Məhkəmə qərarları › İş №2(004)-6216/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6216/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6216/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98773 olan Samsung Galaxy A10 markalı telefon üçün 39 manat ödənilməmiş hissə, 3 manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89446 olan Hoffmann X Ultra markalı telefon üçün 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77722 olan üçün Hoffmann X Ultra markalı telefon üçün 156,2 manat ödənilməmiş hissə, 15 manat cərimə, ümumilikdə 505,2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 19.06.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 2 manat ilkin ödəniş olunmaqla, 20 ay müddətinə aylıq 22 manat ödəmək şərti ilə ümumi məbləği 442 manat olan, İMEİ kodu **********98773 olan Samsung Galaxy A10 markalı telefon, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən, ilkin ödənişsiz və 18 ay müddətinə aylıq 19,1 manat ödəmək şərti ilə ümümi məbləği 343,8 manat olan, İMEİ kodu **********89446 olan Hoffmann X Ultra markalı telefon, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən, 135 manat ilkin ödəniş olunmaqla və 12 ay müddətinə aylıq 15,6 manata ödəmək şərti ilə ümumi məbləği 322,2 manata olan, İMEİ kodu **********77722 olan üçün Hoffmann X Ultra markalı telefon verilmişdir. 11.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.06.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 39 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, 17.12.2019-cu il tarixli müqavilə üzrə 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 14.03.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə isə 156,2 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 505.2 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 19.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98773 olan Samsung Galaxy A10 markalı telefon üçün 39 manat ödənilməmiş hissə, 3 manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89446 olan Hoffmann X Ultra markalı telefon üçün 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77722 olan üçün Hoffmann X Ultra markalı telefon üçün 156,2 manat ödənilməmiş hissə, 15 manat cərimə, ümumilikdə 505,2 manat borc alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 19.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98773 olan Samsung Galaxy A10 markalı telefon üçün 39 (otuz doqquz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89446 olan Hoffmann X Ultra markalı telefon üçün 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77722 olan üçün Hoffmann X Ultra markalı telefon üçün 156,2 (yüz əlli altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, ümumilikdə 505,2 (beş yüz beş manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar