Məhkəmə qərarları › İş №2(004)-615/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-615/2024

31.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-615/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh2 Əlı̇ hüseyn oğlunun iştirakı ilə, İddiaçı İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İ̇darəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlı̇ hüseyn oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İ̇darəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlı̇ hüseyn oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında “MİTSUBİSHİ PAJERO” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan **********) Azərbaycan "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 3133,16 manat borcuna görə 30000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Baş idarə tərəfindən “siyahıya alınmış əmlakın satılmasına dair” iddia tələbi Bakı İnzibati Məhkməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9167/2023 saylı qərarı ilə təmin edilməmişdir. Məhkəmə qərarının əsası kimi Baş X3i İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunu əsas götürərək, vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olmamasını qeyd edir. Baş X3i İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-68512/2023 nömrəli məktubundan məlum olur ki, vergi ödəyicisi Cavabdeh1 MMC-yə məxsus siyahıya alınmış “MİTSUBİSHİ PAJERO” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq və yeni **-XG-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Halbuki sözügedən əmlak vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə siyahıya alınmışdır. Yuxarıda sadalanan normalardan aydın olur ki, vergi ödəyicisi Cavabdeh1 MMC tərəfindən “MİTSUBİSHİ PAJERO” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ olmadığından, xx.xx.2023-cü il tarixli müqavilə etibarsız sayılmalıdır. Cavabdeh2 Əlı̇ hüseyn oğlu iddiaya etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında çıxış edən şəxsdən onlara məxsuz mübahisələndirilən avtonəqliyyat vasitəsini AR MM-nin 337-ci maddəsinin tələbləri ilə müəyyən edilmiş şərtləri pozmamış və AR MM-cin 181-182ci maddəsinin tələblərinə tam riayət etməklə vicdanlı alıcı kimi alqı-satqı ilə alaraq AR DİNnin X3 İdarəsində müvafiq dövlət qeydiyyatından keçirməklə ona sahiblik huququ əldə etmişdir. Üzərində xeyli təmir və estetik işləri apararaq avtomobili istismara tam yararlı vəziyyətə gətirmişdir. İddiaçının mübahisələndirdiyi nəqliyyat vasitəsini Cavabdeh2 Əlı̇ hüseyn oğlu alqı-satqı müqaviləsi ilə əldə edən zaman və bügünə qədər onun müvafiq dövlət orqanlarında hər hansı bir məhdudiyyət, qadağa, həbs kimi məlumatları qeydə alınmamışdır. Bu kimi hallarla bağlı satıcı tərəfindən də xəbərdarlıq olunmamışdır. İddiaçı tərəfin Cavabdeh1 arasında vergi ödənişləri üzrə hüquq münasibətlərinin mövcud olduğu və davam etdiyi bir vaxtda onun balansında silinmiş nəqliyyat vasitəsi barəsindəki əqdin etibarsızlığı vergi borcunun ödənilməsi üçün nə dərəcədə reallıq yaradacağı absurddur və təəcüb doğurur. Cavabdeh onu da qeyd edir ki, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. İddiaçı isə bu maddənin tələblərini pozaraq 3133,16 manat borc məbləğinə görə cavabdeh “Aztrans Car" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30000 manat məbləğində əmlakını siyahıya almışdır. İddiaçının “siyahıya alınmış əmlakın satılmasına” dair iddia tələbinin Baki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1967/2023 saylı qərarı ilə təmin edilməməsi kimi vergi orqanının siyahıya aldığı əmlaklar sırasında alqısatqı yolu ilə cavabdehin əldə etdiyi mübahisələndirilən nəqliyyat vasitəsinin "xxxx" MMCnin mülkiyyətində olmaması əsas götürülmüşdür. İddiaçının ərizəsindəki Cavabdeh2 Əlı̇ hüseyn oğluna qarşı qaldırılmış hissəsini-yəni eyni predmət barəsindəki tələbinin Baki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1967/2023 saylı qanuni qüvvəyə minmiş qərarı əsas tutaraq rədd edilməsini xahiş etmişdir. İddiaçı İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İ̇darəsinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh2 Əlı̇ hüseyn oğlu etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh "xxxx" -nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan iddiaçının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə vergi ödəyicisi Cavabdeh1 (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin təqdim edilməsi barədə xəbərdarlıqdan görünür ki, siyahıya alınmış avtonəqliyyat vasitəsi ilə birlikdə 27 iyun 2022ci il tarixdə saat 10.00-da Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İ̇darəsinə dəvət olunmuş, əks halda nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və borcun məcbiri qaydada nəqliyyat vasitsəinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********6 nömrəli Əmlakın siyahıya alınması haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh1nə (VÖEN: **********) məxsus qiyməti 30000 manat olan “Mitsubishi Pajero 2013” markalı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Sözüdən protokoldan görünür ki, əmlakın siyahıya alınmasından əvvəl və siyahıya alınmasında hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, əsas fəaliyyət növü yük avtomobili nəqliyyatının fəaliyyəti olmuşdur. Cəmiyyətin rəhbəri X1r. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X3i İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna qoşma olan 10 aprel 2023cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, vergi ödəyicisi Cavabdeh1 MMC mülkiyyətində olan 2013-cü il buraxılışlı, “MİTSUBİSHİ PAJERO” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.[588] 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. [589] Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.[590] Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.[591] 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. 89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir.[594] Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. 89.9. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə) siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. [595] Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir.[596] 89.11. Vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş ̇İdarəsinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə Cavabdeh1 MMC-nin (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2022-ci il tarixli **********6 nömrəli “Əmlakın siyahıya alınması haqqında protokol” ilə Cavabdeh1 MMC-yə məxsus 2013-cü il buraxılışlı, “MİTSUBİSHİ PAJERO” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Daha sonra siyahıya alınmış əmlakın satılması barədə inzibati məhkəməyə iddia ilə müraciət edilmiş, iddia tələbi rədd edilmiş və müəyyən edilmişdir ki, sözügedən avtomobil 10 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. İddiaçı hal-hazırda cavabdehlər arasında bağlanmış “10 aprel 2023-cü il tarixli avtomobilin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş edir. Araşdırılmış sübutlara əlaqədar olaraq məhkəmə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. İş materiallarında vergi ödəyicisinə belə bir bildirişin göndərilməsi müəyyən edilmir. Daha sonra 14 iyun 2022-ci il tarixli əmlakın siyahıya alınması barədə qərar qəbul edilsə də, həmin qərarın vergi ödəyicisinə göndərilməsi müəyyən olunmur. Bundan sonra avtonəqliyyat vasitəsinin təqdim edilməsi barədə xəbərdarlıq tərtib edilyi görünsə də, həmin xəbərdarlıq məktubunun vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.8-1-ci maddəsinə əsasən göndərilməsi müəyyən edilmir. Xəbərdarlıq məktubuna vergi orqanı sözügedən əmlaka dair həbsin qoyulması barədə məzmun daxil etsə də, əmlıakın üzərində hər hansı həbs qərarı mövcud deyildir. Halbuki, Vergi Məcəlləsinin 89-cu maddəsinin (əmlakın siyahıya alınması) tələblərindən biri kimi, Vergi Məcəlləsinin 89.8-1-ci maddəsinin 4-cü abzasında aşağıdakı məzmunda öz əksini tapmışdır. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. Hansı ki, alğı-satqı müddətinədək sözügedən avtomobilin üzərində hər hansı yüklülük qeydə alınmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh hüquqi şəxsin siyahıya alınma barədə qərardan məlumatlı olması və bu səbəbdən əmlakı adından çıxarılması halını qeyd etsə də, bu hal məhkəmə araşdırması ilə öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 sözügedən avtomobilin siyahıya alınması barədə heç bir məlumatı olmadığını, həmin şirkətlə də hər hansı bağlılığı olmadığını, təsadüfi olaraq sözügedən əmlakı hüquqi şəxsin nümayəndəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada satın aldığını bildirmişdir. 31 yanvar 2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş “vergi ödəyicisi ilə yazışmalar barədə hesabat” a münasibətdə qeyd edilir ki, həmin sənəd mötəbər sübut hesab edilmir. Belə ki, cədvəl şəklində tərtib edilmiş və heç bir təsdiqedici qeydə əsaslanmayan sənəd məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Məhkəmə iddiaçının məlumatı olduqdan sonra avtomobili satması arqumentinə cavab olaraq bildirir ki, hətta təqdim edilmiş həmin cədvəldə belə cavabdeh şirkətin xx.xx.2022-ci il tarixdə məlumatlı olması qeyd olunmuşdur. Belə olan halda həmin tarixdən təxmini bir il sonra avtomobilin satılması Cavabdeh1 siyahıya alınmadan məlumatlı olmasını böyük şübhə altına alır. Ən əsası məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Cavabdeh1 bu maddənin tələbini pozması müəyyən edilmir. Vergi orqanının isə sözügedən maddənin 89.8-1-ci maddəsinin 4-cü abzasında imperativ olaraq qeyd edilən yükülülük barədə tələblərə əməl etməsi müəyyən edilmir. Hansı ki, bu hal sözügedən əmlakın satılması ilə nəticələnmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Mülki Məcəllədə müəyyən edilən əqdlərin etibarsızlığına əsas olan hallar müəyyən edilmir. Mülki Məcəllənin 340-ci maddəsi üzrə həmin əqdin uydurma və ya aylan əqd olmasına əsas olan hallar da müəyyən edilmədi. Bundan əlavə digər cavabdeh, yəni alıcı Cavabdeh2 vicdanlı əldə edəndir. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə vicdanlı əldə edən prezumpsiyasını nəzərə alaraq bildirir ki, şəxsin vicdanlı əldə edən olmadığını sübutetmə yükü iddiaçının üzərindədir ki, iddiaçı bu halı sübut edə bilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İ̇darəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlı̇ hüseyn oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı Şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İ̇darəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlı̇ hüseyn oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar