Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-631/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun evinin Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanın qarşısında qanunsuz olaraq Cavabdeh rəhbərliyi ilə plastik qapı-pəncərə sexi fəaliyyət göstərir. Həmin sexin fəaliyyəti zamanı ətrafa yayılan səs böyük narahatçılığa səbəb olur. Dəfələrlə Cavabdeh həmin plastik qapıpəncərə sexin fəaliyyətin dayandırılması tələb olunsa da o, buna əhəmiyyət verməmişdir. Cavabdeh qanunsuz fəaliyyət göstərən plastik qapı-pəncərə sexi fəaliyyətinin dayandırılması ilə əlaqədar Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinə onun tərəfindən müraciət olunmuşdur. Yasamal Rayon İcra Hakimiyyəti həmin məsələni araşdırmış, sexin qanunsuz fəaslyyəy göstərdiyini və onun haqlı olduğunu bildirmiş və məhkəməyə müraciət etməyin qanuna müvafiq olduğunu xx.xx.2020-ci il tarixli məktubla nəzərinə çatdırmışdır. Bütün bunları əsas gətirərək Cavabdeh qanunsuz fəaliyyət göstərən plastik qapı-pəncərə sexi fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanında yerləşən mənzilin qarşısında qanunsuz fəaliyyət göstərən plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin sözü gedən qarajı plastik qapı-pəncərə sexi kimi işlətməsi iddiaçıya məxsus mənzildə səsküyün yaranmasına gətirib çıxar və bu səbəbdən də, iddiaçı və onun ailə üzvlərində bu haqlı narazılığa səbəb olur. Belə ki, iddiaçının uşaqları dərs oxuyan zaman həmin səs-küy onların tədrislə məşğul olmasına maneə törədir. Bundan başqa məhkəmə tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilsə də, hesab edir ki, iddia düzgün şəxsə qarşı qaldırılmışdır. Belə ki, qarajın sahibi vəfat etsə də, onlarda olan məlumata əsasən həmin qarajı cavabdehin vərəsəsi kimi nəvəsi işlədir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 13963 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin X2 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 9A saylı evin yaxınlığında yerləşən plastik qapı-pəncərə sexinin fəaliyəti zamanı ətrafa yayaılan səs narahatçılığa səbəb olur. Sexin bağlanması İcra Hakimiyyəti aparatının səlahiyyətlərində olmadığından məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1940 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə vətəndaş Q.Əzimovaya təqdim olunmuş sxemin əsasında qaraj qurmağa icazə verilməsi tapşırılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətin xx.xx.1994-cü il tarixli, 074/44 nömrəli sərəncamından görünür ki, İ.Ələkbərov küçəsi, 13/32 nörməli evdə yaşayan vətəndaş Q.Əzimovaya yaşadığı ərazidə 3.5x6.0 metr ölçüsündə qarajın tikilməsinə icazə verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Q.Əzimova xx.xx.2000-ci il tarixdə ürək-damar çatmazlığından Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı X3 məxsus ünvan 3 A ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayiş evin birinci və ikinci mərtəbəsində zal və qonaq otaqlarında səs və titrəmənin səviyyəsi labarator instrumental yolla ölçülmüş, nəticələr zal otağında 41 DBA (yol verilən səviyyə 40 DBA), qonaq otağında 43 DBA (yol verilən səviyyə 40 DBA) normadan yuxarı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3859 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanının qarşısındaki həyətdə yerləşən qaraj (qapı-pəncərə sexi) və iddiaçıya məxsus fərdi yaşayış evi ilə təqribən 20,0m ara məsəfəsinin olduğu, həmin sahənin daxilindən nəqliyyat vasitələrinin keçdiyi və eləcə də, iddiaçının fərdi yaşayış evinə sərbəst şəkildə giriş-çıxış yolunun olduğu nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanının qarşısındaki həyətdə yerləşən qaraj (qapıpəncərə sexi) tikilisinin İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanının yerləşən fərdi yaşayış evinin giriş çıxışına maneə törədmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1940 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə vətəndaş Q.Əzimovaya təqdim olunmuş sxemin əsasında qaraj qurmağa icazə verilməsi tapşırılmış, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətin xx.xx.1994-cü il tarixli, 074/44 nömrəli sərəncamı ilə Q.Əzimovaya yaşadığı ərazidə (İ.Ələkbərov küçəsi, 13/32 nörməli ev) 3.5x6.0 metr ölçüsündə qarajın tikilməsinə icazə verilmişdir. Q.Əzimova xx.xx.2000-ci il tarixdə ürək-damar çatmazlığından Bakı şəhərində vəfat etmişdir. İddiaçı Cavabdeh qarşı plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanında yerləşən mənzilin qarşısında qanunsuz fəaliyyət göstərən plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh iş üzrə cavabdeh kimi cəlb edərək ona qarşı da, tələb irəli sürsə də, sonuncuya qarşı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı sözü gedən qarajın Cavabdeh məxsus olmasını bildirsə də, sonuncu, cavabdehin həmin qarajla bağlı hər hansı hüquqmüəyyən edici sənədlərinin olması, o cümlədən də, qarajın cavabdeh tərəfindən icarəyə götürülməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq iş materialları ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində, 9A saylı evin yaxınlığında yerləşən mübahisəli qarajın (plastik qapıpəncərə sexinin) sahibinin Q.Əzimova olduğu, sonuncunun isə xx.xx.2000-ci il tarixdə ürəkdamar çatmazlığından Bakı şəhərində vəfat etdiyi müəyyən edilmiş, mübahisəli qaraja dair yeni icarə müqaviləsinin bağlanılması və ya vərəsəlik yolu ilə mülkiyyətçisinin dəyişdirilməsi halı isə müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Cavabdeh əsl cavabdeh ilə əvəz edilməsi (məhkəmə iclasının xx.xx.2020-ci il tarixli iclas protokoluna qeyd edilməklə) təklif edilsə də, iddiaçının nümayəndəsi bundan imtina edərək, təkidlə işə mahiyyəti üzrə baxılmasında israr etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda sadalananlardan hallarla yanaşı iddiaçının iddia tələbinin ümumiyyətlə hüquqi əsası yoxdur. Belə ki, iş üzrə keçirilmiş Ekspertiza Mərkəzinin rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanının qarşısındakı həyətdə yerləşən qaraj (qapı-pəncərə sexi) tikilisinin İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 9A ünvanının yerləşən fərdi yaşayış evinin giriş çıxışına maneə törədmədiyi müəyyən edilir. Bundan əlavə fərdi yaşayiş evin birinci və ikinci mərtəbəsində zal və qonaq otaqlarında səs və titrəmənin normaya yaxın olduğa da, müəyyən olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəylərinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmamasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilər. Məhkəm iddia tələbini təmin etməyərkən həm də, iddiaçının cavabdehə qarşı tələblərinin qonşuluq hüquq münasibətlərindən irəli gəlməsini də, nəzərə alır. Qeyd edilən münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qeyd edilən mülki-hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı onun öz yaşayış sahəsindən sərbəst və qonşu təsirindən kənar şəkildə istifadə etməsi ilə bağlı yaranan hər hansı maneə ilə bağlı bu normalar çərçivəsində, yəni həmin təsir əhəmiyyətlidirsə, onun aradan qaldırılması, bu mümkün olmadıqda isə pul kompensasiyasına dair tələb irəli sürməlidir. Lakin hazırkı iş üzrə iddiaçı cavabdehə qarajın ümumiyyətlə, plastik qapı-pəncərə sexi kimi istifadəsinin ona qadağan edilməsini tələb etmişdir. Məhkəmənin qənaətinə görə, bu cür tələb həmin qarajın qeyri-yaşayış sahəsi kimi digər məqsədlər (ofis, dükan və s.) üçün istifadəsini də qadağan etdiyindən, bu cür iddianın təmin edilməsi cavabdehin öz mülkiyyətindən maneəsiz istifadə etməsi kimi Konstitusion hüququnu məhdudlaşdırmış olardı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı plastik qapı-pəncərə sexinin fəaliyyətinin dayandırılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-631/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-631/2021
07.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver