Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6328/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21.09.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 14.03.2020-ci il tarixli, 20176300 saylı müqaviləyə əsasən İMEİ kodu **********49626 olan “Samsung Galaxy S20 Ultra” markalı telefon üçün 3022 manat ödənilməmiş hissə, 837 manat dəbbə, 13.09.2019-cu il tarixli, 00910731 müqaviləyə əsasən İMEİ kodu **********17081 olan “iPhone 8 Plus” markalı telefon üçün 1403 manat ödənilməmiş hissə, 419 manat dəbbə, 03.01.2020-ci il tarixli, 20009018 saylı müqaviləyə əsasən, İMEİ kodu **********50898 olan “X4 10+” markalı telefon üçün 2050 manat ödənilməmiş hissə, 615 manat dəbbə, 08.09.2019-cu il tarixli, 00898168 saylı müqaviləyə əsasən İMEİ kodu **********92293 olan “Samsung Galaxy A10” markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 45 manat dəbbə olmaqla, ümumilikdə 8541 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8571 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 oğlu iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 14.03.2020-ci il tarixli, 20176300 saylı, 13.09.2019-cu il tarixli, 00910731 saylı, 03.01.2020-ci il tarixli, 20009018 saylı, 08.09.2019-cu il tarixli, 00898168 saylı müqavilələr bağlanmış, müqavilələr üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin cəmi 8541 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 1830,8 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli, 20176300 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən **********49626 olan “Samsung Galaxy S20 Ultra” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019cu il tarixli, 00910731 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********17081 olan “iPhone 8 Plus” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.01.2020-ci il tarixli, 20009018 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********50898 olan “X4 10+” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.09.2019cu il tarixli, 00898168 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********92293 olan “Samsung Galaxy A10” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 14.03.2020-ci il tarixli, 20176300 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 3349,8 manat təşkil edir və aylıq 186,1 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 13.09.2019-cu il tarixli, 00910731 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2286 manat təşkil edir və aylıq 127 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 03.01.2020-ci il tarixli, 20009018 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2520 manat təşkil edir və aylıq 205 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 08.09.2019-cu il tarixli, 00898168 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 300 manat təşkil edir və aylıq 25 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 03.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 14.03.2020-ci il tarixli, 20176300 saylı müqavilə üzrə alğı-satqı qiyməti 3349,8 manat olan əsas borca 327,8 manat ödəniş etmiş, 3022 manat ödənilməmiş hissə, 837 manat cərimə, cəmi 3859 manat, 13.09.2019-cu il tarixli, 00910731 saylı müqavilə üzrə alğı-satqı qiyməti 2286 manat olan əsas borca 886 manat ödəniş etmiş, 1403 manat ödənilməmiş hissə, 419 manat cərimə, cəmi 1822 manat, 03.01.2020-ci il tarixli, 20009018 saylı müqavilə üzrə alğı-satqı qiyməti 2520 manat olan əsas borca 470 maat ödəniş etmiş, 2050 manat ödənilməmiş hissə, 615 manat cərimə, cəmi 2665 manat, 08.09.2019-cu il tarixli, 00898168 saylı müqavilə üzrə alğı-satqı qiyməti 300 manat olan əsas borca 150 manat ödəniş etmiş, 150 manat ödənilməmiş hissə, 45 manat cərimə, cəmi 195 manat olmaqla, ümumilikdə isə 8541 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən və iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 14.03.2020-ci il tarixli, 20176300 saylı müqavilə üzrə 10 manat, 13.09.2019-cu il tarixli, 00910731 saylı müqavilə üzrə 10 manat, 03.01.2020-ci il tarixli, 20009018 saylı müqavilə üzrə 10 manat və 08.09.2019-cu il tarixli, 00898168 saylı müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14.03.2020-ci il tarixli, 20176300 saylı müqavilə üzrə 3022 manat əsas borc, 10 manat dəbbə borcu, 13.09.2019-cu il tarixli, 00910731 müqavilə üzrə 1403 manat əsas borc, 10 manat dəbbə borcu, 03.01.2020-ci il tarixli, 20009018 saylı müqavilə üzrə 2050 manat əsas borc, 10 manat dəbbə borcu, 08.09.2019-cu il tarixli, 00898168 saylı müqavilə üzrə 150 manat əsas borc, 5 manat dəbbə borcu olmaqla ümumilikdə 6660 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14.03.2020-ci il tarixli, 20176300 saylı müqavilə üzrə 3022 manat əsas borc, 10 manat dəbbə borcu, 13.09.2019-cu il tarixli, 00910731 saylı müqavilə üzrə 1403 manat əsas borc, 10 manat dəbbə borcu, 03.01.2020-ci il tarixli, 20009018 saylı müqavilə üzrə 2050 manat əsas borc, 10 manat dəbbə borcu, 08.09.2019-cu il tarixli, 00898168 saylı müqavilə üzrə 150 manat əsas borc, 5 manat dəbbə borcu olmaqla ümumilikdə 6660 (altı min altı yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6328/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6328/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver