Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6302/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyim 28.000 (iyirmi səkkiz min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 15.04.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında 170 kv.m torpaq sahəsinin üzərində yerləşən tikinti sahəsi 70 kv.m təşkil edən 5,40 metr hündürlüyü, 3,00 metr tavan hündürlüyü 7 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Cavabdeh müqavilə üzrə nəzərdə tutulan 28000 manat məbləğində pul vəsaitini ondan almış, lakin üzərinə düşən öhdəlikləri icra etməmişdir. Öhdəliklərin icra edilməsi üçün cavabdehin yaşadığı ünvana pretenziya məktubu iddiaçı tərəfindən göndərilmiş, lakin hər hansı nəticə əldə edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd olunan izahata əlavə olaraq bildirdi ki, ev Binəqədi qəsəbəsi, Gülüstan küçəsində tikilməli idi. Torpaq İddiaçı adına deyildi. Sadəcə cavabdeh o ərazini göstərib orada ev tikəcəyini demişdi. Cavabdeh bildirib ki, o ərazidə özbaşına tikililər çoxdur evi bu ərazidə ona tikəcək və hətta sənədlərini də düzəldəcək. Müqavilə üzrə öhdəlik 15.05.2019-cu ilə qədər olub. Sifariş müqaviləsinin predmeti evin tikilib təhvil verilməsi idi. Onlara heç bir ev tikilib təhvil verilməyib. Sadəcə onlara ev göstərilib və orda da başqa adamlar yaşayırdı, yəni onlar üçün tikilmiş ev deyildi. Nəticə etibarı ilə onlara heç bir ev təhvil verilməyib. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, o, hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Çünki cavabdeh heç kəsi aldatmayıb. Tərəflər arasında müqavilə bağlanıb ki, cavabdeh iddiaçıya Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında 170 kv.m torpaq sahəsinin üzərində yerləşən tikinti sahəsi 70 kv.m təşkil edən 5.40 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 7 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib təhvil verəcək. Cavabdehdə həmin ünvanda 7 daş kürsülü evi tikib 23 daşa çatanda, iddiaçı deyib ki, o, bu evi bəyənmir. Bu evin divarı əyridi sök yenidən tik. Bu evin də tikilməsi üçün 13000 manat pul xərclənib. Cavabdeh yenidən evin 2 tərəfini sökür və yenidən tikir və ev sona çatanda iddiaçı deyir ki, “mən burdan istəmirəm yol qırağında olan yerdən istəyirəm.” Xanımın yanında özünü yoldaşı kimi təqdim edən insan deyib ki, “evi yenidən sök və mən istədiyim kimi tik” deyəndən sonra cavabdehlə iddiaçı arasında mübahisə olub. Evin yenidən sökülüb tikilməsinə 6000 manat pul xərclənib. Bundan sonra da cavabdeh ziyanın bir hissəsini qaytamaq üçün evi tamamlayır və evi başqasına satır. Həmçinin o, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Podrat müqaviləsindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında 170 kv.m torpaq sahəsinin üzərində yerləşən tikinti sahəsi 70 kv,m təşkil edən 5.40 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 7 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən ica olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 28000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 25000 manat isə müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir. 3000 manatı isə 3 günmüddətinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh 5 gün müddətində müqavilə üzrə öhdəlikləri icra etməyi və ya ödənilmiş 28.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarması, əks təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Podrat müqaviləsinə əsasən Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında 170 kv.m torpaq sahəsinin üzərində yerləşən tikinti sahəsi 70 kv,m təşkil edən 5.40 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 7 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən ica olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 28000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 25000 manat isə müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir. 3000 manatı isə 3 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyim 28.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin iddiaçıdan Podrat müqaviləsinə əsasən 28000 manat aldığını etiraf edir. Lakin o, məhkəməyə müqavilə öhdəliklərini yerinə yetirdiyinə dair heç bir sübut təqdim edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bundan əlavə Azərbaycan Respublikası MM-nin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, podrat müqaviləsi üzrə iddia müddəti məhz görüləcək işin qəbul edildiyi gündən hesablanır. Hazırki iş üzrə isə məhkəmə iclasında cavabdeh tərəfindən podrat müqaviləsində nəzərdə tutulmuş işlərin görülüb sifarişçiyə təhvil verilməsi verilməsi müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6302/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6302/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver