Məhkəmə qərarları › İş №2(004)-6214/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6214/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6214/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Meyvə və tərəvəz qurudan Gorenje üçün 82 manat ödənilməmiş hissə, 23 manat dəbbə, 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 saat üçün 57 manat ödənilməmiş hissə, 16 manat dəbbə, 01.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İzqara Bosch üçün 176 manat ödənilməmiş hissə, 28 manat dəbbə, 06.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Power Bank TP-Link, İzqara Gorenje, Qəhvəüyüdən Bosch üçün 224,8 manat ödənilməmiş hissə, 48 manat dəbbə, 21.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Ətçəkən Philips, Doğrayıcı Philips üçün 450 manat ödənilməmiş hissə, 90 manat dəbbə, 01.08.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Ütü Tefal, 2 ədəd X3 üçün 561 manat ödənilməmiş hissə, 111 manat dəbbə, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, Tikiş maşını Sınger üçün 481 manat ödənilməmiş hissə, 66 manat dəbbə, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, Ütü Tefal üçün 152 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 24.08.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd SanDisk Ultra Micro with adapter aksesuar üçün 144 manat ödənilməmiş hissə, 27 manar dəbbə, 03.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********35883 olan Samsung Galaxy A41 markalı telefon üçün 833,8 manat ödənilməmiş hissə, 117 manat dəbbə hesablanmaqla, ümumilikdə 3717,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.06.2020-ci il, 24.06.2020-ci il, 01.07.2020-ci il, 06.07.2020-ci il, 21.07.2020-ci il, 01.08.2020-ci il, 03.08.2020-ci il, 24.08.2020-ci il, 03.11.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Meyvə və tərəvəz qurudan Gorenje, Xiaomi Mi band 4 saat, İzqara Bosch, Power Bank TP-Link, İzqara Gorenje, Qəhvəüyüdən Bosch, Ətçəkən Philips, Doğrayıcı Philips, 2 ədəd Ütü Tefal, 2 ədəd X3, Tikiş maşını Sınger, Ütü Tefal, 2 ədəd SanDisk Ultra Micro with adapter aksesuar və İMEİ Kodu **********35883 olan Samsung Galaxy A41 markalı telefon almış və nəticədə 3717,6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140,4 manat (12 ay x 11,7 manat + 0 manat ilkin ödəniş) olan Meyvə və tərəvəz qurudan Gorenje üçün ümumilikdə 105 manat olmaqla ondan, 82 manat ödənilməmiş hissə, 23 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 86,4 manat (12 ay x 7,2 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi band 4 saat üçün ümumilikdə 73 manat olmaqla ondan, 57 manat ödənilməmiş hissə, 16 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 226,8 manat (18 ay x 12,6 manat + 0 manat ilkin ödəniş) olan İzqara Bosch üçün ümumilikdə 204 manat olmaqla ondan, 176 manat ödənilməmiş hissə, 28 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 289,8 manat (18 ay x 16,1 manat + 0 manat ilkin ödəniş) olan Power Bank TP-Link, İzqara Gorenje, Qəhvəüyüdən Bosch üçün ümumilikdə 272,8 manat olmaqla ondan, 224,8 manat ödənilməmiş hissə, 48 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 542 manat (18 ay x 30 manat + 2 manat ilkin ödəniş) olan Ətçəkən Philips, Doğrayıcı Philips üçün ümumilikdə 540 manat olmaqla ondan, 450 manat ödənilməmiş hissə, 90 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 673,2 manat (18 ay x 37,4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Ütü Tefal, 2 ədəd X3 üçün ümumilikdə 672 manat olmaqla ondan, 561 manat ödənilməmiş hissə, 111 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 549,6 manat (24 ay x 22,9 manat + 0 manat ilkin ödəniş) olan Tikiş maşını Sınger üçün ümumilikdə 547 manat olmaqla ondan, 481 manat ödənilməmiş hissə, 66 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 183,6 manat (18 ay x 10,2 manat + 0 manat ilkin ödəniş) olan Ütü Tefal üçün ümumilikdə 182 manat olmaqla ondan, 152 manat ödənilməmiş hissə, 30 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 162 manat (18 ay x 9 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd SanDisk Ultra Micro with adapter aksesuar üçün ümumilikdə 171 manat olmaqla ondan, 144 manat ödənilməmiş hissə, 27 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 883,8 manat (18 ay x 49,1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********35883 olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə 950,8 manat olmaqla ondan, 833,8 manat ödənilməmiş hissə, 117 manat dəbbə, ümumilikdə 3717,6 manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 576 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhəkəmə iclasında iştirak edən cavabdeh izahatında iddianı qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2020-ci il tarixində “1188” taksi şirkətində çalışırdı. Həmin dövrdə ona lazım olan məişət texnikalarını iddiaçıdan almış lakin sonradan pandemiya səbəbindən işsiz qaldığı üçün ödənişləri ödəyə bilməmişdir. Hal-hazırda işsizdir və borcu hissə-hissə ödəməyə imkanı çatır. Odur ki, borcu qəbul etdiyini və hissə-hissə ödənilməsinə şərait yaradılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh "xxxx" MMC ilə 07.06.2020-ci il, 24.06.2020-ci il, 01.07.2020-ci il, 06.07.2020-ci il, 21.07.2020-ci il, 01.08.2020-ci il, 03.08.2020-ci il, 24.08.2020-ci il, 03.11.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Meyvə və tərəvəz qurudan Gorenje, Xiaomi Mi band 4 saat, İzqara Bosch, Power Bank TP-Link, İzqara Gorenje, Qəhvəüyüdən Bosch, Ətçəkən Philips, Doğrayıcı Philips, 2 ədəd Ütü Tefal, 2 ədəd X3, Tikiş maşını Sınger, Ütü Tefal, 2 ədəd SanDisk Ultra Micro with adapter aksesuar və İMEİ Kodu **********35883 olan Samsung Galaxy A41 markalı telefon almış və nəticədə onun həmin əşyalara görə borcu yaranmışdır. İş materiallarında olan 10.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.06.2020-ci il tarixli müqavilə üzrə 82 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu, 24.06.2020-ci il tarixli müqavilə üzrə 57 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, 01.07.2020-ci il tarixli müqavilə üzrə 176 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu, 06.07.2020-ci il tarixli müqavilə üzrə 224,80 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, 21.07.2020-ci il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 01.08.2020-ci il tarixli müqavilə üzrə 561 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, 03.08.2020-ci il tarixli müqavilə üzrə 481 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu, 03.08.2020-ci il tarixli müqavilə üzrə 152 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 24.08.2020-ci il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 03.11.2020-ci il tarixli müqavilə üzrə 833,80 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, ümumilikdə 3717,60 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 07.06.2020-ci il tarixli müqavilə üzrə 82 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 24.06.2020-ci il tarixli müqavilə üzrə 57 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 01.07.2020-ci il tarixli müqavilə üzrə 176 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 06.07.2020-ci il tarixli müqavilə üzrə 224,80 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 21.07.2020-ci il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 01.08.2020-ci il tarixli müqavilə üzrə 561 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 03.08.2020-ci il tarixli müqavilə üzrə 481 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 03.08.2020-ci il tarixli müqavilə üzrə 152 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 24.08.2020-ci il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 03.11.2020-ci il tarixli müqavilə üzrə 833,80 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olamqla, ümumilikdə 3211,60 manat tutularaq iddiaçı”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 07.06.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 23 manat məbləğində deyil 5 manat məbləğində, 24.06.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 16 manat məbləğində deyil 5 manat məbləğində, 01.07.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 28 manat məbləğində deyil 5 manat məbləğində, 06.07.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 48 manat məbləğində deyil 5 manat məbləğində, 21.07.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 90 manat məbləğində deyil 5 manat məbləğində, 01.08.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 111 manat məbləğində deyil 5 manat məbləğində, 03.08.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 66 manat məbləğində deyil 5 manat məbləğində, 03.08.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 30 manat məbləğində deyil 5 manat məbləğində, 24.08.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 27 manat məbləğində deyil 5 manat məbləğində, 03.11.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 117 manat məbləğində deyil 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 07.06.2020-ci il tarixli müqavilə üzrə 82 manat (səksən iki) ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 87 (səksən yeddi) manat borc, 24.06.2020-ci il tarixli müqavilə üzrə 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 62 (altmış iki) manat borc, 01.07.2020-ci il tarixli müqavilə üzrə 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 181 (yüz səksən bir) manat borc, 06.07.2020-ci il tarixli müqavilə üzrə 224,80 (iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 229,80 (iki yüz iyirmi doqquz manat səksən qəpik) manat borc, 21.07.2020-ci il tarixli müqavilə üzrə 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 455 (dörd yüz əlli beş) manat borc, 01.08.2020-ci il tarixli müqavilə üzrə 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 566 (beş yüz altmış altı) manat borc, 03.08.2020-ci il tarixli müqavilə üzrə 481 (dörd yüz səksən bir) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 486 (dörd yüz səksən altı) manat borc, 03.08.2020-ci il tarixli müqavilə üzrə 152 (yüz əlli iki) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 157 (yüz əlli yeddi) manat borc, 24.08.2020-ci il tarixli müqavilə üzrə 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 149 (yüz qırx doqquz) manat borc, 03.11.2020-ci il tarixli müqavilə üzrə 833,80 (səkkiz yüz otuz üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 838,80 (səkkiz yüz otuz səkkiz manat səksən qəpik) manat borc, cəmi 3211,60 (üç min iki yüz on bir manat altmış qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar