Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6221/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 16.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 16.11.2019-cu il tarixli müqavilə üzrə “Hoffman” markalı mini soba və İMEİ kodu **********55956 olan “Samsung Galaxy A10s” markalı telefon üçün 306,7 manat ödənilməmiş hissə, 30 manat cərimə, 30.06.2020-ci il tarixli müqavilə üzrə “Hoffman” markalı sərinkeş üçün 20 manat ödənilməmiş hissə, 2 manat cərimə, 18.07.2019-cu il tarixli müqavilə üzrə “Hoffmann” markalı mini soba və “Braun” markalı blender üçün 397,9 manat ödənilməmiş hissə, 39 manat cərimə, 23.01.2019-cu il tarixli müqavilə üzrə “Redmond” markalı şirə çəkən üçün 55,9 manat ödənilməmiş hissə, 5 manat cərimə, 03.03.2020-ci il tarixli müqavilə üzrə “Samsung” markalı televizor üçün 790,8 manat ödənilməmiş hissə, 79 manat cərimə olmaqla, ümumilikdə 1726,3 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1756,30 manat pulun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.11.2019-cu il tarixli, 01053914 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İMEİ Kodu **********55956 olan “Hoffman” markalı mini soba və İMEİ kodu **********55954 olan “Samsung Galaxy A10s” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 30.06.2019-cu il tarixli, 00751524 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “Hoffman” markalı sərinkeş Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 18.07.2019-cu il tarixli, 00789363 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “Hoffmann” markalı mini soba və televizor, “Braun” markalı blender Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 23.01.2019-cu il tarixli, 00483102 nömrəli alğı-satqı müqaviləsinə əsasən “ABC Telecom MMC tərəfindən “Redmond” markalı şirə çəkən Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 03.03.2020-ci il tarixli, 20142071 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “Samsung LED” markalı televizor Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 16.11.2019-cu il il tarixli, 01053914 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 649 manat toplam məbləğin hər ay 54 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 65 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 30.06.2019-cu il tarixli, 00751524 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 110 manat toplam məbləğin hər ay 10 manat olmaqla 11 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”–nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 11 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 18.07.2019-cu il tarixli, 00789363 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 1000 manat toplam məbləğin hər ay 55 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 100 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 23.01.2019-cu il tarixli, 00483102 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 252 manat toplam məbləğin hər ay 14 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”–nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 26 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 03.03.2020-ci il tarixli, 20142071 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 790,8 manat toplam məbləğin hər ay 65,9 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 80 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşə əlavə edilmiş 10.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 16.11.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 649 manat olan əsas borca 342,3 manat ödəniş etmiş, 306,7 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, cəmi 336,7 manat, 30.06.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə alğısatqı qiyməti 110 manat olan əsas borca 90 manat ödəniş etmiş, 20 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, cəmi 22 manat, 18.07.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 1000 manat olan əsas borca 602,1 manat ödəniş etmiş, 397,9 manat ödənilməmiş hissə, 39 manat cərimə olmaqla, cəmi 436,9 manat, 23.01.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 252 manat olan əsas borca 196,1 manat ödəniş etmiş, 55,9 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla cəmi 60,9 manat, 03.03.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 790,8 manat olan əsas borca ödəniş etməmiş, 790,8 manat ödənilməmiş hissə, 79 cərimə olmaqla cəmi 869,8 manat, ümumilikdə isə 1726,3 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 16.11.2019-cu il tarixli müqavilə üzrə 306,7 manat əsas borc, 30 manat cərimə, 30.06.2019-cu il il tarixli müqavilə üzrə 20 manat əsas borc, 2 manat cərimə, 18.07.2019-cu il tarixli müqavilə üzrə 397,9 manat əsas borc, 39 manat cərimə, 23.01.2019-cu il tarixli müqavilə üzrə 55,9 manat əsas borc, 5 manat cərimə, 03.03.2020-ci il tarixli müqavilə üzrə 790,8 manat əsas borc, 79 manat cərimə olmaqla, ümumilikdə 1726,3 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul, cəmi 1756,3 manat məbləğində pul tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 16.11.2019-cu il tarixli müqavilə üzrə 306,7 manat əsas borc, 30 manat cərimə, 30.06.2019-cu il il tarixli müqavilə üzrə 20 manat əsas borc, 2 manat cərimə, 18.07.2019-cu il tarixli müqavilə üzrə 397,9 manat əsas borc, 39 manat cərimə, 23.01.2019-cu il tarixli müqavilə üzrə 55,9 manat əsas borc, 5 manat cərimə, 03.03.2020-ci il tarixli müqavilə üzrə 790,8 manat əsas borc, 79 manat cərimə olmaqla, ümumilikdə 1726,3 (min yeddi yüz iyirmi altı manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, cəmi 1756,3 (min yeddi yüz əlli altı manat otuz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6221/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6221/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver