Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6292/2020 28.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72522, **********19004 olan Xiaomi Redmi 5, Xiaomi Redmi 5 Plus markalı telefonlar üçün 492 manat ödənilməmiş hissə, 49 manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29014 olan 2 ədəd Nokia 3 DS markalı telefonlar üçün 932 manat ödənilməmiş, 93 manat cərimə, ümumilikdə 1566 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1596 manat məbləğində pul vəsaitinin cavabdeh X1 «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X2 məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh X3 ilə «xxxx» MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 492 manata İMEİ kodu **********72522, **********19004 olan Xiaomi Redmi 5, Xiaomi Redmi 5 Plus markalı telefonları nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 41 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 972 manata İMEİ kodu **********29014 olan 2 ədəd Nokia 3 DS markalı telefonları nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 54 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 40 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə 932 (doqquz yüz otuz iki) manat əsas, 93 (doxsan üç) manat cərimə, cəmi 1025 (bir min iyirmi beş) manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 492 (dörd yüz doxsan iki) manat əsas, 49 (qırx doqquz) manat cərimə borcu, cəmi 541 (beş yüz qırx bir) manat, ümumilikdə 1566 (bir min beş yüz altmış altı) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-230, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə 932 (doqquz yüz otuz iki) manat əsas, 93 (doxsan üç) manat cərimə, cəmi 1025 (bir min iyirmi beş) manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 492 (dörd yüz doxsan iki) manat əsas, 49 (qırx doqquz) manat cərimə borcu, cəmi 541 (beş yüz qırx bir) manat, ümumilikdə 1566 (bir min beş yüz altmış altı) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6292/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6292/2020
28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver