Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6291/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, LPO Cavabdeh2 ASC-yə, Sumqayıt şəhəri üzrə icra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, LPO Cavabdeh2 ASC-yə, Sumqayıt şəhəri üzrə icra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan forma və məzmununa riayət edilmədən vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində bir neçə cavabdeh qeyd etsə də onlara qarşı yönələn tələb qeyd edilməmişdir. Buna əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPMnin 149.2.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, LPO Cavabdeh2 ASC-yə, Sumqayıt şəhəri üzrə icra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6291/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6291/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver