000 manat borcu yaranmışdır. Evi aldığı zaman ofisdən bildirmişdilər ki, pul ödənilmədiyi halda ev satışa çıxarılacaqdır. Həmçinin ofisdən iddiaçıya bildirmişdilər ki, ödədiyi 18000 manat məbləğində pul vəsaitinin batmaması üçün həmin ev başqa bir vətəndaşa satılmalıdır və yalnız bundan sonra iddiaçının MMC-yə ödədiyi 18000 manat məbləğində pul ona qaytarılacaqdır. İddiaçı Cavabdeh MMC-nin rəhbərliyinə inanaraq, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yaşayış binalarının 20-ci korpusunda ümumi sahəsi 39,81 kv.metr olan 1 otaqlı 07 nömrəli mənzil üçün MMC-yə ödədiyi 18000 manat məbləğində pul batmasın deyə, 2015-ci ilin oktyabr ayında evin satılması üçün alıcı olan Natiq adlı şəxsin xeyrinə həmin mənzildən və pay haqqından imtina etməsi barədə Bakı şəhəri 14 saylı Notariat Ofisində ərizə yazmış və beləliklə həmin mənzil Natiq adlı şəxsə satılmışdır. Lakin, mənzil satıldıqdan sonra cavabdeh müxtəlif bəhanələrlə iddiaçının onlara ödədiyi 18000 manat məbləğində pulu iddiaçıya qaytarmaqdan imtina etmiş və iddiaçı da 01.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində həmin mənzildən imtina etməsi barədə ərizəni ləğv etdirmişdir. Cavabdeh bu günki günədək iddiaçının ödədiyi 18000 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. İddiaçıya ödənilməli olan məbləğlə bağlı cavabdehin ünvanına pretenziya xarakterli məktub göndərilməsinə baxmayaraq, cavabdeh tərəfdən həmin məbləğin ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, himayəsində olan iki övladı ilə birlikdə çətinliklə pul qazanmış, ev almaq istəmişdir. Lakin cavabdeh tərəfindən aldadılmışdır. Nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. İş materiallarında 17450 manat ödəniş olunması barədə qəbzlər olduğundan iddia tələbini azaldaraq 17450 manat tələb edir. İddianin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddianı qəbul etmir. Salamov Natiqlə iddiaçı arasında borc münasibətləri olmuş, iddiaçı mənzildən Salamov Natiqin xeyrinə notarial qaydada imtina etmişdir. X5 evi başqasına satmışdır. İddiaçının ödəniş cədvəlinə uyğun ödənişləri olmuşdur. 2016-cı ilin 23 yanvar tarixinə qədər ödənişləri bitirməli idi. 2013-cü ildə bağlanmış müqavilə üzrə ödənişlər 2016-cı ildə bitmişdir. Salamov Natiq MMC-yə pul ödəməmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 23.07.2013-cü il tarixli, YB/20-07 saylı mənzil müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 20-ci korpusundakı 07 nömrəli bir otaqlı, dəyəri 21896 manat olan mənzil İddiaçı satılmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərindən 1000 manat məbləğini müqavilənin bağlandığı gündən beş gün müddətində, qalan 11896 manat isə otuz ay ərzində hər ay 397 manat, sonuncu ay isə 383 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. İş materialarında olan Cavabdeh MMC tərəfindən verilmiş 23.07.2013-cü il tarixli, 385056 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 10000 manat, 18.08.2014-cü il tarixli, 797015 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 450 manat, 13.12.2013-cü il tarixli, 385131 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 20.02.2015ci il tarixli, 797178 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 22.05.2015-ci il tarixli, 797258 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 1000 manat, 19.03.2015-ci il tarixli, 797204 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 17.07.2014-cü il tarixli, 796983 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 450 manat, 23.08.2013-cü il tarixli, 385085 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 11.04.2014-cü il tarixli, 796891 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 600 manat, 19.09.2014-cü il tarixli, 797041 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 29.01.2014-cü il tarixli, 796822 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 12.06.2014-cü il tarixli, 796948 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 550 manat, 26.11.2014-cü il tarixli, 797100 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 23.10.2014-cü il tarixli, 797070 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 24.10.2013-cü il tarixli, 385137 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 24.09.2013cü il tarixli, 385118 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat, 25.11.2013-cü il tarixli, 385164 nömrəli kassa mədaxil orderinin surətinə əsasən 400 manat İddiaçı tərəfindən bina 20, 07 saylı bir otaqlı mənzil üçün Cavabdeh MMC-yə ödənilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş İddiaçı 02.10.2015-ci il tarixli ərizəsinə əsasən o, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 20-ci korpusundakı 07 nömrəli bir otaqlı mənzildən və pay haqqından imtina etməklə kooperativ üzvlüyündən azad edilməsini xahiş etmiş, mənzilin X2 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə X4 arasında bağlanmış 02.10.2015-ci il tarixli, YB/20-07/1 saylı mənzil müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 20-ci korpusundakı 07 nömrəli bir otaqlı, dəyəri 21896 manat olan mənzil X1. Həmin müqavilənin 3.2-ci bəndində mənzilin qiyməti və ödənilməsi qaydası müəyyən olunmur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən X3 verilmiş 02.10.2021-ci il tarixli, 644 saylı arayışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 20-ci korpusundakı 07 nömrəli bir otaqlı mənzilin haqqı tam ödənilmişdir. İşin mübahisəsiz halıdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, bina 20, 07 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmiş, daha sonra iddiaçı notarial qaydada ərizə verərək mənzilin X2 adına rəsmiləşdirilməsinə razı olduğunu bildirmiş və mənzil X2 adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-dən 17450 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi isə bildirir ki, iddiaçı ilə X2 arasında borc münasibətləri olduğundan mənzildən X2 xeyrinə imtina etmiş və mənzil X2 adına rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Çünki iş materialları ilə təsdiq olunur ki, iddiaçı X2 xeyrinə imtina edərək onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəlllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsində əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMCdən 17450 (on yeddi min dörd yüz əlli) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 17450 (on yeddi min dörd yüz əlli) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6137/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6137/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver