Məhkəmə qərarları › İş №2(004)-625/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-625/2024

02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-625/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbi barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbi barədə Qazax Rayon Məhkəməsinə müraciət etmişlər. Qazax Rayon Məhkəməsinin müvafiq qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarına əsasən JN-125 KOD 50100018 nömrəli torpaq sahəsinin ərizəçilərin mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsinin verilməsinə dair dövlət aktında ərəzçilərin ad və ata adlarında xırda yanlışlıqlara yol verilmişdir. Bu səbəbdən ərizəçilərin həmin torpaq sahəsinə dair alqı-satqı işlərinin aparılmasına çətinliklər yaranır. Göstərilənlər nəzərə alınmaqla ərizənin təmin edilməsi xahiş edilir. Maraqlı şəxs və ərizəçilər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi imtina məktubu əlavə edilmişdir. İş materiallarına ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 50100018 nömrəli dövlət aktına əsasən müəyyən edilir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarına əsasən 5.20 ha torpaq sahəsi ümumilikdə 10 (on) nəfər mülkiyyətçiyə ayrılmışdır. Həmin aktın 2-ci səhifəsində olan siyahıya əsasən müəyyən edilir ki, Ərizəçi1 Səməd oğlu, Ərizəçi2 İbrahimxəli qızı, X1 və Nümayəndə Sayad oğluna sözügedən torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 50100018 nömrəli dövlət aktına əsasən Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarına əsasən 5.20 ha torpaq sahəsi ümumilikdə 10 (on) nəfər mülkiyyətçiyə ayrılmışdır. Həmin aktın 2-ci səhifəsində olan siyahıya əsasən müəyyən edilir ki, torpaq sahəsi Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sözügedən torpaq sahəsi ayrılmışdır. Yəni, sözügedən hüquq müəyyən edici sənəddə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ad və ata adlarında xırda texniki yanlışlıqlar mövcuddur. Bu səbəbdən, əmlak üzərində müvafiq hüquqi hərəkətlərin aparılması mümkün deyildir. Həmin nöqsanın aradan qaldırılması üçün ərizəçilər tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edilsə də, imtina qərarı verilmişdir. Məhkəmə nəzərə alır ki, sözügedən yanlışlıqlar texniki xarakterlidir və aradan qaldırılmalıdır. Mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 50100018 nömrəli dövlət aktında özlərinə aid hissədə Ərizəçi1 Səməd oğlu, Ərizəçi2 İbrahimxəli qızı, X1 və Nümayəndə Sayad oğlu sözləri əvəzinə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi müəyyənləşdirilməli, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 50100018 nömrəli dövlət aktında müvafiq qeydlərin özlərinə aid hissədə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 aid olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 50100018 nömrəli dövlət aktında “Ərizəçi1 Səməd oğlu, Ərizəçi2 İbrahimxəli qızı, X1 və Nümayəndə Sayad oğlu” sözləri əvəzinə özlərinə aid hissədə “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4” kimi müəyyənləşdirilsin. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 50100018 nömrəli dövlət aktında müvafiq qeydlərin özlərinə aid hissədə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar